Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir
Milli Məclisin
Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Adil müəllim,
məlum olduğu kimi, hər il 26 iyun tarixi
ölkəmizdə Silahlı
Qüvvələri Günü
kimi qeyd edilir. Sizcə, bütövlükdə ordu
dövlət və cəmiyyət üçün
nə deməkdir?
- Bəli, Ümummilli
Lider Heydər Əliyevin 22 may 1998-ci il Fərmanına əsasən əlahiddə
Azərbaycan korpusunun yarandığı gün
- 26 iyun Silahlı Qüvvələr Günü
elan olundu və bu tarix
rəsmi dövlət
bayramı kimi qeyd olunur. Hər
bir dövlət ilk öncə adı, bayrağı ilə tanınır. Bir dövlətin var olma səbəbi,
yaşam tarixidir ordu. Bayrağının qürurla yüksəklərdə
dalğalanmasının, bir
millətin millət, xalq olaraq mövcudluğu,
güvənc yeri, özünün bütün
dünyaya isbatıdır
ordu... Ordun varsa, Yurdun var!
Ordu dövlətin, cəmiyyətin keşikçisidir.
Hər bir dövlətin müqəddəratı,
xalqın taleyi ordusundan asılıdır.
Ordu öz dövlətini, xalqını
qoruyan bir ana timsalıdır.
- Nəzərə alsaq ki, torpaqlarımızın
20 faizi işğal altındadır, onda Silahlı Qüvvələrimizin
üzərinə böyük
bir məsuliyyət düşür. Necə hesab edirsiniz, ordumuzun döyüş hazırlığı hansı
səviyyədədir?
- Azərbaycan Silahlı Qüvvələri
“Dünyanın ən
güclü ordusu” reytinqində 52-ci yerdədir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan
ordusu hərbi hava və hava
hücumunda müdafiə,
hərbi dəniz və quru qoşunlarından
ibarətdir. Ordumuz potensial düşmənlə
hər zaman mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində
Azərbaycan hava hücumundan müdafiə
qüvvələrinə malik
ən güclü ölkələr sırasındadır.
- İşğalçı
Ermənistan tərəfindən
vaxtaşırı olaraq
cəbhə xəttində
təxribatlar törədilir.
Və işğalçı
ordunun rəhbərliyi
bəzi iddialarla çıxış edir.
Sizcə, Ermənistan
ordusu Azərbaycan Silahlı Qüvvələrinin
qarşısında duruş
gətirə bilərmi?
- Stokholm beynəlxalq
sülh araşdırmaları
institutunun hesabatına
görə, 2012-ci ildə
dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub. 2018-ci ildə dövlət büdcəsində
müdafiə xərcləri
üçün 2,739 milyard
manat ayrılıb. Azərbaycan müdafiə
xərcləri Ermənistandan
təxminən 4 dəfə
artıqdır. Azərbaycan
ordusunun sayı 374500 nəfər vətəni uğrunda canından belə keçəcək
vətənpərvər əsgərdən
ibarətdir. Bu ordunun və malik olduğu texnikanın qarşısında
erməni ordusu dura bilərmi?! Və gəlin unutmayaq ki, işğalçı
bir dövlətin ordusu nə qədər güclü olsa belə, məğlubiyyətə düçardır.
İşğalçı dövlətin havadarları
güclü olsa da, ordusu ruhən
qorxaq olur.
- Ordumuzun NATO standartlarına uyğunlaşdırılması
məsələsi də
daim cəmiyyətin diqqət mərkəzində
olub. Bu baxımdan, mövcud vəziyyəti necə dəyərləndirmək olar?
- Bu gün
Azərbaycan Silahlı
Qüvvələri NATO standartlarına
cavab verən səviyyədə formalaşıb.
Qarşısına qoyulan
hər hansı tapşırığı yüksək
peşəkarlıqla yerinə
yetirmək iqtidarına
malikdir. Möhtərəm Prezidentimiz, cənab
İlham Əliyevin göstərdiyi qayğı
nəticəsində vahid
komandanlığa tabe
olan, müasir hərb elminin tələblərinə cavab
verən Azərbaycan Ordusu gündən-günə
daha da möhkəmlənir,
döyüş qabiliyyətini
artırır.
Azərbaycan beynəlxalq aləmdə
NATO standartlarına uyğunlaşmış
modern ordusu ilə diqqət çəkir. Azərbaycan
hərbçiləri NATO-nun
“Sülh Naminə Tərəfdaşlıq” proqramı
çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma
kurslarında iştirak
edirlər. Azərbaycanın
NATO ilə əlaqələri
“Fərdi Tərəfdaşlığın
Fəaliyyət Planı”
çərçivəsində inkişaf edir. Bu, ordu quruculuğumuzda
növbəti nailiyyətimiz
deməkdir.
- Adil müəllim,
Milli Məclis tərəfindən hərbi
qanunvericilik zərurət
olduqca təkmilləşdirilir.
Bu mənada, bu sahədə qanunvericilik bazasını
necə qiymətləndirirsiniz?
- Milli Məclis
tərəfindən hərbi
qanunvericiliyin təkmilləşdirilməsi
təqdir olunası haldır. Bildiyimiz kimi, hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası
Konstitusiyasından, digər
normativ aktlardan və Azərbaycanın tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən
ibarətdir. Bu gün ordumuzun sıralarında xidmət
edən gənclər
konstitusiyamızdan irəli
gələn tələbləri
yetərincə dərk
edərək vətənimizə
layiqincə xidmət edirlər. Hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini
və öz vəzifələrini yaxşı
bilməli və onları vicdanla yerinə yetirməlidir. Bütövlükdə, Milli
Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir.
Yeni Azərbaycan.-
2019.- 26 iyun.- S.10.