Bakıda “Mənəvi dəyərlərimiz
gələcəyimizdir” adlı
konfrans keçirilib
Gənclər üçün Təhsil Mərkəzinin və Mənəvi Dəyərlərin Təbliği
Fondunun təşkilatçılığı
ilə fevralın 20-də
Azərbaycan Dövlət
Bədən Tərbiyəsi
və İdman Akademiyasında (ADBTİA) “Mənəvi
dəyərlərimiz gələcəyimizdir”
mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Azərbaycan Respublikasının
dövlət himninin səsləndirilməsindən sonra
“Oxu!” sənədli filmi nümayiş olunub.
Mərkəzin icraçı direktoru
Fəxrəddin Həsənzadə
çıxış edərək
tədbirin əsas məqsədinin gənclər
arasında milli-mənəvi
dəyərlərimizin təbliğini
gücləndirmək, unudulmaqda
olan dəyərlərimizin
qorunması işinə
töhfə vermək
olduğunu bildirib.
O, regionlarda da bu istiqamətdə silsilə tədbirlərin
keçiriləcəyini diqqətə
çatdırıb.
ADBTİA-nın prorektoru Təhminə Tağızadə mövzunun
əhəmiyyətinə toxunub.
O, xalqımızın formalaşmasında
mühüm rol oynayan milli-mənəvi dəyərlərin dövlətçiliyimizin
möhkəmlənməsində də xüsusi önəm daşıdığını
qeyd edib. T.Tağızadə milli-mənəvi
dəyərlərin qorunub
saxlanılmasında gənclərin
üzərinə böyük
vəzifə düşdüyünü
vurğulayıb.
Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
(DQİDX) sədri Mübariz
Qurbanlı bildirib ki, milli-mənəvi dəyərlər xalqımızın
özünəməxsus xüsusiyyətidir.
Azərbaycan xalqının
söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı
dövlətçilik prinsiplərinin
əsasında durur. Milli-mənəvi dəyərləri
qorumağın ən
ümdə vəzifələrimizdən
biri olduğunu diqqətə çatdıran
komitə sədri qeyd edib ki,
bu dəyərləri
təhdid edən müxtəlif amillərlə
rastlaşırıq. Zaman
keçdikcə milli-mənəvi
dəyərlərə münasibətdə
də müxtəlif dəyişikliklər, yeni
yanaşmalar ortaya çıxır. Lakin elə dəyərlər də var ki,
onlar daimidir. Bu dəyərləri, milli xüsusiyyətləri, adət-ənənələri
qorumaq zəruridir. Əks təqdirdə, dünyada gedən mədəniyyətlərarası qovuşmada böyük təsir gücü altında mədəniyyətlərin
də, milli adət-ənənələrin də assimilyasiyası prosesi gedə bilər. Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda milli-mənəvi
dəyərlərin qorunması,
təbliği istiqamətində
mühüm işlər
görülür və
bu işlər davam etdiriləcək. Prezident İlham Əliyev bütün sahələrdə olduğu
kimi, din, milli-mənəvi dəyərlərin
qorunması sahəsində
də ardıcıl siyasət həyata keçirir. O, dövlət
başçısının Fərmanı ilə Dövlət Komitəsinin
tabeliyində yaradılan
Mənəvi Dəyərlərin
Təbliği Fondu tərəfindən milli-mənəvi
dəyərlərin düzgün
təbliği istiqamətində
kompleks tədbirlər
həyata keçirildiyini,
videoçarxların, sənədli filmlərin hazırlandığını bildirib.
DQİDK sədri Fondun dəstəyi ilə çəkilən
“Oxu!” adlı sənədli filmin xurafatla mübarizəyə
həsr olunduğunu, filmdə cəhalətin, elmsizliyin yol açdığı mənəvi
boşluqlar və bunun nəticəsində xurafat hallarının artmasının yaratdığı
təhlükələrin işıqlandırıldığını deyib.
Yeni Azərbaycan.-
2019.- 21 fevral.-S.6.