Bakıdaİnvaziv diaqnostika müalicə: Bu gündən sabahaadlı beynəlxalq konfrans keçirilib

 

Milli Onkologiya Mərkəzində (MOM) 15 iyun - Milli Qurtuluş Günü, həmçinin MOM-un nəzdində yaradılmış İnvaziv Diaqnostika Müalicə Şöbəsinin 5 illiyinə həsr olunmuşİnvaziv diaqnostika müalicə: bu gündən sabahaadlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə yerli həkimlərlə yanaşı, Türkiyə Rusiyadan dəvət olunmuş tibb mütəxəssisləri - Türkiyənin Koç Universiteti Xəstəxanasının professoru Çil Barbaros Erhan, dosent Aslan Fatih, Rusiyanın N.N.Petrov adına Milli Onkoloji Tibbi Tədqiqat Mərkəzinin Endoskopiya şöbəsinin rəhbəri Oleq Tkaçenko bu sahədə ən son elmi praktiki təcrübələrini bölüşüblər. Konfransda həkim mütəxəssislərlə tibbin bu sahəsinin ən aktual məsələləri müzakirə olunub cərrahi əməliyyat otaqlarından bir sıra əməliyyatlar da birbaşa yayımlanıb.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.

Konfransı açan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev MOM-un baş direktoru, akademik Cəmil Əliyevin salamlarını çatdırıb. O, onkologiya elminin müasir dövrdə inkişafı tədbirin əsas məqsədi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, konfransın əsas məqsədi tədbir iştirakçılarına inkişafda olan Azərbaycan səhiyyəsinin uğurlarından bəhs etmək, Milli Onkologiya Mərkəzinin İnvaziv Diaqnostika Müalicə Şöbəsində icra olunan diaqnostik yeniliklər, invaziv müdaxilələr barədə məlumat verməkdir.

Konfransda Ruslan MəmmədovunEndoskopik ultrasəs müayinəsinin günümüzdə aktuallığı”, Gülüstan BabayevanınXroniki pankreatitlərin diaqnostikasında yeniliklər”, Aslan FatihinAdvanced Endoscopy- ESD, STER, POEM, POET”, Çil Barbaros ErhanınHepatosellular karsinomada transarterial lokoregional müalicələr”, Oleq TkaçenkonunSubmukozal tunel endoskopik rezeksiya, anastomoz çatışmazlığı zamanı endoskopik yanaşma”, Eldar Quliyevin “MOM-da qaraciyər törəmələrində invaziv müalicə taktikaları”, Cavid ƏhmədovunQastrik varikoz genişlənmələrdə invaziv radiologiyanın yeri”, Ruslan ƏliyevinUşaqlıq qanaxmalarında invaziv müdaxilələrin rolu”, Fərid Quliyevin “MOM-da icra olunan invaziv endoskopik müalicə üsulları”, “Elgün HəziyevinOnkoloji xəstələrdə kreatinin yüksəlməsinə yanaşmamövzularında məruzələri dinlənilib müzakirələr aparılıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib 8 kredit vahidi verilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Yeni Azərbaycan.- 2019.-m19 iyun.- S.5