Bakıda Ümumdünya
Qaçqınlar Günü
ilə bağlı tədbir keçirilib
İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Günü
ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq
Muğam Mərkəzində
təşkil edilən
tədbirin iştirakçıları
əvvəlcə qaçqınların
və məcburi köçkünlərin həyatından
bəhs edən fotosərgiyə baxıblar.
Tədbiri açan
BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri
Quido Ambroso tədbirin təşkilində
göstərdiyi dəstəyə
görə Azərbaycan
Hökumətinə və
Heydər Əliyev Fonduna minnətdarlığını
bildirib.
Sonra BMT-nin
qaçqınlar üzrə
ali komissarı Filippo Qrandinin videomüraciəti nümayiş
etdirilib.
Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov tədbirdə çıxış
edərək bildirib ki, qaçqın və məcburi köçkün problemi bu gün dünyanı
narahat edən məsələdir. Bu gün dünyada 70 milyondan çox qaçqın və məcburi köçkün
var. Bu problemin
həlli üçün
dünya dövlətləri,
siyasətçilər ciddi
səy göstərməlidirlər.
Ölkələr qaçqın
və məcburi köçkünlərə yardımlar
edirlər. Bu, yaxşı haldır. Ancaq münaqişənin həlli kökündən
həll olunaraq qaçqınlığa, köçkünlüyə
son qoyulmalıdır.
Məhz müharibələrin
səbəbidir ki, dünyada qaçqın ordusunun sayı artır.
Baş Nazirin
müavini bildirib ki, Azərbaycan 30 ildən çoxdur bu problemlə üz-üzədir. Ermənistanın
etnik təmizləmə
siyasəti nəticəsində
bir milyondan çox azərbaycanlı
qaçqın və məcburi köçkün
vəziyyətinə düşüb.
Azərbaycanı çətin
vəziyyətə salan
bu məsələyə
vaxtilə lazımi diqqətin yetirilməməsi
səbəbindən indi
bütün dünya bu ağır problemlə üzləşib.
Bu gün bu problemi yaradan
səbəblər araşdırılmalı,
məsələnin həlli
istiqamətində birgə
səylər göstərilməlidir.
Azərbaycan dövlətinin
böyük səyləri
nəticəsində bu
gün ölkəmizdə
qaçqınların və
məcburi köçkünlərin
sosial vəziyyəti xeyli yaxşılaşıb.
Lakin hələ də onlar öz
yurd-yuvalarına qayıtmayıblar.
“Düşünürəm ki, Azərbaycanın haqq səsini vaxtilə eşitməyənlər
bu gün bizim çağırışımızı
dinləyəcəklər. Bizim hədəfimiz işğal olunmuş torpaqlarımızı azad
etmək və qaçqın, köçkün
düşən vətəndaşlarımızı
öz yurd-yuvalarına
qaytarmaqdır”, - deyə
Əli Əhmədov qeyd edib.
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədri
Rövşən Rzayev
deyib ki, bugünkü tədbirin keçirilməsində əsas
məqsəd bu problemin nə qədər vacib olduğunu bir daha diqqətə çatdırmaqdır. Azərbaycanda
qaçqın və məcburi köçkün
problemi ilə bağlı əsaslı işlər görülür.
Lakin bu problem bütün dünyada böyük narahatlıq yaradır. Aidiyyəti təşkilatlar
qaçqın və məcburi köçkün
probleminin həlli ilə bağlı birgə çalışmalıdırlar.
R.Rzayev Azərbaycanda
məcburi köçkünlərə
yaradılan sosial imkanlardan danışıb.
