Bu ilin birinci rübü də
respublikamızın qərb bölgəsi üçün
uğurlu olub
Bəhs edilən dövrdə bölgəyə
daxil olan ayrı-ayrı rayonlarda quruculuq-abadlıq işləri
davam edib
Ölkəmizdə son 15 ildə Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu siyasət nəticəsində
bütün sahələrdə möhtəşəm nailiyyətlər
əldə olunub. Təbii ki, dinamik tərəqqi Azərbaycanın
bölgələrini də əhatə edib, regionların
sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Eyni
zamanda, respublikamızda regionların sosial-iqtisadi
inkişafına dair əvvəlki iki Dövlət Proqramı
kimi, 2014-2018-ci illəri əhatə edən sayca
üçüncü proqramın icrası da yüksək səviyyədə
təmin olunub. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il
tarixində imzaladığı növbəti Fərmanla isə
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” təsdiqlənib. Beləliklə, Azərbaycanda
2004-cü ildən etibarən böyük uğurla
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları respublikanın
bölgələrinin ümumi inkişaf dinamikasını
artırmaqla yanaşı, hər bir rayonda əldə edilən
uğurlarla müşayiət olunub. Və bu uğurlar 2019-cu ilin
birinci rübündə də davam edib. Bu məqamda vurğulamaq
yerinə düşər ki, 2019-cu ilin birinci rübü
respublikamızın qərb bölgəsi üçün də
uğurlu olub.
Beləliklə, regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin
uğurlu icrası ölkəmizin bütün rayonlarında
olduğu kimi, Ağstafanın da inkişafına böyük
təkan verib.
Ağstafa rayonunda həyata keçirilən
sosial-iqtisadi islahatlar, ağstafalıların həyatında,
onların maddi rifah halının
yaxşılaşdırılmasında mühüm rol
oynayır. Qeyd edək ki, 2019-cu ilin birinci rübü ərzində
Ağstafa rayonu üzrə ümumi məhsul
buraxılışının həcmi 26231,6
min manat olub. Keçən ilin eyni dövrü ilə
müqayisədə kənd təsərrüfatı məhsullarının
həcmi 5,9 faiz artıb, nəqliyyat xidmətində
6,7 faiz, rabitə xidmətində 13,0 faiz, ticarət sahəsində
6,5 faiz artım olub. Əhaliyə göstərilən pullu
xidmətlərin həcmi 0,3 faiz, pərakəndə
əmtəə dövriyyəsi 5,8 faiz artıb. Rayon üzrə
orta aylıq nominal əməkhaqqı 9,2
faiz artaraq 298,50 manata çatdırılıb. Əsas kapitala
yönəldilən investisiyaların həcmi 2707,2 min manat olub.
Ağstafa rayonunun iqtisadiyyatının əsasını
kənd təsərrüfatı təşkil edir. Cari ilin yanvar-mart ayları ərzində
rayon üzrə kənd təsərrüfatı məhsullarının
həcmi ötən ilin eyni dövrü ilə müqayisədə
431,5 milyon manat və ya 5,9 faiz artıb. Bu, dövlət tərəfindən fermerlərə
verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində
əldə olunub. Rayonda payızlıq və yazlıq
bitkilərin əkilib-səpilməsində “Ağstafa
Aqroservis” MMC-nin 67 ədəd və “Aqrolizinq” ASC-nin Ağstafa
Aqroservis xidmətinin 72 ədəd müasir kənd təsərrüfatı
texnikasından istifadə edilib. Bu da rayonda
aqrotexniki xidmətlərin müasir standartlara uyğun
qurulmasına, məhsuldarlığın artırılması
və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə
imkan yaradır. Ağstafa rayonunda
abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli
inkişaf təmin edilib. Ağstafa şəhərinin
abadlaşdırılması küçə və
meydanların yenidən qurulması çoxmənzilli
yaşayış bunalarının təmir olunması
üçün bir sıra işlər həyata
keçirilib. Rayon mərkəzinin
abadlaşdırılması ilə yanaşı, rayonun qəsəbə
və kəndlərində də abadlıq, tikinti-quruculuq
işlərinin genişləndirilməsi qarşıya vəzifə
kimi qoyulub.
