Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi qürurverici hadisədir
Azərbaycan daha bir mötəbər,
beynəlxalq əhəmiyyətli
tədbirə ev sahibliyi etməklə beynəlxalq münasibətlər
sistemində yerini və rolunu, ən əsası zəngin dövlətçilik
ənənələrinə malik ölkə olduğunu təsdiqlədi.
UNESKO-unun Ümumdünya
İrs Komitəsinin
43-cü sessiyası milli-mənəvi
dəyərlərimizin, tarixi-mədəni
irsimizin qorunması və təbliğinin, eyni zamanda, beynəlxalq
səviyyədə dünya
irsinin müdafiəsi
və mühafizəsinə
dəstək olmağın
dövlət siyasətimizin
əsas tərkib hissələrindən biri
olmasına işıq
saldı. Təbii ki, hər bir
xalqın varlığı,
milli kimliyi, ilk növbədə, milli-mənəvi dəyərlərində
ehtiva olunur. Ümummilli lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə mədəniyyətimizin, milli-mənəvi
sərvətimizin qorunması
istiqamətində mühüm
addımlar atmış və bu siyasət son 15 ildən artıq dövr ərzində Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi
Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizin
UNESKO-nun Ümumdünya
İrs Komitəsinin
43-cü sessiyasına ev
sahibliyi etməsini, eyni zamanda, Xan
Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin
UNESKO-nun Ümumdünya
İrs Siyahısına
daxil edilməsini
şərh edərkən
deyib.
V.Rəhimzadə qeyd edib ki,
Azərbaycan dünya irsinin müdafiəsi və mühafizəsinə
davamlı töhfələri
ilə diqqət çəkir. UNESKO-nun Bakı sessiyası
məhz iştirakçı
ölkələrin bu
istiqamətdə gördüyü
işlərə, malik
olduqları təcrübəyə
işıq salmaqla yanaşı, ümumbəşəri
dəyərlərə malik
tarixi və mədəni abidələrin
Ümumdünya İrs
Siyahısına salınması
üçün müzakirələrin
aparılması və konkret nəticələrin əldə
olunması baxımından
da xüsusi əhəmiyyət kəsb
edir. Sessiyanın iclasında Azərbaycanın
“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun
Ümumdünya İrs
Siyahısına daxil edilməsi təqdirəlayiq
və qürurverici hadisədir. Dünyanın müxtəlif ölkələrindən
2500-dən çox nümayəndənin
qatıldığı belə
mötəbər tədbirdə
Azərbaycanın bu uğuru bir daha dövlətimizin həyata keçirdiyi siyasətə dəstəyin,
Azərbaycan reallıqlarına
yüksək dəyər
verməyin göstəricisidir. Dövlətimizin başçısı İlham
Əliyevin bu münasibətlə Azərbaycan
xalqına təbrikində
də qeyd olunduğu kimi, son illər Azərbaycanın mədəni
irsinin dünya səviyyəsində tanıdılması
və qorunması istiqamətində çoxsaylı
layihələr həyata
keçirilir. Bu fəaliyyət
beynəlxalq təşkilatlarla,
xüsusən dünya
mədəniyyəti, təhsili
və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində
gerçəkləşdirilir. İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti
Mədəni Landşaftı
UNESKO-nun Ümumdünya
İrs Siyahısında,
həmçinin xalqımızın
qeyri-maddi mədəni
irsinin 13 nümunəsi
UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu mühüm
hadisələr Azərbaycan
xalqının ümumbəşər
mədəniyyətinə verdiyi
töhfənin beynəlxalq
miqyasda bir daha yüksək dəyərləndirildiyinin təsdiqidir.
Artıq bundan sonra Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər,
sənətkarlıq emalatxanaları
və yaşayış
evləri təkcə
xalqımızın deyil,
bəşəriyyətin mədəni
irsi hesab olunur.
Azərbaycan-UNESKO əlaqələrinin yüksələn xətlə
inkişaf etdiyini əlavə edən V.Rəhimzadə bu əlaqələrin inkişafında
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın xidmətlərini
xüsusi vurğulayıb.
Bildirib ki, 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
təsis olunan Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun dəstəyi ilə milli mədəniyyətimizin
qorunması və təbliği istiqamətində
mühüm layihələr
həyata keçirilib.
Bu layihələr
UNESKO ilə əməkdaşlığın
inkişafına öz
töhfəsini verib. Bu əməkdaşlıq
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın
2004-cü ildə qurumun
xoşməramlı səfiri
seçilməsindən sonra
daha sürətlə
inkişaf etməyə
başlayıb. Muğam sənətinin,
aşıq sənətinin,
Novruz bayramının,
İçərişəhərin, tar ifaçılığı
sənətinin UNESKO-nun
nadir, şah əsərləri sırasına
daxil edilməsində
Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən layihələrin
öz yeri var. Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının
açılış mərasimində
Azərbaycan-UNESKO əməkdaşlığından
geniş bəhs edərək, bu mühüm məqamları
da diqqətə çatdırıb ki, son 5 ildə ölkəmizdə 40 tarixi
abidə bərpa edilib və yenidən qurulub. İçərişəhər,
Şirvanşahlar sarayı,
Qız qalası, Qobustan qaya rəsmləri
UNESKO-nun Ümumdünya
İrs Siyahısına
daxil edilib. Musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənəti də Bəşəriyyətin
Qeyri-Maddi Mədəni
İrs Siyahısına
daxil olunub. Bir sözlə, bu əməkdaşlıq
Azərbaycanın sərvətlərinin
beynəlxalq məkanda
dəyərləndirilməsində əhəmiyyətli rol oynayır.
V.Rəhimzadə Azərbaycanın ev sahibliyi etdiyi
tədbirlərin ölkəmizə
qazandırdığı uğurlardan,
Azərbaycanın multikultural
dəyərlərin inkişafına
töhfələrinin, bu
sahədə malik olduğu təcrübənin
təqdimatında rolundan
da bəhs edib. O qeyd
edib ki, müxtəlif mədəniyyətlərin,
dinlərin qovuşuğunda
yerləşən Azərbaycan
bu tədbirlərlə
bu günə qədər dövlətlər,
xalqlar arasında oynadığı körpü
rolunu daha da möhkəmləndirir,
yeni-yeni əlavələr
gətirməklə inkişaf
modelinin alternativsizliyini
bir daha təsdiqləyir. Ən əsası, Azərbaycan bu gün beynəlxalq
əhəmiyyətli tədbirlərə
yüksək səviyyədə
ev sahibliyi etmək təcrübəsinə,
təşkilatçılığına
malik olduğunu dünyaya nümayiş etdirir..
Yeni Azərbaycan.-
2019.- 9 iyul.- S.7