Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin
50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
İyulun
11-də M.F.Axundzadə adına Milli Kitabxanada ümummilli lider
Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci
ildönümünə həsr olunmuş tədbir
keçirilib.
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı
ilə reallaşan tədbirdə Ulu Öndərin fəaliyyətinə
həsr olunan videoçarx nümayiş
edilib.
Mili Kitabxananın direktoru
Kərim Tahirov Azərbaycan xalqının,
dünya azərbaycanlılarının
taleyində əhəmiyyətli
rol oynayan, müasir ölkəmizin inkişafında əvəzsiz
xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş söhbət açıb.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında
bildirib ki, Ulu Öndər öz fəaliyyəti ilə müasir Azərbaycan dövlətinin
memarı, qurucusu oldu. Heydər Əliyev hakimiyyətə
gəlməmişdən əvvəl
Azərbaycan aqrar respublika idi, neft sənayesi bərbad vəziyyətdə
idi. Ümummilli Lider hakimiyyətə gələndən sonra iqtisadiyyat sürətlə
inkişaf etdi, Azərbaycan aqrar sənaye ölkəsinə
çevrildi.
Müstəqillik illərində Heydər Əliyevin çoxşaxəli
fəaliyyətindən danışan
Vaqif Əliyev hazırda Azərbaycanın
dünyada sayılıb-seçilən
bir dövlət olduğunu vurğulayıb.
Tədbirdə Milli Məclisin
deputatları Hikmət
Babaoğlu, Aqil Abbas, Nizami Cəfərov,
YAP Siyasi Şurasının
üzvü Vüqar Rəhimzadə və başqaları çıxış
edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən,
Azərbaycan dövlətçiliyinin
bərpasında, qorunub
saxlanılmasında misilsiz
xidmətlərindən, Ümummilli
Liderin xalqımızın
rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açıblar.
Yeni Azərbaycan.-
2019.- 12 iyul.- S.9.