Müasir İncəsənət Muzeyində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə
- tarixin səhifələri”
adlı sərgisi açılıb
Fevralın 26-da Müasir İncəsənət
Muzeyində Xalq rəssamı, professor Arif Hüseynovun Xocalı soyqırımının
27-ci ildönümü ilə
əlaqədar “Qarabağnamə
- tarixin səhifələri”
adlı sənədli-bədii
qrafika sərgisi açılıb.
AZƏRTAC xəbər
verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə rəssamın
50-dən çox sənədli-bədii
qrafika əsəri nümayiş olunur.Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev sərgi ilə tanış olub.Müasir İncəsənət
Muzeyinin müdiri Xəyyam Abdinov deyib ki, Xocalı soyqırımının
27-ci ildönümü ilə
əlaqədar müxtəlif
anım tədbirləri
keçirilir. Heydər
Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə və xaricdə təşkil edilən bu cür tədbirlər sayəsində dünya ictimaiyyətinin Xocalıya
olan diqqəti daha da artır.
Xalq rəssamı Arif Hüseynovun Qarabağ mövzusunda əsərlərindən
ibarət bugünkü
sərgi də Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib və buna görə Fondun rəhbərliyinə
təşəkkür edirik.Sərginin
əhəmiyyətindən danışan X.Abdinov deyib ki, ekspozisiyada
nümayiş olunan əsərlər tarixi materiallara əsaslanır. Bu əsərlərdə Alban kilsəsi, tarixi yerlərin mənzərələri və
tarixi şəxsiyyətlərin
portretləri təsvir
olunub. Əsərlərdə
Türkmənçay müqaviləsi,
Alban kilsələrinin
dəyişdirilməsi, Xocalıya
aid kompozisiyalar əks etdirilir.Əməkdar
incəsənət xadimi
Ziyadxan Əliyev vurğulayıb ki, xalqımızın tarixində yaşanan kədərli və fərəhli hadisələrə
hər zaman sənətkarlarımız tərəfindən
bədii münasibət
göstərilib. Xocalı
soyqırımı xalqımızın
tarixində elə dəhşətli hadisələrdəndir
ki, ona münasibət
göstərməmək qeyri-mümkündür.
“Xalq rəssamı
Xanlar Əhmədov, tanınmış kinorəssam
Nazim Məmmədov və digər fırça ustaları bu hadisələri öz əsərlərində
təsvir ediblər. Arif Hüseynovun əsərlərində tarixə,
yaşanılan hadisələrə
sənədli münasibət
mövcuddur. Düşünürəm
ki, belə əsərlərin ölkəmizin
hüdudlarından kənarda
da nümayişi vacibdir. Bu əsərlər
Xocalı faciəsinin
dünyaya tanıdılması
və təbliğində
yardımçı ola
bilər. Sərginin təşkil olunmasına
verdiyi dəstəyə
görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığımızı
bildiririk”, - deyə Ziyadxan Əliyev bildirib.Azərbaycan Rəssamlar
İttifaqının sədri,
Xalq rəssamı Fərhad Xəlilov söyləyib ki, sərgidəki əsərlərdə
xalqımızın ağrı-acıları əks
olunub. Belə sərgilər mütəmadi
olaraq təşkil edilməlidir.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının prorektoru,
Xalq rəssamı Səhlab Məmmədov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov
çıxış edərək
sərginin əhəmiyyətini
vurğulayıb, müəllifə
yeni yaradıcılıq
uğurları arzulayıblar.
Sonra tədbirin
iştirakçıları sərgi ilə tanış olublar.
Xalq rəssamının sərgidə nümayiş
etdirilən “I Pyotrun məktubu”, “Türkmənçay
müqaviləsi”, “Güllələnmiş
heykəllər”, “Qarabağ
müharibəsi”, “Pənahəli
xan”, “Xalq musiqiçiləri” kimi əsərlərində tarixi
həqiqətlərin rəssam
təxəyyülü ilə
ərsəyə gətirdiyi təsvirlər
kifayət qədər
cəlbedici və yaddaqalandır. Sərgidəki
bütün əsərlər
qravüra janrında işlənilib. Sərgi bütövlükdə tarixi
faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır.
Uzun illərdir
ki, rəssam vaxtının bir hissəsini gənc nəslin nümayəndələri,
uşaq və yeniyetmələrlə işləməyə
sərf edir. Azərbaycan təsviri incəsənətinin gələcəyi
üçün yeni rəssamlar hazırlayır.
Rəssam öz əsərləri ilə Azərbaycan xalqının
zəngin daxili dünyasını və xüsusiyyətlərini təsvir
edir. Əsərlər
tarixi materiallara əsaslanır. Silsiləyə
daxil olan əsərlərdə Alban
kilsəsi, tarixi faktlar, tarixi yerlərin mənzərələri
və tarixi şəxsiyyətlərin portretləri
təsvir olunur.
Yeni Azərbaycan.-
2019.- 27 fevral.- S.4