Tovuz rayonunda da cari ilin birinci rübü uğurlu olub. Rayonda 2019-cu ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunları və qarşıda duran vəzifələrlə
bağlı keçirilən tədbirdə Tovuz rayon İcra
Hakimiyyətinin başçısı Məmməd Məmmədov
bildirib ki, cari ilin birinci rübündə rayonun sosial-iqtisadi
inkişafı sahəsində həyata keçirilən tədbirlər
ardıcıl qaydada davam etdirilib və bir sıra uğurlar əldə
edilib. 2019-cu ilin ilk üç ayında Tovuzun
iqtisadiyyatında makroiqtisadi göstəricilərdə dinamika
müşahidə edilib. Birinci rübdə keçən
ilin eyni dövrünə nisbətən istehsal olunan məhsulun
həcmi sənayedə 38,5 faiz, rabitədə
15 faiz, ticarət və xidmət sahələrində 3,2 faiz
artıb. Bu dövrdə 52 milyon 975 min manatlıq məhsul
istehsal edilib ki, bunun da 39,1 faizi istehsal sahələrinin, 60,9
faizi isə xidmət sahələrinin payına
düşür. Rüb ərzində 13 milyon 146 min
manatlıq kənd təsərrüfatı məhsulları
istehsal edilib və kənd təsərrüfatında 1,2 faiz artım qeydə alınıb.
Birinci
rübdə rayon üzrə təsdiq olunmuş 2 milyon 12 min
800 manat proqnoza qarşı büdcəyə 3 milyon 23 min 900
manat vəsait daxil olub, proqnoz 150,2 faiz yerinə yetirilib. Keçən ilin müvafiq dövrünə nisbətən
büdcəyə 1 milyon 11 min 900 manat çox vəsait daxil
olub. Yerli xərcləri tənzimləmək
üçün dotasiya alınmayıb, xərclər tam
olaraq rayonun gəlirləri hesabına həyata keçirilib.
2019-cu ilin əvvəlindən bilavasitə insanların
rifah halının yaxşılaşmasına hədəflənən
tədbirlərin reallaşdırılması daha da intensivləşib. Rayonun 35 min nəfərdən
çox sakini cənab Prezidentin cəmiyyətə təqdim
etdiyi sosial paketdən bəhrələnir. Sakinlər dövlətimizin sosial siyasətindən
çox məmnundurlar.
İlin
birinci rübündə rayon üzrə 413 ailəyə
ünvanlı dövlət sosial yardımı ödənilib
ki, bunun da aylıq məbləği 66 min 780 manat təşkil
edir.
Rayonda əhalinin özünüməşğulluğunun
təmin olunması sahəsində müvafiq tədbirlər həyata
keçirilir.
Özünüməşğulluq proqramı çərçivəsində
ötən il 132 ailəyə müəyyən
olunmuş hədd daxilində iri və xırdabuynuzlu heyvanlar,
6 nəfərə isə müxtəlif xidmət sahələrində
işləmək üçün avadanlıqlar verilib. Bu il isə müxtəlif sahələr üzrə
18 nəfər təlim kurslarına cəlb edilib.
Onu da qeyd
edək ki, birinci rübdə Tovuzda 480 yeni iş yeri
açılıb. O cümlədən Azərbaycan
Respublikası Prezidentinin təşəbbüsü ilə
hazırlanmış “İşsizin Dostu” proqramına uyğun
olaraq “DOST İş Mərkəzi” MMC tərəfindən 450
nəfər haqqı ödənilən ictimai işlərə
cəlb olunub.
Həmçinin hesabat dövründə
Sahibkarlığın İnkişafı Fondu tərəfindən
hüquqi və fiziki şəxslərə 14 layihə üzrə
764 min manat kredit verilib. Bu layihələr üzrə 14 iş yeri
açılıb. Digər banklardan 3 min 25 nəfər fiziki
şəxsə 7 milyon 804 min manat kredit verilıb. Dördüncü Dövlət proqramına uyğun
olaraq Tovuz rayonunda da müəyyən tədbirlərin
görülməsi nəzərdə tutulur. Rayonda qeyri-neft sektorunun inkişafı prioritet məsələ
kimi ön plandadır. Hazırda Düz
Qırıqlı kəndində kağız və karton tara istehsalı müəssisəsinin və
Alakol kəndində dənli bitki toxumlarının emalı
zavodunun tikintisi aparılır. Eyni zamanda, “ABAD”
layihəsi üzrə meyvə qurutma fabrikinin tikintisində
işlər davam etdirilir. Kənd təsərrüfatının
bitkiçilik və heyvandarlıq istiqamətləri üzrə
iri istehsal gücünə malik olan aqroparklar yaradılır.
Kənd təsərrüfatı məhsullarının
saxlanılması üçün müasir anbar-soyuducu
bazalarının yaradılmasına təşəbbüslər
göstərilir. Kənd təsərrüfatına
gəlincə, son illər ölkəmizdə
baramaçılığın inkişafına xüsusi diqqət
yetirilir. O cümlədən Tovuzda da üç ildir ki,
baramaçılığın bərpasına
başlanıb. Kümçülər barama
istehsalını ildən-ilə artırırlar. Bu il 13 ton barama istehsal etmək nəzərdə
tutulur. Hazırda rayonun 30 yaşayış məntəqəsində
ipəkqurdu bəslənilir, 160 ailə
baramaçılıqla məşğul olur. Baramaçılığın yem bazasının
möhkəmləndirilməsi məqsədilə davamlı tədbirlər
görülür. Tütünçülük
sahəsində də işlər davam edir. Bu il 50 hektar sahədə tütün əkiləcək.
