Maqsud İbrahimbəyov
Yaradıcılıq Mərkəzində
uşaqlar üçün
bayram tədbiri təşkil olunub
İyunun 3-də Uşaqların Beynəlxalq
Müdafiəsi Günü
ilə əlaqədar
Maqsud İbrahimbəyov
Yaradıcılıq Mərkəzində
“Gözəl bir gün” adlı bayram tədbiri keçirilib. Tədbir Yaradıcılıq Mərkəzi
tərəfindən “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) iştirakı
ilə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Maqsud İbrahimbəyov
Yaradıcılıq Mərkəzinin
direktoru Anna İbrahimbəyova tədbir
haqqında məlumat verib. O bildirib ki, bayram tədbiri
Xalq yazıçısı,
görkəmli kinodramaturq
və rejissor Maqsud İbrahimbəyovun eyni adlı hekayəsi ilə adlandırılıb. Uşaqlar
bizim gələcəyimizdir.
Onların bayramı hər kəsin bayramıdır.
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxış
edərək deyib ki, uşaq siyasəti
Azərbaycanın dövlət
siyasətinin ən vacib istiqamətlərindən
biridir. Ölkəmizdə
uşaqların müxtəlif
sahələrdə problemlərinin
həlli ilə bağlı mühüm sənədlər
qəbul olunub. Bu gün Azərbaycanda
uşaqların inkişafı
üçün bütün
imkanlar yaradılıb.
Böyüməkdə olan
nəslin sağlam, firavan, xoşbəxt yaşaması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.
Yaradıcılıq mərkəzinə AQUPDK tərəfindən
diplom təqdim olunub.
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
aparat rəhbəri Riad Qasımov bildirib ki, uşaqların
gələcəyi dövlətin
əsas prioritetindən
biridir. Ölkə rəhbərliyi bu məsələyə həssaslıqla
yanaşır. Dövlət
siyasətinin əsas istiqamətlərindən biri
uşaqların təhsilinin,
sağlamlığının, asudə vaxtının səmərəli keçirilməsinin
təmin edilməsidir.
YARADAN Yaradıcılıq
Birliyinin rəhbərləri
Nigar Rzayeva və Vüsalə Rzayeva uşaqları bayram münasibətilə
təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Onlar ölkəmizdə
uşaqların təlim-tərbiyəsi
və sağlam böyümələri istiqamətində
görülən işlərdən
danışıblar.
Tədbirdə “İstedArt” və “Yaradan uşaqlar” layihələrindən qırxdan
çox uşaq iştirak edib.
Sonra uşaqlar
istedadlı gənc rəssamlar, musiqiçilər,
fotoqraflar və xoreoqrafların təşkil
etdikləri ustad dərslərində, əyləncəli
oyunlarda, musiqili yarışmalarda iştirak
ediblər.
Uşaqlara Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
hədiyyələr paylanılıb.
Qeyd edək ki,
“Yaradan uşaqlar”
YARADAN Yaradıcılıq Birliyinin 12 yaşdan 16 yaşa qədər, əlilliyi olan uşaqlar da daxil olmaqla, aztəminatlı ailələr,
internatlar və sığınacaqlardakı uşaqların
bacarıqlarının aşkar
edilməsi, inkişafı
və həyata keçirilməsi üçün
şəraitin yaradılmasına yönəlmiş
layihədir.
“İstedArt” isə “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
tərəfindən inkişaf
xüsusiyyətləri olan
uşaqların və
valideynləri olmayan uşaqların bacarıqlarının,
yaradıcı tərəflərinin
kəşf edilməsi
məqsədilə həyata
keçirilən layihədir.
Yeni Azərbaycan.-
2019.- 4 iyun.- S.7