Həştərxanda RAGB-nin təşəbbüsü ilə keçirilən “Xəzər-2019 mükafatıfestivalının qalibləri elan edilib

 

Həştərxanda hər il keçirilənXəzər mükafatıbeynəlxalq gənclik festivalının qaliblərinin mükafatlandırılmasına həsr edilmiş təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, “Xəzər mükafatıfestivalı Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan regional bölməsinin sədri Elvin Hüseynov tərəfindən Həştərxan Regional Gənclər Agentliyi vilayət administrasiyasının dəstəyi ilə 2012-ci ildə təsis edilib.

Builki festivalda Moskva, Dağıstan Kalmık Respublikasının nümayəndələri, habelə Xəzəryanı dövlətlərdən qonaqlar iştirak ediblər. Festivalda iştirak etmək üçün 300-dən çox müraciət daxil olub. Xüsusi komissiya həmin müraciətlərdən təqribən 120 nominant seçib. QaliblərAstraxan FM” xəbər portalının saytında ümumi onlayn-səsvermə yolu ilə müəyyən edilib.

Festivalda 31 nominasiya üzrə qaliblər seçilib: milli rəqslər üzrə ən yaxşı layihə, ən yaxşı ifaçı, ilin musiqi qrupu, musiqi sənəti sahəsində ilin kəşfi, ilin aparıcısı, ilin dizayneri, ilin gecə klubu s.

2012-ci ildən keçirilənXəzər mükafatıfestivalı 2015-ci ildən beynəlxalq status alıb.

Yeni Azərbaycan.- 2019.- 20 fevral.- S.7.