Əli Əhmədov:
Heydər Əliyev xalqımızı acı
tale yaşamaqdan xilas etdi
“AXC-“Müsavat”
cütlüyünün cəmi
13 ay davam edən hakimiyyəti Azərbaycanı dövlət
müstəqilliyini itirmək,
ölkəni bölünmək,
xalqı isə müsibətlər yaşamaq
taleyi ilə üzbəüz qoydu. Ölkə xaos, anarxiya, dərəbəylik,
özbaşınalıq girdabında
boğulurdu. Sözün həqiqi
mənasında, yaşamaq
uğrunda mübarizə
gedirdi. Çörək
növbələri 1993-cü ildə Azərbaycanda həyatın ən acı mənzərələrindən
birinə çevrilmişdi.
İnflyasiya 1000 faizlə
ölçülürdü. Milli valyuta, sözün əsl mənasında, dəyərsiz
kağız parçası
olmuşdu. İqtisadiyyat
bütünlüklə çökmüşdü.
Vaxtilə minlərlə
insanın çalışdığı
fabrik və zavodlar sökülüb dəzgahları metal kimi dəyər-dəyməzinə
xaricə satılırdı.
İş o yerə çatmışdı ki,
dəmir yol relsləri, tramvay xətləri, vaxtilə Azərbaycana böyük valyutalar gətirən şərab çənləri daşınıb
xaricdə “əridilirdi”.
Digər heç bir sahədə bacarıq göstərə
bilməyən o zamankı
hakimiyyətə cəmi
bir il kifayət
etdi ki, ölkəni bütünlüklə
talan etsin”. Bu fikirlər Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun rəsmi facebook səhifəsində
yayımladığı “Heydər
Əliyev xalqımızı
acı tale yaşamaqdan xilas etdi” sərlövhəli məqaləsində yer almışdır.
Əli Əhmədov
Milli Qurtuluş Günü münasibəti
ilə qələmə
aldığı məqalədə
1992-1993-cü illərin acı
reallıqlarını təhlil
edərək qeyd edir: “Ermənistanla
müharibə vəziyyətində
olan ölkədə nizami ordu yaradılmamışdı.
Ayrı-ayrı qruplara,
maraqlara, hətta siyasi partiyalara xidmət edən silahlı dəstələr
ordunu əvəz edir, hərbi vəzifələrdən daha
çox siyasi vəzifələrə qulluq
göstərirdi. Silahlı
qüvvələr hakimiyyət
savaşına cəlb
olunmuşdu. Ermənilər
isə bundan istifadə edib Azərbaycanın torpaqlarını
zəbt etməkdə
davam edirdilər. Dövlətin və mərkəzi hakimiyyətin
ifrat zəifliyindən
istifadə edən məkrli qüvvələr
separatçı hərəkata
rəvac vermişdilər.
Cənubda Talış-Muğan
respublikası elan edilmiş, şimalda “Sadval” hərəkatı baş qaldırmışdı.
Azərbaycanın parçalanması,
demək olar ki, artıq baş vermişdi. AXC-“Müsavat” hakimiyyəti bütünlükdə iflasa
uğrayıb taqətini
itirmişdi. Azərbaycanı
acı tale gözləyirdi. Dövləti
idarə edən siyasətçilərin görməli
və qiymətləndirməli
olduğu təhlükələri
onlar deyil, müdrik Azərbaycan xalqı görür və qiymətləndirirdi.
Xalq hökmünü
vermişdi: Hakimiyyət
dəyişməli, siyasətdə
naşıları siyasətin
nəhəngi əvəz
etməlidir. Beləliklə,
xalq Heydər Əliyevi hakimiyyətə
dəvət etdi. Azərbaycanın fəlakətdən,
xalqın müsibətdən
qurtulması naminə”.
Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışını
Azərbaycanın müasir
tarixinin yeni mərhələsi kimi dəyərləndirən Baş
nazirin müavini daha sonra bildirir:
“Heydər Əliyevin
qayıdışı ilə
Azərbaycanın müasir
tarixinin yeni mərhələsi başladı.
Xaos, anarxiya aradan qaldırıldı,
sabitlik təmin edildi, inflyasiya və iqtisadi tənəzzül cilovlandı,
islahatlar həyata keçirildi, Azərbaycana
firavanlıq gətirən
neft strategiyası reallaşdı, nizami ordu yaradıldı, erməni təcavüzü dayandırıldı,
separatizmin kökü
kəsildi, Azərbaycanın
bütövlüyü qorunub
saxlanıldı.
Çörək növbələri, 1000 faizlik
inflyasiya, separatizm,
AXC-“Müsavat” hakimiyyətinin
digər “şedevrləri”
indiki gənclərə,
yəqin ki, fantaziya kimi gəlir. Ancaq bütün bunlar yaşadığımız tarixin
qaranlıq bir parçasıdır. Daha dəqiq
ifadə etsək, bizə yaşadılan bir tarix, bir
müsibətdir. Əgər
xalq vaxtında o zamankı hakimiyyəti devirməsəydi və siyasət nəhəngi Heydər Əliyev hakimiyyətə gəlməsəydi,
Azərbaycan başqa bir tale yaşamağa
məhkum olacaqdı. Yalnız Heydər Əliyevin sayəsində, Onun müdrikliyi
və 2003-cü ildən
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan güclü, qüdrətli, firavan, təhlükəsiz dövlət
və ölkə kimi tanınır və qəbul olunur. Ən başlıcası isə,
insanlar rahat yaşayır, gələcəyə ümidlə baxırlar. Ona görə də xalq 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışını
Milli Qurtuluş Günü kimi qeyd edir.
Azərbaycan xalqı hər
il böyük coşqu ilə Milli Qurtuluş bayramını qeyd etdiyi halda, 26-27 il bundan əvvəl
ölkəni dəhşətli
böhrana salaraq insanlara müsibətlər
yaşadanların qalıqlarının
indiki hakimiyyəti və bütünlükdə
reallıqlarımızı yalan-böhtan əsasında
tənqid etmələri
istər-istəməz acı
təbəssüm yaradır.
Uğursuzların özlərini
qəhrəman kimi təqdim etməsi tarixin ən gülməli paradokslarındandır.
Lakin tarixi o tarixi yaşamış insanlara unutdurmaq mümkün deyil.
Milli Qurtuluş
məfkurəsi Azərbaycanın
qarşısında geniş
perspektivlər açmışdır.
Ölkəmizin uzun illər bu yolla
gedəcəyinə və
daha böyük uğurlar qazanacağına
dərindən inanıram.
Milli Qurtuluş
Günü bayramınız
mübarək olsun!”
Yeni Azərbaycan.-
2019.- 13 iyun.- S.4