Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü
qeyd edilib
İyulun 2-də Azərbaycan
Polisi yaranmasının
101-ci ildönümünü qeyd edir.
Daxili
İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə təntənəli
tədbirdən əvvəl Daxili İşlər naziri,
general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə
DİN-in əməkdaşları Fəxri xiyabana gələrək
Ulu Öndər Heydər Əliyevin abidə kompleksi
önünə tər çiçək dəstələri
düzüblər.
Həmçinin görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.
Sonra respublikanın
ərazi bütövlüyü
və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu
Şəhidlər xiyabanı
ziyarət edilib, şəhidlərimizin məzarları
üzərinə tər
çiçək dəstələri
düzülüb.
Daxili İşlər
Nazirliyində Azərbaycan
Polisinin növbəti
ildönümünə həsr
olunmuş təntənəli
mərasim keçirilib.
Mərasim iştirakçıları xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin, Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü
uğrunda canlarından
keçən və xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının
dövlət himni səsləndirilib.
Nazir, general-polkovnik Vilayət
Eyvazov Azərbaycan Polisinin keçdiyi şərəfli yol, xüsusən Ulu Öndər Heydər Əliyevin respublikamıza
rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının
fəaliyyətinin təşkili,
peşəkar kadr özəyinin yaradılması,
Prezident İlham Əliyevin başçılığı
ilə hüquq-mühafizə,
o cümlədən daxili
işlər orqanlarında
həyata keçirilən
islahatlar, struktur dəyişiklikləri, maddi-texniki
bazanın möhkəmləndirilməsi,
iş şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən
işlərdən danışıb.
Ən yeni tariximizə
nəzər salan nazir 2003-cü ildə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
seçilməsindən sonrakı
mərhələnin ölkəmizin
dinamik inkişafı,
dünyada nüfuz və söz sahibinə çevrilməsi
ilə səciyyəvi
olduğunu, lakin dövlətimizi xaos və anarxiya girdabına sürükləmək, dövlətçiliyi sarsıtmaq cəhdlərinin
səngimədiyini, yaranmış
vəziyyətdə onun
qətiyyəti, xalqın
öz rəhbərinə
olan sarsılmaz inamı və dəstəyi, hüquq-mühafizə
orqanlarının yüksək
peşəkarlığı, proseslərə operativ müdaxiləsi sayəsində
həmin cəhdlərin qarşısına
sipər çəkildiyini,
hərtərəfli islahatların,
möhtəşəm transmilli
layihələrin həyata
keçirilməsi üçün
zəruri olan sabitliyin bərqərar olunduğunu bildirib.
Müasirləşmə tendensiyasının Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrini
əhatə etdiyini vurğulayan general-polkovnik
Vilayət Eyvazov ötən 16 ilə yaxın müddətdə
fəaliyyətin beynəlxalq
standartlara uyğunlaşdırılması,
maddi-texniki təminatın
yaxşılaşdırılması, o cümlədən ən müasir
texnologiyalarla təchizatın
yüksək səviyyəyə
çatdırıldığını, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resurslarının
yaradıldığını, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyətinin
təşkil olunduğunu
deyib. Qeyd edilib ki, vətəndaş
məmnunluğunu təmin
edən bu və digər innovativ təşəbbüslər
orqan və hissələrdə qanunçuluğun
qorunmasının effektivliyini,
xidmətin səmərəsini
və operativliyi qat-qat artırıb.
Nazir Vilayət Eyvazov
dövlətimizin başçısının
rəhbərliyi ilə
təkcə cari ildə sosial islahatların reallaşdırılması
nəticəsində Daxili
İşlər Nazirliyinin
əməkdaşlarının əməkhaqlarının artırıldığını,
bu peşə bayramı ərəfəsində
isə 26 əməkdaşın
dövlət mükafatları
ilə təltif edildiyini, rəhbər vəzifəli bir şəxsə ali xüsusi rütbə verildiyini xatırladıb.
General-polkovnik Vilayət Eyvazov
bunun Prezidentin şəxsi heyətə göstərdiyi ali diqqət və qayğının növbəti
əyani ifadəsi olduğunu bildirib, eyni zamanda, daxili
işlər orqanlarının
və Daxili Qoşunların asayişin
və təhlükəsizliyin
təmini üzrə fəaliyyətini dövlətimizin
başçısının
və Birinci vitse-prezidentin yüksək
qiymətləndirdiyini, şəxsi
heyətə təşəkkürlərini
ifadə etmələrini
məmnunluq hissi ilə vurğulayıb.
Daxili işlər orqanlarının
fəaliyyətini hər
zaman yüksək dəyərləndirdiyinə görə
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını
bildirən nazir V.Eyvazov əminliklə bildirib ki, Ulu
Öndər Heydər
Əliyev ideallarına
həmişə sadiq
olan şəxsi heyət andına sadiq
qalaraq Vətənə
və xalqa xidmət kimi şərəfli yolda bundan sonra da
qətiyyətlə irəliləyəcək,
sabitliyi, vətəndaşlarımızın
təhlükəsizliyini, qanuni
mənafelərini, hüquq
və azadlıqlarını
bundan sonra da etibarlı qoruyacaq, dövlətimizin
başçısının inam və
etimadını hər
zaman layiqincə doğrultmağa çalışacaq.
Çıxışının sonunda nazir Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü
münasibətilə bütün
şəxsi heyəti,
veteranları, respublikanın
ərazi bütövlüyü
uğrunda şəhidlik
zirvəsinə ucalmış,
vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşların ailə
üzvlərini bir daha ürəkdən
təbrik edib, onlara möhkəm cansağlığı, xidmətdə
və şəxsi həyatda uğurlar arzulayıb.
Sonra xidməti
vəzifələrin yerinə
yetirilməsində fərqlənmiş
bir qrup əməkdaşın mükafatlandırılmasına
dair Daxili İşlər nazirinin əmri elan olunub.
General-polkovnik Vilayət
Eyvazov mükafatları
təqdim edib.
Təntənəli mərasimin sonunda Azərbaycan Dövlət Televiziyası tərəfindən
hazırlanmış “Azərbaycan
Polisi - 101” sənədli
filmi nümayiş olunub.
Yeni Azərbaycan.-
2019.- 3 iyul.- S.5