Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub

İyulun 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan-Qırğız ədəbi əlaqələri dünən, bu günsabahmövzusunda iki ölkə nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbəri olduğu layihə çərçivəsində nəşr olunmuş “Gənc Qırğız şeiri antologiyası” təqdim edilib.

Təqdimatda “Kaspi” qəzetinin kollektivi, Qırğız Milli Yazıçılar Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri təmsilçisi Əkbər Qoşalı antologiya barədə məlumat verib: “Bu antologiyada müstəqillik dövrü Qırğız şeirinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb. Bir neçə ziyalılarımız bu kitaba rəy, məsləhətçi və “Ön söz” müəllifi kimi öz töhfələrini veriblər. Həmçinin Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət OrucovMilli Məclisin deputatı Cavanşir Feyziyevinantologiya ilə bağlı təəssüratları kitabda qeyd edilib. Bu görüş həm də Qırğız-Azərbaycan ədəbi əlaqələri ilə yanaşı, ədəbi qurumlar arasında da yeni bir əməkdaşlıq yaradacaq. Qırğızıstanla Azərbaycan arasında olan əlaqələrin köklü keçmişi var. Çünki eyni kökdən gəlirik. Sovet dövründə bir-birimizə daha yaxın olmuşuq. Amma son illərdə bu əlaqələr ortaq türk qurumları, eyni zamanda, “Kaspi” qəzetinin nüfuzlu nəşrləri sayəsində yeni bir mərhələyə keçdi”.

Tədbirdə çıxış edən Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva qeyd edib ki, hər bir türkdilli xalqın nümayəndəsi üçün Azərbaycan həm də onun ikinci vətənidir: “Biz eyni ruhun daşıyıcılarıyıq, eyni kökdən gələn xalqlarıq. Bununla da qürur duyuruq ki, biz kök etibarı ilə türkük, eyni zamanda, yer üzündə ilk dəfə Tanrının səsini eşidən türk övladıyıq. Bu gün qarşımızda çox müqəddəs kitab var. Bu şeir antologiyada gənc qırğız şairlərinin şeirləri toplanıb. Şeirləri oxuduqca mənə çox təsir etdi”.

S. Vəliyeva kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Antologiyanın çox mühüm bir toplu olduğunu bildirən Qırğız Milli Yazıçılar Birliyinin başçısı Nurlan Kalıbekov deyib ki, qırğız ədəbiyyatı dünyaya Çingiz Aytmatov kimi ədib bəxş edib. Azərbaycanın da görkəmli yazıçıları, şairlərinin olduğunu söyləyən qonaq ədiblərimizin əsərlərinin qırğız dilinə daha çox tərcümə edilməsinin vacibliyini söyləyib. O, Qırğız şairlərinin Azərbaycanda təbliğ olunmasının yaxşı bir ideya olduğunu diqqətə çatdırıb. Bildirib ki, yaşadığımız qloballaşma dövründə bir-birimizlə dost olmağımız çox vacibdir.

Sonda qonaqlar qarşılıqlı hədiyyələr təqdim edib.

Qeyd edək ki, iyulun 23-də Azərbaycanda Atatürk Mərkəzində də antologiyanın təqdimatı keçiriləcək.

 

Yeni Azərbaycan.-2019.-23 iyul.- S.7.