Bakıda Belarusun milli bayramı qeyd edilib

 

İyulun 2-də Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Belarusun dövlət himnləri səsləndirilib.

Səfir Gennadi Axramoviç bildirib ki, 1944-cü il iyulun 3-də Minskin faşist işğalçılarından azad edilməsi Belarusun Müstəqillik Günü kimi qeyd olunur. Belarus xalqı İkinci Dünya müharibəsi zamanı böyük itkilər yaşayıb. O, Belarusun işğaldan azad olunmasında iştirak edən ölkələrə minnətdarlığını bildirib.

Səfir, həmçinin Belarusun Azərbaycan ilə əlaqələrinə toxunub. Bildirib ki, Belarus Azərbaycan ilə əməkdaşlığa dostluğa böyük önəm verir. İki ölkə arasında münasibətlər strateji xarakter daşıyır. Azərbaycan-Belarus əlaqələri qarşılıqlı səmərəli əməkdaşlıq üzərində qurulub.

Rəsmi qəbulda çıxış edən Baş Nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan Hökuməti adından Belarus xalqını təbrik edib.

Yaqub Eyyubov Azərbaycan-Belarus münasibətlərinin səmimi dostluğa əsaslandığını deyib. Bildirib ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, eləcə iki ölkənin liderləri arasındakı şəxsi dostluq münasibətləri əlaqələrimizin inkişafına böyük töhfə verir. Azərbaycan Belarusun qarşılıqlı etimada əsaslanan münasibətləri var. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqeyini alqışlayırıq.

Baş Nazirin birinci mavini vurğulayıb ki, Azərbaycan Belarus arasında iqtisadiyyat, mədəniyyət, idman, səhiyyə, kənd təsərrüfatı, ticarət, maşınqayırma digər sahələrdə əməkdaşlıq genişlənir.

Yaqub Eyyubov qeyd edib ki, Bakıdan sonra Avropa Oyunlarının estafetini Belarusun götürməsi çox əlamətdardır. Belarus Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil etdi öz qonaqpərvərliyini nümayiş etdirdi.

Qəbulda dövlət hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.

 

Yeni Azərbaycan.- 2019.- 3 iyul.- S.5