Rayonda son illər meliorativ tədbirlərin həyata
keçirilməsi istiqamətində ardıcıl işlər
görülür. Tovuzçay su
anbarının istifadəyə verilməsi ilə 20 min hektar
torpaq sahəsinin suvarma təminatı
yaxşılaşdırılıb, 300 hektar yeni torpaq sahəsi
əkin dövriyyəsinə daxil edilib. Bununla
yanaşı, 2013-cü ildən başlayaraq Prezident sərəncamları
əsasında rayonda 63 subartezian quyuları qazılıb
istifadəyə verilib və 819 ha sahənin suvarma təminatı
yaxşılaşdırılıb. Dövlət
başçısının 2019-cu il 12
fevral tarixli Sərəncamına əsasən bu il Tovuzda daha
12 ədəd subartezian quyusunun qazılması nəzərdə
tutulur. Rayonda istifadədə olan 424 ədəd
subartezian quyusu var və bu, 7424 ha əkin sahəsinin
suvarılmasına imkan verir. Əhalinin
qazla təminatı sahəsində də müəyyən
işlər görülüb. Birinci
rüb ərzində 52 yaşayış məntəqəsində
355 abonentə təbii qaz verilib və qazla təmin olunan
abonentlərin sayı 32972-yə çatıb. Hazırda rayon üzrə qazlaşmanın səviyyəsi
92 faiz təşkil edir. Növbəti illərdə
qazlaşma işləri Dövlət Proqramına uyğun
davam etdiriləcək.
Tovuzda yol infrastrukturunun yenilənməsi işləri
davam etdirilir.
Ölkə Prezidenti 15 fevral 2019-cu il tarixdə
“Tovuz rayonunun
Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala
avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında” Sərəncam imzalayıb və bu
məqsədlə vəsait ayrılıb. Cari
ildə 7 dağ kəndini rayon mərkəzi ilə birləşdirən
həmin yolun tikintisi davam etdiriləcək. Hesabat
dövründə uzunluğu 31,9 km olan
Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun tikintisi
başa çatıb.
Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair
dördüncü Dövlət Proqramında yerli əhəmiyyətli
avtomobil yollarının, eləcə də kəndlərarası
avtomobil yollarının tikintisinin, yenidən
qurulmasının və əsaslı təmirinin davam etdirilməsi
nəzərdə tutulur. Tovuz-Böyük Qışlaq-Qaralar və
Tovuz-Qovlar-Ağbaşlar avtomobil yollarının əsaslı
təmiri yol boyu turizm məkanlarının və iaşə
obyeklərinin yaranmasına, əraziyə kütləvi turist
axınına səbəb olub. Bütün
bunlarla yanaşı, rayon ərazisində ekoloji təhlükəsizliyin
təmin edilməsi, ətraf mühitin qorunması,
yaşıllıqların salınması istiqamətində
aparılan tədbirlər davam etdirilir. Birinci
rüb ərzində rayonun müxtəlif yerlərində
ayrı-ayrı vaxtlarda ağacəkmə aksiyaları
keçirilib. Yol kənarlarına,
xiyabanlara, idarə müəssisə və təşkilatların
ərazilərinə 10 min ədəd müxtəlif dekorativ
ağaclar və gül kolları əkilib. Yaşılıqların salınması ilə
yanaşı mövcud meşəliklərin mühafizəsi və
bərpası da qarşıda duran əsas vəzifələrdən
biridir.
Tikinti işlərinə gəlincə, Tovuz şəhəri
Sabir küçəsində yerləşən çoxmənzilli
yaşayış binasında təmir işləri
aparılır. Birinci rübdə dəyəri 794 min manat, ümumi sahəsi
3540 kv.m olan 32 fərdi yaşayış evi tikilib istifadəyə
verilib. Tovuz şəhərində Tarix
Diyarşünaslıq Muzeyi və Bayraq Muzeyinin tikintisi
tamamlanmaq üzrədir. Qovlar şəhərində
100 yerlik körpələr evi-uşaq
bağçasının tikintisi isə başa
çatıb. 624 şagird yerlik Alakol kənd
tam orta məktəbinin, “ASAN xidmət” Mərkəzinin
tikintisi davam etdirilir.
(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 4 iyun.- S.7