Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir

 

Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib:

- Hadi müəllim, bildiyimiz kimi, ötən dövr ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısı tərəfindən mühüm Fərman sərəncamlar imzalanıb. Bütün bunlar konkret olaraq faktlarda özünün əksini necə tapır?

- Həqiqətən , Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, Fərman sərəncamları inqilabi xarakter daşıyır. Bu yöndə qərarlar 2018-ci ildən etibarən xüsusilə intensivləşib. Bu istiqamətdə atılan addımlar müqayisəyəgəlməzdir. Bilirsiniz ki, ötən il seçkilərdə qələbə qazandıqdan sonra Prezident cənab İlham Əliyevin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin Onun növbəti prezidentlik dövründə siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Bütövlükdə, ötən bir il ərzində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vacib qərarlar verilib. Belə ki, şəhid ailələri üçün verilən Prezident təqaüdü artırılıb, bu kateqoriyaya aid olan insanların mənzillərlə avtomobillərlə təminatı daha da yaxşılaşdırılıb, eləcə qaçqın məcburi köçkünlər üçün aylıq sosial müavinət artırılıb, yeni şəhərciklər inşa edilərək istifadəyə verilib.

Bütün bunlarla yanaşı, bu ilin əvvəlindən minimum pensiyanın, minimum əməkhaqqının artırılması da vacib məqamlardan biri idi. Fevralın 25-də dövlət başçısının imzaladığıƏhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqındaSərəncama əsasən aprelin 1-dən bir sıra ödəmələr əhəmiyyətli dərəcədə artırılıb. Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının verdiyi qərar s. addımlar da bir daha təsdiqləyir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır.

“2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”, - deyə bəyan edən cənab Prezidentin bu fikirləri Onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapıb.

- İyunun 18-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə minimum əməkhaqqı yenə artırıldı, eləcə müxtəlif kateqoriyalar üzrə çalışanların maaşlarında artım baş verdi. Bu barədə deyə bilərsiniz?

- Prezident İlham Əliyev çıxışlarında dəfələrlə 2019-cu ilin əhalinin sosial müdafiəsinin güclənməsi ili olacağını bildirib. Dövlətimizin başçısının cari ilin əvvəlindən verdiyi qərarlar əhalinin rifahının daha da yaxşılaşmasını təmin edir. İyunun 18-də imzalanmış sərəncamlar da məhz bu məqsədə xidmət edir.

Azərbaycan Prezidentinin imzaladığı yeni Sərəncamla minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı. Bu da 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanların 600 mini dövlət qurumlarında çalışırsa, 350 mini özəl sektorda fəaliyyət göstərir. Bununla yanaşı, iyunun 18-də imzalanan sərəncamlarla dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqları nəzərəçarpacaq dərəcədə artırıldı. Bu sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını, dövlətin hər bir vətəndaşının yanında olduğunu bir daha əyani şəkildə göstərir. Beləliklə, imzalanan hər bir Sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib.

Bu gün ölkəmiz güclü iqtisadi imkanlara malikdir. Azərbaycanın iqtisadi qüdrəti, ixrac potensialı ilbəil artır, qeyri-neft sektoru inkişaf edir. Ölkəmizin təşəbbüsü ilə irimiqyaslı qlobal layihələr uğurla icra edilir. Görülən bütün bu işlərin nəticəsində isə hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Bu cür sosial inqilab xarakterli qərarlar davamlı xarakter alıb. İlin sonunadək vaxtaşırı belə qərarlar veriləcək. Nəticədə vətəndaşlarımızın güzəranı daha da yaxşılaşacaq.

- İlin sonuna qədər əhalinin sosial müdafiəsi istiqamətində daha hansı addımların atılması gözlənilir?

- Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir. Bilirsiniz ki, iyunun 20-də parlamentin Əmək sosial siyasət komitəsindəƏmək pensiyaları haqqındaqanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir. Yeni redaksiya belədir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”. Bu məsələ parlamentin plenar iclasına tövsiyə olunub şübhəsiz ki, deputatlarımız bu qanunu birmənalı olaraq dəstəkləyəcəklər.

Qeyd etdiyim kimi, Azərbaycan sosialyönümlü dövlətdir gələcəkdə belə qərarlar qəbul ediləcək. Çünki əhalinin sosial müdafiəsinin gücləndirilməsi yaxşılaşdırılması Azərbaycan dövlətinin dövlət başçısının siyasətinin əsas xəttini təşkil edir.

 

Yeni Azərbaycan.- 2019.- 21 iyun.- S.4