O qeyd edib ki, Prezident İlham
Əliyev məcburi köçkünlərin sosial
rifahının yaxşılaşdırılması
istiqamətində mühüm
tədbirlər həyata
keçirib. Ancaq buna baxmayaraq, ölkə rəhbərliyi
bu gün onların öz yurd-yuvalarına qayıtmaları
üçün çalışır.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, qaçqın, köçkün problemi həqiqətən də qlobal problemdir və ciddi yanaşma
tələb edir. Təəssüf ki, bu problem dünya
miqyasında getdikcə
artır. Dünyada cərəyana edən siyasi proseslər 70 milyon insana ağır
dərəcədə təsir
edir. Problemin daha da dərinləşməməsi
üçün ciddi
işlər görmək
lazımdır. Böyük
dövlətlər ikili
standartları və məsələyə laqeydliyi
aradan qaldırmalıdırlar.
Azərbaycan qaçqın
və məcburi köçkünlərin sosial
problemlərinin həlli
məsələsində nümunədir.
Lakin məsələ
bununla bitmir. Bu insanlar öz
doğma torpaqlarına
qayıtmalıdırlar.
Sonra Dövlət
Miqrasiya Xidmətinin Ümumdünya Qaçqınlar
Günü ilə bağlı hazırladığı
videoçarx nümayiş
olunub.
BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi
Qulam İshaqzai qeyd edib ki,
qaçqın və məcburi köçkün
problemi dünya üçün ciddi təhlükədir. BMT-nin
iqlim dəyişikliyinə
və digər problemlərə qarşı
mübarizə apardığı
bir dövrdə ən çox diqqət qaçqın və məcburi köçkünlərin üzərinə
yönəlməlidir. Bu
il dünyada öz yurd-yuvalarından didərgin düşən
insanların sayı ən yüksək həddə çatıb.
Bu, bizi problemi yaradan səbəblər barədə
dərindən düşünməyə
vadar edir. Məsələnin həlli
üçün bütün
dövlətlər və
aidiyyəti təşkilatlar
birgə səy göstərməlidirlər.
Q.İshaqzai vurğulayıb ki, Azərbaycan qaçqınların
və məcburi köçkünlərin problemlərinin
həlli istiqamətində
böyük səylər
göstərir. Azərbaycan dünyadakı
qaçqın probleminin
həlli ilə bağlı görülən
işlərə töhfə
vermək, müxtəlif
ölkələrdən buraya
gələn qaçqınlara
himayə göstərmək
üçün böyük
imkanlara malikdir və bu imkanlarından
geniş istifadə edir.
“Alman Qaçqın
Akademik Təşəbbüsü”
təqaüd proqramı
vasitəsilə Azərbaycanda
təhsil alan əfqanıstanlı qaçqın
tələbə Zəhra
Muhamədi ölkəmizdə
ona yaradılan şəraitdən danışıb.
O qeyd edib ki, 19 ildir Azərbaycanda
yaşayır. O, 9 aylıq
körpə olanda valideynləri Əfqanıstandan
qaçdığını deyən Zəhra ona və ailəsinə
yaradılan imkana görə Azərbaycan Hökumətinə minnətdarlığını
bildirib.
BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri
Quido Ambroso tədbirə yekun vuraraq qeyd edib
ki, qaçqın və məcburi köçkünlər diqqətdən
kənarda qalmamalıdırlar.
Dünyada davam edən münaqişələr
qaçqın və məcburi köçkünlərin
sayını artırır.
O qeyd edib
ki, bu gün
Azərbaycanda məcburi
köçkünlərin vəziyyəti
xeyli yaxşılaşıb.
Ancaq onlar öz yurd-yuvalarına qayıda bilmirlər. Quido Ambroso deyib
ki, müxtəlif ölkələrdən Azərbaycanda
məskunlaşan qaçqınlara
da diqqət və qayğı göstərilir. Uşaqların
təhsil almaları üçün Azərbaycan
Hökuməti tərəfindən
imkanlar yaradılır.
Onlar müxtəlif sosial layihələrdən
yararlanırlar.
Tədbir bədii
hissə ilə davam edib.
Yeni Azərbaycan.-
2019.- 21 iyun.- S.3