Yeni Azərbaycan
Partiyası siyasi şurasının üzvü,
professor İradə Hüseynovanın kitablarının
təqdimatı
Mayın 29-da "Azərkitab" Kitab Təbliğatı Mərkəzində
Bakı Dövlət
Universitetinin (BDU) Qafqaz
xalqları tarixi kafedrasının müdiri,
tarix elmləri doktoru, professor İradə Hüseynovanın
ali məktəblər
üçün
"Heydər Əliyev
və Qafqazda sülh prosesi" adlı fundamental əsəri - monoqrafiya xarakterli dərsliyinin təqdimatı olub.
"Avrasiya Beynəlxalq Araşdırmalar
İnstitutu”", "Regional
Hüquqi və İqtisadi Maarifləndirmə"
İctimai birlikləri
və "Azərkitab"ın”
təşkilatçılığı ilə baş tutan təqdimatda Azərbaycan Respublikası
Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar,
millət vəkilləri
Qənirə Paşayeva,
Aydın Hüseynov, Elman Nəsirov, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai
Birliyinin sədri Arzu Bağırova və başqaları iştirak ediblər.
Çıxışçılar Əliyevşünaslığa
və qafqazşünaslığa
dəyərli ərməğan
sayıla bilən bu fundamental dərsliyin tələbə
və magistrlərin, tarixçi müəllim və alimlərin, politoloqların, həmçinin
geosiyasi və beynəlxalq problemlərlə
məşğul olan mütəxəssislərin, diplomatların
stolüstü kitabına
çevriləcəyinə əminliyini ifadə ediblər.
Qeyd edilib ki, qafqazşünaslıqda və
Vətən tarixşünaslığında
ilk təcrübə olan bu dərslikdə
Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətində
müstəsna əhəmiyyətli
yer tutan bir tarixi problem
– Şərqlə Qərbin,
Cənubla Şimalın
arasında mühüm
geosiyasi, geostrateji mövqeyi
olan, dünya sivilizasiyasının nadir
məskəni sayılan
Qafqazda sülhün, təhlükəsizliyin və
əmin-amanlığın bərqərar olması, davamlı sülhün təmin edilməsi uğrunda apardığı
siyasət, həyata keçirdiyi tədbirlər,
ideya müəllifi olduğu "Ümumi Qafqaz evi" sülh strategiyası
elmi cəhətdən
sistemli təhlil olunur, "Vətəndə
sülh, bölgədə
sülh" siyasətinin
müasir mərhələdə
uğurla davam və inkişaf etdirilməsi problemləri
kompleks şəkildə
araşdırılır.
Tədbirdə o da vurğulanıb
ki, dərslik uzun illər təcrübədə uğurla
sınaqdan çıxmış
"Heydər Əliyev
və Qafqazda sülh prosesi" tədris proqramı əsasında hazırlanıb.
Əsər Qafqazda sülh və inteqrasiya proseslərində
Azərbaycanın yeri
və rolunu özündə təcəssüm
etdirən,
1993-cü ildən bəri
regionda cərəyan edən hadisələrin obyektiv, hərtərəfli
və ümumiləşdirilmiş
şəkildə təhlilini
verən ilk təcrübədir.
Ali təhsil müəssisələrində
çalışan müəllimlər,
alimlər, politoloqlar,
həmçinin geosiyasi
və beynəlxalq problemlərlə məşğul
olan mütəxəssislər,
magistrlər və geniş oxucu kütləsi üçün
nəzərdə tutulan
kitab giriş, on iki fəsil,
nəticə, istifadə
olunmuş zəngin mənbə və elmi ədəbiyyatın
siyahısından ibarətdir.
Professor İradə
Hüseynovanın "Heydər
Əliyev və Qafqazda sülh prosesi" dərsliyinə
kitabın elmi redaktoru professor Əli Həsənov tərəfindən sanballı,
analitik xarakterli geniş "Ön söz" yazılıb.
Dərsliyə görkəmli
akademiklər Ziyad Səmədzadə və Xoşbəxt Yusifzadə rəy veriblər.
Xatırladaq ki, Əliyevşünas
və qafqazşünas
alim İradə Hüseynova 300-ə yaxın
elmi əsərin – Əliyevşünaslıq elminə
dəyərli töhfələr
olan "Dövlətçilik
naminə" (Bakı,
2001), "Müstəqilliyimizin təminatçısı" (Bakı, 2003), "Müstəqil
Azərbaycan dövlətinin
qurucusu" (Bakı,
2004), "Qeydar Aliev –
ot politiçeskoqo rukovoditelə
k obhenaüionalğnomu lideru"
(Bakı, 2005), "Tarix.
Zaman. Düşüncələr."
I cild. (Bakı
2016) adlı monoqrafiyaların,
qafqazşünaslıq sahəsində
- "Qafqaz xalqlarının
tarixi" (Bakı,
2006), "Heydər Əliyev
və Qafqazda sülh prosesi" (Bakı, 2008) adlı fundamental dərsliklərin,
postsovet məkanında
ilk dəfə olaraq "İstoriçeskaə
gnüiklopediə Kavkaza"
(Bakı, 2010) adlı
irihəcmli ensiklopedik
nəşrin müəllifidir.
M.BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 1 iyun.- S.7