Şəki Regional Mədəniyyət İdarəsinin rəisi: Xan Sarayı xalqımızın mədəniyyətinin zənginliyini göstərir

 

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bu qədim diyarın beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılan növbəti mühüm addımdır. Təşkilatın bu qərarı son illər ölkəmizdə mədəni irsin qorunması dünyada tanıdılması istiqamətində aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.

 

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova bildirib.

 

Şəkinin tarixən Azərbaycanın mədəni mərkəzlərdən biri olduğunu bu ənənənin indi davam etdiyini vurğulayan idarə rəisi deyib: Qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə malik olan Şəki şəhərində çox zəngin tarixi-mədəni irs yaranıb. Şəki bu gün həqiqətən zəngin tarixinə, mədəni irsinə, özünəməxsus ənənələrinə, tarixi abidələrinə, memarlıq üslubuna sadiq olan şəhərdir. Bu gün Şəki şəhəri orta əsr şəhərlərinə məxsus şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzəri olmayan bir məkandır. Xan Sarayı digər memarlıq abidələri xalqımızın mədəniyyətinin zənginliyini göstərir. Şəki, eyni zamanda, beynəlxalq tədbirlərin çox yüksək səviyyədə keçirildiyi bir şəhər kimi tanınır. Hər il bu şəhər beynəlxalq səviyyəli bir neçə festivala ev sahibliyi edir. Onların arasında bu il onuncu dəfə keçirilən Şəkiİpək YoluBeynəlxalq Musiqi Festivalını xüsusilə qeyd etmək olar”.

 

Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayının, həmçinin Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən iftixar hissi keçirdiyini vurğulayan Mirvari Zeynalova deyib: Bu tarixi nailiyyət, əlbəttə ki, Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəni irsimizin qorunması təbliğinə yönəldilmiş çoxşaxəli fəaliyyətlərinin, maddi mədəni irs nümunələrinin qorunması beynəlxalq səviyyədə təbliği işinə göstərdikləri xüsusi diqqət qayğının sayəsində mümkün olub

 

Yeni Azərbaycan.- 2019.- 12 iyul.- S.7