Əhməd Urfalı: Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi nailiyyətdir

 

AzərbaycanınXan Sarayı ilə birgə Şəkinin tarixi mərkəziadlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bütün türk dünyasının uğurudur. Bu tarixi nailiyyətin əldə olunması bir tərəfdən Azərbaycanın qədim tarixinin mədəniyyətinin mövcudluğunun, digər tərəfdən isə dövlətin öz zənginliyinə sahib olmasının göstəricisidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Əskişəhərdə fəaliyyət göstərən Əmirdağ Kültür Sənət Dərnəyinin (ESAB) rəhbəri, yazıçı-publisist Əhməd Urfalı ifadə edib.

Bu nailiyyət münasibətlə xalqımıza səmimi təbriklərini çatdıran Əhməd Urfalı deyib ki, Azərbaycanın UNESKO ilə çoxtərəfli əməkdaşlığı təqdirəlayiq haldır. Bu əməkdaşlıqda Heydər Əliyev Fondunun gözəl bir ənənə yaratdığını diqqətə çatdıran yazıçı-publisist əminliklə bildirib ki, tezliklə Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq işğal altından azad olunan Azərbaycan torpaqlarındakı abidələr UNESKO tərəfindən yüksək dəyərini alacaqdır

 

Yeni Azəerbaycan.- 2019.- 9 iyul.- S.7