Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir

 

Mehriban Vəliyeva: Əsas məqsədimiz milli-mənəvi dəyərlərə, yaradıcı təfəkkür məntiqi yanaşmaya malik, cəmiyyətə yararlı, hərtərəfli inkişaf etmiş layiqli vətəndaş, dünyanın qabaqcıl nüfuzlu ali təhsil müəssisələrində təhsil ala biləcək gənclər yetişdirməkdir

Məlum olduğu kimi, Azərbaycanda təhsilin inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Təhsil sahəsində həyata keçirilən davamlı islahatlar nəticəsində ölkəmizdə təhsilin forma məzmunu tamamilə yeniləşir. Akademik Zərifə Əliyeva adına Lisey ölkənin təhsil uğurları ilə seçilən məktəblərindəndir. Liseydə təhsilin inkişafı üçün burada səmərəli tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır.

Akademik Zərifə Əliyeva adına Liseyin 2008-ci ildən fəaliyyət göstərdiyini deyən bu təhsil ocağının direktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Mehriban Vəliyeva bildirib ki, Azərbaycanın görkəmli oftalmoloq-alimi Zərifə xanım Əliyevanın 85 illik yubileyi ərəfəsində istifadəyə verilən lisey 9-11-ci sinifləri əhatə edir. Onun sözlərinə görə, istedadlı uşaqların inkişafı üçün bütün istiqamətlərdə təmayüllər üzrə akademik bilik verən liseydə şagirdlərin hərtərəfli inkişafı üçün hər cür şərait var: “Lisey 2018-2019-cu ili uğurla başa vurdu. 631 şagirdi olan lisey 181 məzun yola saldı. Respublika fənn olimpiadasında 16 şagird qızıl, gümüş, bürünc medal qazanıb (1 qızıl, 9 gümüş, 6 bürünc). Liseyin nailiyyətləri çoxdur. Belə ki, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun keçirdiyiMən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəmmüsabiqəsində 9 şagirdimiz sentyabrda keçiriləcək final turuna keçid hüququ qazanıb. May ayında Tbilisidə keçirilənWorld Scholar”s Cup (WSC) beynəlxalq olimpiadasında iştirak edən şagirdlərimiz müxtəlif ölkələrin 100 komandası arasında seçilərək 2-ci yerə layiq görüldülər. Ayrı-ayrı nominasiya üzrə 3 kubok, 25 qızıl 45 gümüş medalla təltif olundular”.

Direktor qeyd edib ki, bu gün qarşımızda duran əsas vəzifə təkcə savadlı, yüksəkbilikli gənclər deyil, eyni zamanda, vətənpərvər, azad, qanuna hüquqa hörmət edən, geniş dünyagörüşlü vətəndaş yetişdirməkdir:Bu prinsiplər bizim üçün əsasdır. Məktəbimizin şagirdlərinin səylə çalışması, qazandığı uğurlar bizim sevincimizi qat-qat artırır. Şagirdlərimiz bütün müsabiqələrdə iştirakdan çəkinmirlər. “Ədəbiyyat bilicilərimüsabiqəsində 11-ci sinif şagirdi Nəzrin Məmmədova I yerə layiq görülüb. Ötən ildən isə robototexnikanı tədrisin bir komponenti kimi götürən lisey bu sahədə uğurlara imza atır, şagirdləri mühəndislik texnologiya istiqamətində düşündürməyi gələcək üçün vacib sayır. Oktyabr ayında keçirilmiş Gənclər İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası Gənclərin Təhsil, Təlim, Peşə İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən II Robot Olimpiadasında şagirdlərdən Xuduzadə Naim Bayramov Ruslan III yerə layiq görülüblər. Şagirdlərimiz Rumıniyada keçirilən İNFOMATRIX layihə müsabiqəsində robototexnika sahəsində 1 qızıl, 2 gümüş medal qazanıblar. Qasım Qasımzadə qızıl, Yusif Qasımzadə Nəcəf Məmmədov isə gümüş medal qazanıblar. III Robot Olimpiadasında isə şagirdlərimiz Ruslan Bayramov, Elvin Bilalov, Cabir Tahirov II yerə layiq görülüblər”.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri beynəlxalq layihələrdə fəal iştirak edirlər. Belə ki, “Sabahın alimlərimüsabiqəsində 7 layihə ilə 3 qızıl, 1 gümüş 3 bürünc medala layiq görülən lisey ABŞ-da keçirilənİntel İSEF” beynəlxalq yarışında da 3 layihə ilə ölkəmizi təmsil edib. Layihələrinə görə X sinif şagirdi Aydan QədirzadəRicohşirkətinin sertifikatına, 9-cu sinif şagirdi Nihad Həmidli 11-ci sinif şagirdi Nofəl Qədimli isə Yale Elmi Mühəndislik Birliyi tərəfindən 2019-cu ilin mükafatına layiq görülüblər.

Ötən ilin dekabrında isə Bakı Mühəndislik Universitetinin keçirdiyi tələbə şagirdlərin qatıldığı IV Qış Elm Festifalında liseyin şagirdləri Nofəl Qədimli Zəhra QədimzadəClik Enerjilayihəsi ilə II yerə layiq görülüblər. 10-cu sinif şagirdi Arif Qəhrəmanlı isə Gənclər İdman Nazirliyi tərəfindən keçirilənİdeya var” II ümumrespublika elm-yaradıcılıq müsabiqəsində III yeri qazanıb. Arif Qəhrəmanlının bu layihəsi həmçininClimatelaunchpadAzərbaycan 2018” startap proqramının ölkə finalına keçmiş 13 layihədən biri olub. Digər şagirdlər müəyyən layihələri ilə qalib olublar.

