Parisdə Azərbaycan qadınına səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş konsert olub

 

Azərbaycanın Fransadakı səfirliyinin, Azərbaycanın Dostları Assosiasiyasının Azərbaycan EviAssosiasiyasının birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizdə qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin siyasi məsələlər üzrə müşaviri Vaqif Ağayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, Cümhuriyyətin ən böyük nailiyyətlərindən biri qadınlara səsvermə hüququnun verilməsidir. Cümhuriyyət dilindən, cinsindən etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verib.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyətindən, iki ölkə arasındakı münasibətlərdən, qardaşlaşmış şəhərlərdən söz açıb.

Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın - Ədilə Hüseynzadə haqqında ətraflı məlumat verib. O, çıxışında A.Çexovunİnsanda hər şey gözəl olmalıdır: həm üz, həm geyim, həm ürək, həm fikirlərkəlamını Ədilə Hüseynzadəyə şamil edərək, onun musiqiyə, sənətə hədsiz vurğunluğunu diqqətə çatdırıb. Müəllimi olmuş Ə.Hüseynzadənin həyat yaradıcılığından danışan professor onun XX əsrin 40-cı illərində Üzeyir Hacıbəylinin təşəbbüsü xeyir-duası ilə musiqi aləminə gəldiyini bildirib. O, Ə.Hüseynzadənin bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaratdığını qeyd edib. Bəstəkarın yaradıcılığında romans janrına üstünlük verdiyi diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə, Əməkdar artist Aleksey Miltıxinin ifasında bəstəkarın əsərləri səsləndirilib.

Musiqimizi ölkəmizdə xaricdə uğurla təmsil edən Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin müxtəlif illərdə yazmış olduğu romansları səsləndirib.

Azərbaycan musiqisinə sonsuz sevgisi F.Hacıyevanı daim axtarışlara, müasir musiqi mədəniyyətimizə fayda vermək naminə fəaliyyət göstərməyə, ötən əsrdə yazılmış əsərlərə novatorluqla yanaşmağa sövq edir. KonsertdəMənim arzum”, “Yaşamaq”, “Gözlərin matəmi Xirosima” (Rəsul Rza), “Günəşdən gənclik istədim” (Nigar Rəfibəyli), “Çiçək” (Aleksandr Puşkin), “Yadigar”, “Qara gözlər” (İsmayıl Soltan) digər romanslar səsləndirilib. Daim yaradıcılıq axtarışında olan Fidan Hacıyeva ifası ilə bu əsərləri fransalı tamaşaçı auditoriyasına uğurla çatdırıb. Parisdə ikinci dəfə konsert verən F.Hacıyevanın ifası tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Fransız musiqisevərlər ilk azərbaycanlı qadın bəstəkarın musiqilərini maraqla qarsalayıblar.

Konsertdən sonra Fidan Hacıyeva sənətini sevənlər onunla söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

 

Yeni Azəbaycan.- 2019.- 8 iyun.- S.4