Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri dinlərarası dialoqa dair nümunəvi modelə malikdir

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Vaşinqtonda bir sıra görüşlər keçirib

 

 

 

Vaşinqtonda keçirilən Din Azadlığının İrəlilədilməsi üzrə Nazirlər Konfransı çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 17-də amerikalı yazıçı Joel Rosenberqlə görüşüb.

 

Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib

 

Komitə sədri ölkəmiz, onun tarixi, dövlət-din münasibətləri haqqında ətraflı məlumat verib, tolerantlığın multikulturalizmin Azərbaycanda çox möhkəm təməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu bu ənənələrin dövlət tərəfindən inkişaf etdirildiyini qeyd edib. M.Qurbanlı ölkə əhalisinin 96 faizinin mənsub olduğu İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma, mehriban qonşuluq əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq dini konfessiyalar hər zaman dövlətin diqqət qayğısı ilə əhatə olunur, məscidlərlə yanaşı, kilsələr sinaqoqlar da dövlət tərəfindən təmir bərpa edilir, yeniləri inşa olunur. Hər il dövlətimizin başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə vəsaiti ayrılır.

 

Qeyd edək ki, J.Rosenberq "Nyu-York Tayms" nəşrinin bestseller hesab olunan, 5 milyon nüsxə ilə buraxılmış 13 roman 5 publisistik əsərin müəllifi olmaqla yanaşı, həm "Coşua" Xeyriyyə Fonduna rəhbərlik edir.

 

M.Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 17-də ABŞ-ın yəhudi icmasının nüfuzlu qurumlarından olan Simon Vizental Mərkəzinin təsisçisi Abraham Kuper yevangelist icmasının nümayəndəsi Conni Murla da görüşüb. Azərbaycanın ABŞ-dakı səfirliyində keçirilmiş görüşdə ölkəmizin nümunəvi tolerantlıq siyasətindən bəhs edən Dövlət Komitəsinin sədri Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasındakı tolerant münasibətin qarşılıqlı hörmətə əməkdaşlığa, bir-birini dəstəkləmək prinsipinə əsaslandığını bildirib. O, Azərbaycan xalqının dözümlülük keyfiyyətinin, ölkədə hökm sürən tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlətin qarşısına qoyduğu məqsədlərdən birinin bu mühiti qoruyub-saxlamaq təşviq etmək olduğunu deyən Mübariz Qurbanlı ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsinin Azərbaycanı dünyada multikulturalizmin mərkəzlərindən birinə çevirdiyini vurğulayıb.

 

Abraham Kuper dinlərə münasibətdə tolerantlığı, sünni şiələr arasındakı vəhdəti ilə seçilən Azərbaycanın bu spesifik xüsusiyyətlərinə görə bütün dünyada fərqləndiyini vurğulayıb. O, bunun mütərəqqi dünyanın beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri fakt olduğunu deyib. Ölkəmizin tolerantlıq ənənələri dinlərarası dialoqa dair nümunəvi modelə malik olduğunu diqqətə çatdıran A.Kuper yəhudi icmalarına göstərilən diqqət qayğıya görə təşəkkürünü bildirib.

 

Yevangelist icmasının nümayəndəsi Conni Mur Azərbaycanın dünyaya birgəyaşayış nümunəsi nümayiş etdirdiyini bu modelin kökündə dini azadlıqların təmin edilməsinin dayandığını vurğulayıb.

 

Hər iki görüşdə dünyada tolerantlığı, dinlərarası dialoqu dəstəkləyən bu prosesdə aktiv iştirak edən Azərbaycanın hazırda dinlərarası mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini, bu istiqamətdə müxtəlif konfrans forumlara ev sahibliyi etdiyini diqqətə çatdıran M.Qurbanlı cari ilin noyabrında Bakıda keçirilməsi nəzərdə tutulanDünya dini liderlərinin II Bakı sammiti”, o cümlədən Bakı şəhəriŞərqdə UlduzXristian Bakı şəhəriYevangelist Xristian Baptistlərin Kilsəsidini icmalarının bu günlərdə DQİDK-da yenidən qeydiyyatdan keçmələri onlara şəhadətnamələr təqdim edilməsi, eləcə Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edilməsi barədə məlumatlar verib.

 

Din Azadlığının İrəlilədilməsi üzrə Nazirlər Konfransının gedişi ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşlərin sonunda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə işğal olunmuş ərazilərimizdə vandalizm hərəkətlərinə məruz qalan tarixi-dini abidələrdən bəhs edən kitablar təqdim edilib.

 

 

Yeni Azərbaycan.- 2019.- 19 iyul.- S.3