Tərtərdə İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
Yeni Azərbaycan
Partiyası (YAP) Tərtər
rayon təşkilatı
və rayon Təhsil Şöbəsinin
birgə təşkilatçılığı
ilə Azərbaycanın
görkəmli şairi
İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib.
Azərbaycanın görkəmli
şairi İmadəddin
Nəsiminin 650 illik yubileyi ilə əlaqədar hazırlanmış
Tədbirlər Planına
uyğun olaraq keçirilən müsabiqəyə
rayonun 44 ümumtəhsil
məktəbinin şagirdləri
qatılıb.
3 mərhələdən
ibarət müsbiqənin
açılışında çıxış edən
YAP Tərtər rayon təşkilatının sədri
Ramiz Şabanov bildirib ki, Azərbaycan
Respublikası Prezidenti
İlham Əliyevin Azərbaycanın böyük
şairi İmadəddin
Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında Sərəncamı
ölkəmizdə bədii
sözə, ədəbiyyatımıza,
incəsənət və
mədəniyyətimizə göstərilən böyük
qayğının təzahürüdür:
“Cəmiyyətimizdə “Nəsimi
İli” çərçivəsində
xalqımızın milli-mənəvi
dəyərlərinin tərkib
hissəsi olan Nəsimi irsi geniş şəkildə
müzakirə olunaraq,
çox səpkili tədbirlər həyata keçirilir”.
Beləliklə, iyunun 18-də YAP rayon təşkilatının
qərargahında keçirilən
yekun mərhələdə
Şəhər 6 saylı
tam orta məktəbin IX sinif şagirdi Mehdiyev Xəyyam Pərviz oğlu I yerə, Güləbatlı kənd
tam orta məktəbinin X sinif şagirdi Abbaslı Mirabbasağa Hafiz oğlu II yerə, Şəhər 2
saylı məktəb-liseyin
VIII sinif şagirdi Əlizadə Əfşanə
Zaur qızı isə III yerə layiq görülüblər.
Yeni Azərbaycan.-
2019.- 20 iyun.- S.7