Müasir müstəqil
Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında
inkişaf edir
Milli Məclisin
Səhiyyə komitəsinin
sədri, akademik Əhliman Əmiraslanov
www.yap.org.az saytına müsahibə
verib:
- Əhliman müəllim,
1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gələrək
xilaskarlıq missiyasını
yerinə yetirməsi xalqımız tərəfindən
dövlətimizin qurtuluşu
kimi qeyd olunur. Sizcə, 15 İyun - Milli Qurtuluş Gününün
tariximizdə əhəmiyyəti
nədən ibarətdir?
- Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından
sonra Azərbaycanda inkişafın yeni mərhələsi başlandı.
XX əsrin 80-ci illərinin
sonu, 90-cı illərinin
əvvəllərində ermənilər
Azərbaycan torpaqlarının
20 faizini işğal
etdikdən sonra bütün
sahələrdə tənəzzül
yaranmışdı. İllərlə
Ulu Öndər tərəfindən çətinliklə
yaradılanlar baxımsızlıq
üzündən asanlıqla
dağıdılırdı. Xoşbəxtlikdən bu, uzun sürmədi və Ulu Öndərin
yenidən hakimiyyətə
gəlişi pərakəndəliyin, dağıntıların qarşısını
aldı. Həmin dövr üçün Azərbaycan cəmiyyətindəki
anarxist qüvvələrin
zərərsizləşdirilməsindən
sonra Ulu Öndər siyasi, hüquqi, iqtisadi, sosial sahədə demokratik islahatlar proqramının həyata
keçirilməsinə start
verdi.
Heydər Əliyevin Azərbaycanın
dövlət müstəqilliyinin
qorunub saxlanılması
və inkişaf etdirilməsi istiqamətində
gördüyü işlərdən
biri dövlət quruculuğunun hüquqi bazasının yaradılması
idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət
quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının
prioritetliyini və hakimiyyət bölgüsünü
özünün gələcək
inkişafı kimi seçdi. Ulu Öndərin birbaşa
təşəbbüsü ilə hazırlanmış
və ümumxalq səsverməsi nəticəsində
qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın
ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə
müstəqil Azərbaycanın
ilk parlamentinə keçirilən seçkilər
isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına
daha geniş imkanlar yaratdı. Heydər Əliyev böyük şəxsiyyət
olaraq cəmiyyətin
sivil inkişafını
hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında
görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Onun gərgin səyləri
nəticəsində hüquqi,
demokratik, dünyəvi
dövlət quruculuğu
yolu ilə irəliləyən müstəqil
Azərbaycanda vətəndaş
cəmiyyətinin formalaşması,
insanların azad, sərbəst yaşaması,
qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə
cavab verən normativ-hüquqi baza yaradıldı.
- Sizcə, qurtuluş
məfkurəsi Azərbaycan
xalqına və dövlətinə nə verdi?
- Müasir müstəqil
Azərbaycan dövlətinin
hazırkı inkişaf
mərhələsinə çatmasında
bir çox amillər müstəsna rol oynamışdır. Bu sırada şəxsiyyət-lider
amili mühüm yer tutur. Şübhəsiz
ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus
yer tutmasını, gerçək müstəqilliyini
əldə edərək
qoruyub saxlamasını
təmin edən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev olmuşdur. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Ulu Öndər xalqı tarixən can atdığı müstəqillik idealına
qovuşdurub, mütərəqqi
ənənələr əsasında
yeni dövlətçilik
konsepsiyasını irəli
sürübdür. Ümummilli
Lider qlobal proseslər fonunda tam fərqli - xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü
ilə uzlaşan, hər bir mərhələ
üçün konkret
fəaliyyət prioritetləri,
taktiki və strateji məqsədləri
olan milli inkişaf strategiyasını
irəli sürərək
uğurla həyata keçiribdir. Ümummilli
Lider 1993-cü ildən
dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində
tənzimləndiyi, insan
hüquq və azadlıqlarının yüksək
səviyyədə qorunduğu,
humanizm ideyalarının
möhkəm təmələ
çevrildiyi sivil cəmiyyətin formalaşdırılması,
idarəçilikdə demokratik
ənənələrin bərqərar
olması naminə misilsiz xidmətlər
göstəribdir.
Ümummilli Liderin şəxsiyyət
kimi böyüklüyü
həm də Onun bütün idarəçiliyi boyu azərbaycanlı olması
ilə fəxr edib qürur duymasında, xalqın milli mənlik şüurunu, özünüdərk
hissini, mənəvi dəyərlərə bağlılığını
gücləndirmək əzmini
nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün zəngin və mənalı ömrü Azərbaycan üçün
yaşanıb, bu dahi şəxsiyyət həyatını Azərbaycanı
və azərbaycançılığı
dünyaya tanıtmağa
sərf edibdir. Ümumilikdə, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə
xalqın israrlı tələbi ilə hakimiyyətə gəldikdən
sonra sabitlik və təhlükəsizlik
təmin edildi, bütün sahələrdə
böhran və tənəzzülün qarşısı
alındı, ölkə
tərəqqi yoluna qədəm qoydu. Bugünkü müasir müstəqil Azərbaycan
məhz Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
- Ulu Öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının
bugünkü nəticələri
haqqında fikirlərinizi
bilmək istərdik. Heydər Əliyev siyasətinin müasir Azərbaycan dövləti
üçün əhəmiyyəti
nədən ibarətdir?
