Əməkdar memar, akademik
Rasim Əliyevin 85 illiyi qeyd edilib
İyulun 16-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar
memar, Dövlət mükafatı laureatı Rasim Əliyevin 85 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən
əvvəl görkəmli
memarın “Keçmişdən
gələcəyə” adlı
kitabının təqdimatı
olub.
Dövlət və hökumət rəsmilərinin, elm, mədəniyyət
və incəsənət
xadimlərinin iştirak
etdiyi tədbirdə Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə görkəmli memarın ömür yolundan və memarlıq sənətinin inkişafındakı
xidmətlərindən danışıb. Bildirib ki,
Rasim Əliyev onlarla gözəl memarlıq əsərinin,
bu gün abidə statusuna layiq olan binaların
müəllifidir.
Vurğulanıb ki, uzun illər Bakının baş memarı olmuş Rasim Əliyevin şəhərimizin
gözəlləşməsində xidmətləri böyükdür:
“Rasim müəllim bir sıra unikal
memarlıq əsərlərinin
müəllifidir. Onun
əsərlərinin əksəriyyətində
ölkəyə olan məhəbbətinin təzahürləri
hiss olunur. O, həm də gözəl rəssamdır. Onun çəkdiyi portretlərdə
insan xarakteri, onun gözəlliyi ön plandadır. Rasim Əliyevin rəng seçimi, rəssamlıq
texnikası, tablolarında
əks etdirilən lirika onun öz
xarakterindən irəli
gəlir”.
Qeyd olunub ki, bu gün
görkəmli memarın
böyük tələbə
ordusu var. O, nəinki Azərbaycanda, xarici ölkələrdə də
geniş tanınan sənət adamıdır.
Tədbirdə çıxış edən
Mədəniyyət naziri
Əbülfəs Qarayev
Prezident İlham Əliyevin görkəmli memarın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında imzaladığı müvafiq
Sərəncamı oxuyub.
Rasim Əliyevin sənətinin
həmişə dövlətimiz
tərəfindən yüksək
qiymətləndirildiyini vurğulayan
nazir bildirib ki, o, Azərbaycan memarlıq sənətinin
ən görkəmli nümayəndələrindən biridir: “Rasim Əliyevin qoyduğu irs, yaratdığı
sənət inciləri
daim yaşayacaq, mədəniyyətimizin inkişafına
müsbət təsirini
göstərəcək. Rasim müəllimin
yaradıcılığı keçmişdən gələcəyə
bir körpüdür”.
Əbülfəs Qarayev qeyd edib
ki, Bakının, eləcə də ölkəmizin bölgələrində
yerləşən bir
sıra tarixi abidələrimizin bugünkü
görkəmində məhz
Rasim Əliyevin dəstxəti görünür.
Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin
sədri Samir Nuriyev görkəmli sənətkarın
Azərbaycan memarlıq
sənətinə verdiyi
töhfələrdən danışıb.
Qeyd olunub ki, görkəmli
ziyalı, akademik Həsən Əliyevin ailəsində dünyaya göz açan Rasim Əliyev Naxçıvanda Hüseyn
Cavidin qəbri üzərində memarlıq-xatirə
kompleksinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun və Naxçıvan Hava limanının, Bakının
bir neçə metro stansiyasının, şəhərin
əsas parklarının,
Azərbaycanın Türkiyədəki
səfirliyinin binasının
və digər memarlıq sahəsində
özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi
və həmmüəllifidir.
O, 1965-ci ildə Bakının
baş memarı təyin olunub və 23 il
müddətində bu
vəzifəni şərəflə,
ləyaqətlə yerinə
yetirib.
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin
rektoru Gülçöhrə
Məmmədova, Azərbaycan
Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar,
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
rektoru, Xalq rəssamı Ömər Eldarov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru,
Xalq artisti Fərhad Bədəlbəyli
və başqaları
çıxış edərək
Rasim Əliyevin memarlığa və rəssamlığa olan məhəbbətindən söz
açıblar. Onun istedadlı
memar, peşəkar rəssam olmasından danışan natiqlər memarın yaradıcılıq
və şəhərsalma
prosesinin təşkilatçısı
kimi fəaliyyətini
yüksək qiymətləndiriblər.
Tədbirdə Lider TV-nin “Xəzərin
sahilində” verilişinin
Rasim Əliyevə həsr olunmuş xüsusi buraxılışının
təqdimatı olub.
Sonda çıxış
edən yubilyar tədbirin təşkilində
əməyi olan hər kəsə dərin təşəkkürünü
bildirib.
Tədbir konsert proqramı ilə davam edib.
Yeni Azərbaycan.- 2019.- 17 iyul.- S.7