Heydər Əliyev Mərkəzinin parkında
Reza Deqatinin “Odun ruhu. Vizual
səyahətə dəvət”
sərgisi açılacaq
İyunun 10-da Heydər Əliyev Mərkəzinin parkında
tanınmış fotoqraf
Reza Deqatinin “Odun ruhu. Vizual
səyahətə dəvət”
adlı sərgisi açılacaq. Ekspozisiyada
Azərbaycanı tərənnüm
edən, onu kəşf etməyə imkan verən əsərlər nümayiş
olunacaq.
AZƏRTAC xəbər verir ki, Reza
Deqati indiyədək dərc olunmamış fotolarından ibarət bu sərgi vasitəsilə
izləyicilərə zəngin
diyarın mənzərəsini,
mədəniyyətini, tarixini
göstərəcək.
Məşhur fotojurnalist Reza Deqati 40 ildən çoxdur ki, dünyanı gəzib dolaşır. Parisdə yaşayır və 30 kitabın müəllifidir.
Onun əsərləri
bütün dünyada
sərgilənir.
“National Geographic”
Cəmiyyətinin tədqiqatçısı
və “Ashoka” Fondunun baş mütəxəssisi olan Reza Deqati bir
sıra beynəlxalq mükafatlar qazanıb. Missuri Universitetinin
“Şərəf” medalına
və Parisin Amerika Universitetinin fəxri doktoru adına layiq
görülüb. Fransa hökuməti
onu göstərdiyi xidmətlərə görə
Milli Cəngavərlik
Ordeni ilə təltif edib.
Reza Deqatinin əsərləri,
eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü
ilə keçirilən
bir sıra layihələrdə təqdim
edilib. Fondun təşkilatçılığı
ilə 2013-cü ildə
Parisdə, UNESCO-nun mənzil-qərargahında
Reza Deqatinin “Azərbaycan
- tolerantlıq məkanı”
adlı sərgisi açılıb. Həmin
sərgi daha sonra Moskvada, Nyu-Yorkda BMT-nin
mənzil-qərargahında, Brüsseldə Avropa Parlamentində nümayiş
olunub. 2014-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan - alovun zərifliyi” sərgisi keçirilib.
Yeni Azərbaycan.- 2019.- 8 iyun.- S.7