- Müstəqil
Azərbaycanın qurucusu
və yaradıcısı,
təşkilatçısı və aparıcı qüvvəsi olan Heydər Əliyev ideyaları ölkəmizin
bütün sahələrində,
o cümlədən ictimai
və iqtisadi-siyasi, milli-ənənəvi və
mədəni-kütləvi, elmi-maarifləndirici və
sosial-müdafiə sahələrində
əsaslı dönüş yaranmasının
başlıca istiqamətverici
qüvvəsi kimi öz xoşməramlı
avanqardlığını hər zaman saxlamaqdadır. XXI əsrin başlanğıcında
Azərbaycanın müstəqil
dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü
uğurla başa vuraraq, yeni dinamik
inkişaf mərhələsinə
qədəm qoyması
məhz Ulu Öndər, dünya şöhrətli
ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla ilk təməl daşlarını
qoyduğu uzaqgörən
siyasətin, dərin islahatlar strategiyasının
nəticəsidir.
Dövlətçiliyin mükəmməl təməl prinsiplərini
yaradan Heydər Əliyev idarəçilikdə
uğurlu daxili və xarici siyasət yeridib, dünyanın güc sahibliyi ilə fərqlənən dövlətlərini
Azərbaycanla hesablaşmaq,
onun konsepsiyasına hörmətlə yanaşmaq
faktı qarşısında
qoyubdur. Yeni dünya
sistemində meydan sulamaq cəhdində olan güc mərkəzləri
arasında gedən çəkişmələrin pərdəarxası
mahiyyətinə müvafiq
şəkildə məntiqli
xarici siyasət həyata keçirən müstəqil Azərbaycan
Respublikası Cənubi
Qafqazda lider dövlətə çevrildi,
ölkəmizin regionda
icra edilən bütün transmilli layihələrdə
iştirakı təmin
olundu. Azərbaycanın Heydər Əliyev
siyasi kursuna əsaslanmaqla həyata keçirdiyi daxili siyasət də ümumən bu prinsiplərə əsaslanıb,
respublikanın dövlət
müstəqilliyinin və
suverenliyinin möhkəmləndirilməsi,
ərazi bütövlüyünün
bərpası, beynəlxalq
münasibətlər sistemində
layiqli mövqeyinin təmin olunması, ikitərəfli əlaqələrdə
bərabərhüquqlu tərəfdaş
kimi çıxış
etməsi milli diplomatiyanın əsas hədəflərinə çevrilibdir.
Respublikamız ötən illərdə
təkcə səmərəli
iqtisadi təşəbbüslərlə,
konkret enerji-kommunikasiya
layihələri, əlverişli
tranzit-kommunikasiya imkanları
ilə deyil, eyni zamanda, demokratikləşmə
xəttinə, Avroatlantik
məkana inteqrasiya kursuna sadiqliyi ilə də Qərbin diqqətini cəlb edib, Avropa məkanında etibarlı tərəfdaş
imici qazanıbdır. Azərbaycanın beynəlxalq aləmə
inteqrasiyası baxımından
hüquqi dövlət
və vətəndaş
cəmiyyəti quruculuğu
siyasətini də diqqət mərkəzində
saxlayan Ulu Öndər bu istiqamətdə mühüm
islahatların həyata
keçirilməsini təmin
edibdir.
- Əhliman müəllim,
1993-cü ildə Azərbaycanı
məhv olmaq təhlükəsi ilə
üz-üzə qoyan
qüvvələr yenə
də hakimiyyət iddiasındadırlar. Buna münasibətiniz necədir?
- Azərbaycan dövlətçiliyinə qarşı
olanlar bilməlidirlər
ki, daha 20-30 il əvvəl deyil. Xalqımız hər şeyi gözəl bilir, pafoslu, bəlağətli
çıxışlarla onu
aldatmaq zamanı geridə qalıb. Bu gün ölkə
başçısı İlham
Əliyev Azərbaycanda
demokratiyanın inkişafı
üçün böyük
işlər görür.
Mən bir şeyi bilirəm ki, demokratik ölkədə hakimiyyətə
gəlməyin yalnız
bir yolu var. Mitinqlərlə, küçə yürüşləri
ilə hakimiyyətə
gəlmək mümkün
deyil. Ölkəmizdə
obyektiv, demokratik, beynəlxalq hüquq normalarına cavab verən seçkilər keçirilir. Hakimiyyətə
gəlmək istəyirsən,
gəl seçkilərdə
iştirak et. Prezident seçkilərindən
heç bir il keçmədən müxtəlif fikirlər səsləndirməyə başlayırlar.
Parlament seçkilərinə
hələ bir ildən çox vaxt var, deyirlər
seçkilər indi keçirilsin. Niyə? Xalqımız Heydər Əliyev siyasi kursunu və Prezident İlham Əliyev siyasətini dəstəkləyir və
onlarla bir yerdədir. Dövlətimiz
etibarlı əllərdədir!
Yeni Azərbaycan.-
2019.- 14 iyun.- S.6