Dini konfessiya rəhbərlərinə “Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyi (1918-2018)” yubiley
medalı təqdim olunub
İyulun 12-də Prezident İlham Əliyevin Sərəncamı
ilə “Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi (1918-2018)” yubiley
medalı ilə təltif edilmiş din xadimlərinə medalların Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) təqdimetmə
mərasimi keçirilib.
Tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan
Yeparxiyasının arxiyepiskopu
Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudilər dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi
Xristian dini icmasının sədri Robert Mobili və
Roma-Katolik Kilsəsinin
Azərbaycandakı ordinarisi
Vladimir Fekete iştirak ediblər.
Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı çıxış
edərək “Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyi (1918-2018)” yubiley
medalının əhəmiyyətindən
danışıb. Komitə
sədri qeyd edib ki, dövlət
başçısının adıçəkilən medalın
təsis edilməsi haqqında Sərəncamı
Prezident İlham Əliyevin şanlı keçmişimizə, dövlətçilik
tariximizə verdiyi yüksək dəyərin
göstəricisidir.
Azərbaycan Xalq Cümhuriyyətinin
(AXC) yaradılmasının tariximizin şərəfli
səhifəsi olduğunu
diqqətə çatdıran
Dövlət Komitəsinin
sədri bildirib ki, ölkə Prezidentinin imzaladığı
müvafiq Sərəncama
əsasən ötən
il AXC-nin 100 illik yubileyi böyük təntənə
ilə qeyd olundu. Mübariz Qurbanlı onu
da vurğulayıb ki, Xalq Cümhuriyyəti
23 ay yaşamasına baxmayaraq, ölkəmizdə
dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşıb, xalqımızın vicdan azadlığının təmin
edilməsi məqsədilə
mütərəqqi addımlar
atılıb.
Sonra medallar
din xadimlərinə təqdim
olunub.
Rus Pravoslav Kilsəsinin
Bakı-Azərbaycan Yeparxiyasının
arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudilər dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi
Vladimir Fekete təltifə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Yeni Azərbaycan.-
2019.- 13 iyul.- S.5