“Bizim həyət”
layihəsi çərçivəsində
abadlaşdırılan növbəti
həyətin açılışı
olub
IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına
yönəlmiş “Bizim
həyət” layihəsi
çərçivəsində yenilənən növbəti
həyət sakinlərin
istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva bununla bağlı keçirilən tədbirdə
iştirak edib.
Tədbir zamanı
uşaqlar üçün
müxtəlif əyləncə
proqramları təqdim
olunub. Həyətdə
uşaqlar üçün
yeni salınmış
oyun meydançası,
maraqlı attraksion, sürüşkən və
yelləncəklər onların
böyük sevincinə
səbəb olub. Cizgi film qəhrəmanlarının
(maskotlar) və animatorların da qoşulduqları tədbir
zamanı uşaqlar sevimli personajları ilə görüşüb,
onlarla birlikdə əyləniblər.
Uşaqlar bayramlarını
bol əyləncələrlə
qeyd etməklə yanaşı, istedad və bacarıqlarını
da nümayiş etdirərək mahnı və rəqslər təqdim ediblər.
Qeyd edək
ki, yenilənmiş həyət Xətai rayonu, İlqar Zülfüqarov küçəsi,
107, 109, 111, 113 ünvanlarında 2 min nəfərə yaxın sakinin yaşadığı doqquzmərtəbəli
dörd binanı əhatə edir.
Abadlaşdırılan növbəti həyətdə
əlil və sağlamlıq imkanları
məhdud insanların
rahat hərəkəti
nəzərə alınıb,
bütün yaş qrupları üzrə uşaqların inkişafı
üçün əlverişli
şəraitin yaradılması
və gənclərin
asudə vaxtlarını
səmərəli keçirmələri məqsədilə
ərazidə 1 mini futbol meydançası, 1 şahmat meydançası,
idman qurğul
arı,
4 söhbətgah və oturacaqlar quraşdırılıb. Bu
cür meydançaların salınmasında əsas məqsəd
gənclərin sağlam həyat tərzi sürmələrinə,
sağlamlıqlarını möhkəmləndirmələrinə,
asudə vaxtlarını səmərəli keçirmələrinə,
o cümlədən onlarda sistematik idmanla məşğulolma
refleksinin yaradılmasına nail olmaqdır.
Sakinlərin
istək və maraqları nəzərə alınaraq, yeni
işıqlandırma dirəkləri
quraşdırılıb, binaların fasadları və
giriş hissələri də tam təmir olunaraq onların
istifadəsinə verilib. Həyətin ərazisindəki
mövcud yaşıllıqların bərpası ilə
yanaşı, əlavə olaraq 100 ağac əkilib və 3
min kvadratmetr ərazidə yaşıllıq zolağı
salınıb.
Xətai
rayonunda sakinlərin istifadəsinə verilmiş həyət
layihə çərçivəsində
abadlaşdırılan iyirmi dördüncü həyətdir.
“Bizim
həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin
ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər
ekologiyasının sütununu təşkil edən
yaşıllıqların bərpası, sağlam həyat tərzinin
formalaşdırılması, sakinlər üçün təhlükəsiz
və rahat yaşam şəraitinin yaradılmasıdır.
Sözügedən
layihənin Bakının bütün rayonlarında həyata
keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar,
paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan
həyətləri haqqında məlumat və tövsiyələrin
IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
Yeni Azərbaycan.-
2019.- 4 iyun.- S.7