Direktor M.Vəliyevanın sözlərinə görə, liseyin əsas istiqamətlərindən biri şagirdləri beynəlxalq təhsil təcrübəsi ilə tanış etməkdir. O qeyd edib ki, yanvar ayında Qətərdə Beynəlxalq “MUN” konfransında 13 şagird, 3 müəllim iştirak edib, aprel ayında isə TürkiyədəRobert College İnternational Model United Nationskonfransında 2 müəllim 15 şagird iştirak edib. Bütün dünyadan 300-dən çox şagirdin iştirak etdiyi illik beynəlxalq toplantıda şagirdlər beynəlxalq təcrübə qazanıblar. “9-11 sinifləri əhatə edən təhsil ocağı Azərbaycan rus bölmələrində təmayüllər üzrə fəaliyyət göstərir. Liseydə siniflərin təmayüllər üzrə komplektləşməsi şagirdlərin maraq göstərdikləri fənləri daha dərindən mənimsəmələrinə imkan verir. Təhsil müəssisəsində fundamental tətbiqi elmlərin tədrisi, bilik yarışlarının təşkili, beynəlxalq layihələrdə olimpiadalarda iştirak prioritet məsələlərdən hesab olunur. Pedaqoji kollektiv şagirdlərdə müstəqil düşünmək, mühakimə yürütmək, nəticə çıxarmaq, tədqiqat aparmaq kimi bacarıq vərdişlərin formalaşmasını əsas tutur. Əsas məqsədimiz milli-mənəvi dəyərlərə, yaradıcı təfəkkür məntiqi yanaşmaya malik, cəmiyyətə yararlı, hərtərəfli inkişaf etmiş layiqli vətəndaş, dünyanın qabaqcıl nüfuzlu ali təhsil müəssisələrində təhsil ala biləcək gənclər yetişdirməkdir. Liseyə qəbul müsabiqə yolu ilə keçirilir siniflər təmayüllər üzrə: riyaziyyat-texniki, riyaziyyat-iqtisadiyyat, humanitar təbiət fənləri üzrə komplektləşdirilir. Şagirdlərin bilik səviyyəsini yoxlamaq üçün kiçik böyük summativ qiymətləndirmə testləri, mövzu bölmələr üzrə şifahi sorğu, müxtəlif fənlər üzrə layihə işlərinin müdafiəsi sinifdən-sinfə keçid imtahanları keçirilir. Qiymətləndirmə 100 ballıq sistemlə aparılır. Birinci ikinci yarımilin sonunda şagirdlər yekun imtahanı verirlər. Bundan başqa, şagirdlərin bilik səviyyəsini nəzarətdə saxlamaq üçün hər ay Liseydaxili Qiymətləndirmə Testləri (LQT) keçirilir. Testlərə hazırlıq məqsədi ilə xüsusi seminarlar, məsləhət saatları təşkil olunur. LQT-nin nəticələrinə əsasən hər bir sinfin, müəllimin, şagirdin müvəffəqiyyət faizləri hesablanır, reytinq cədvəlləri hazırlanır yüksək bal toplamış şagirdlər stimullaşdırılır. Liseydə 33 sinif otağı, multimedia fənn kabinetləri, fizika kimya laboratoriyaları, dörd kompüter otağı, kitabxana, yeməkxana, idman zalı fəaliyyət göstərir. Sinif otaqları, laboratoriyalar idman zalı müasir avadanlıqla təchiz olunub. Bununla yanaşı, liseyin İnformasiya-Resurs Mərkəzi, yeni dərslik, elmi bədii ədəbiyyatla zəngin kitabxanası var”, - deyən direktor əlavə edib ki, liseydə akademik Zərifə xanım Əliyevanın xatirə salonu yaradılıb. Salonda böyük alimin zəngin həyat fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən kitab jurnallar, fotoşəkillər nümayiş olunur.

Qeyd edək ki, liseydə informasiya-kommunikasiya texnologiyaları (İKT) da geniş tətbiq edilir, bütün fənn müəllimlərinin şagirdlərin keyfiyyətli təhsil prosesi üçün hərtərəfli imkanlar yaradılıb. Liseydə İKT üzrə savadlılığın artırılması məqsədilə mütəmadi treninqlər keçirilir. Belə ki, məktəbdə elektron dərslər qurulur, müəllimlərin tapşırıqları elektron poçt vasitəsilə təhlil edilir. Elektronqaynar xəttmövcuddur ki, bu da şagirdlərdə fikirlərini müstəqil ifadə etmək imkanı yaradır, rəhbərliyə daxil olan şikayət təkliflər obyektiv araşdırılır. Liseydə İKT əsaslı innovativ tədris otağı da yaradılıb. Nəticədə yalnız informatika dərsləri deyil, digər fənlər İKT-dən geniş istifadə olunmaqla tədris edilir.

Nardar BAYRAMLI

Yeni azərbaycan.-2019.- 19 iyun.- S.6