Xalq yazıçısı Elçinin Almaniyada yeni kitabları işıq üzü görüb

 

Xalq yazıçısı Elçinin dramaturgiyası xarici ölkələrin teatrlarında tez-tez tamaşaya qoyulur get-gedə beynəlxalq səviyyədə daha geniş miqyaslı populyarlıq əldə edir. Onun pyesləri əsasında Nyu-York, London, Roma, İstanbul, Ankara, Moskva, Sankt-Peterburq başqa şəhərlərin teatrlarında hazırlanmış tamaşalar rəğbətlə qarşılanaraq müasir dramaturgiyanın uğurları kimi qiymətləndirilib. “Cəhənnəm sakinləripyesi əsasında ingilis bəstəkarı Lorens Mark Vitin yazdığı müzikl isə Cənubi Koreyada, Seul Opera Balet Teatrında böyük müvəffəqiyyətlə tamaşaya qoyulub.

AZƏRTAC xəbər verir ki, bu günlərdə AlmaniyadaPemverlaqnəşriyyatı Xalq yazıçısınınPyeslər” (“Teatr oyunları”) kitabını nəfis şəkildə nəşr edib. Kitaba ədibin məşhurTeleskop”, “Mənim sevimli dəlim”, “ŞekspirCəhənnəm sakinləritragikomediyaları daxildir. Pyesləri orijinaldan alman dilinə türkoloq K.H.Kiel tərcümə edib. Maraqlı cəhət odur ki, nəşriyyat həmin pyesləri, eyni zamanda, türk dilində ayrıca kitab kimi nəşr edib. Əsərlər türk dilinə doktor Orxan Araz tərəfindən tərcümə olunub. O.Araz kitabı oxuculara təqdim edərək yazır: “Dünyaca tanınmış yazar Elçin, sadəcə çağdaş dövrümüzdə deyil, gələcəkdə oxunacaq əsərlərindən dərslər alınacaq bir yazardır”.

Qeyd etmək lazımdır ki, alman oxucuları Xalq yazıçısı Elçinin əsərləri ilə yaxşı tanışdırlar. Almaniyada onunMahmud Məryəm”, “ dəvə”, “Ölüm hökmü”, “Başromanları, eləcə , povest hekayələri nəşr edilib. “Pyesləronun Almaniyada nəşr olunmuş səkkizinci kitabıdır.

 

Yeni Azərbaycan.- 2019.- 12 iyun.- S.7.