Əli Əhmədov:
Milli Ordu dövlətin güc, millətin qürur mənbəyidir
“Sabah Silahlı
Qüvvələr günüdür.
Azərbaycanın hər
bir vətəndaşı
haqlı olaraq fəxr edə bilər ki, qüdrətli, möhtəşəm
silahlı qüvvələrimiz
var. Məlum Aprel döyüşləri
ordumuzun statusunu qəti olaraq təsdiq etdi. Əsgərlərimiz, zabitlərimiz,
generallarımız Ali
Baş Komandanın əmri ilə istənilən
döyüş vəzifəsini,
ən başlıcası
isə torpaqlarımızın
azad olunması vəzifəsini yerinə yetirməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Əminəm ki, Aprel döyüşlərindən
sonra düşmənin
yuxusu qaçıb, sakitləşib özünə
gələ bilmir”. Bu sətirlər Azərbaycan
Respublikası Baş nazrinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun rəsmi faceboook səhifəsində
26 iyun – Azərbaycan Respublikasının Silahlı
Qüvvələr Günün
münasibətilə yayımladığı
“Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi” sərlövhəli
məqaləsində yer
almışdır.
“Xüsusi qürur verən cəhət odur ki, Azərbaycanın silahlı qüvvələri
döyüş qüdrətinə
və təchizatına
görə dünyanın
ən güclü orduları sırasındadır”
– deyə, qeyd edən Baş nazirin müavini Əli Əhmədov daha sonra bildirir:
“Əhalisinin sayına
görə dünyada 89-cu yerdə olan ölkəmiz ordumuzun qüdrətinə
görə 52-ci yerdə
durur. Quruculuğu ümummilli lider
Heydər Əliyevin müstəqil dövlətçilik
strategiyasının reallaşması
dövründən başlayan
möhtəşəm Azərbaycan
Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında
sözün həqiqi
mənasında dünyanın
qüdrətli silahlı
qüvvələri sırasında özünə layiqli yer tutmuşdur”.
YAP-ın Sədr
müavini Əli Əhmədov Azərbaycan
silahlı qüvvələrinin
1990-cı illərinin əvvəllərindəki
vəziyyətindən bəhs
edərək qeyd edir: “Ordu günündə
keçmişə ekskurs
edib 1992-1993-cü illərdə
silahlı qüvvələr
sahəsindəki anarxiyanı
yada salmamaq mümkün deyil. Erməni silahlı qüvvələrinin
Azərbaycana təcavüzü
ilə başlanan müharibə şəraitində
AXC-Müsavat hökumətinin
orduya rəhbərliyi
hərbdən xəbəri
olmayan avantürist birinə həvalə etməsi xəyanət və cinayətdən başqa bir şey deyildir. Bundan heç də geridə qalmayan xəyanət və cinayət o idi ki, cəbhədə torpaqlarımıza təcavüz
edən düşmənə
çevrilməli olan
silahların xeyli hissəsi Bakıda, Gəncədə, digər
yerlərdə insanları
vahimə altında saxlamaq üçün mülki insanlara paylanmışdı. Daha bir xəyanət və cinayət isə o idi ki, ayrı-ayrı
partiyalara və qruplara xidmət göstərən silahlı
dəstələr yaradılmasına
dövlət səviyyəsində
imkan verilmişdi. Nəticədə güclü nizami
ordu yaradılması baş tutmamışdı,
torpaqlarımızın müdafiəsi
lazımınca təşkil
olunmamışdı. Mən
könüllü batalyonlarda
vuruşan, ümumiyyətlə
vətənin bütövlüyü
yolunda böyük qəhrəmanlıqlar göstərərək
canını qurban verən hər kəsin əziz xatirəsi qarşısında baş
əyirəm. Onlar həqiqətən qəhrəmanlar
idi. O zaman güclü nizami ordumuz yaradılsaydı, şübhə etmirəm
ki, əvvəla itkilərimiz qat-qat az olardı, ikincisi isə torpaqlarımız işğal
altına düşməzdi.
Canını vətən
yolunda fəda etməyə hazır olan qəhrəmanlarımız
nizami ordu halında birləşərək
buna imkan verməzdi”.
Əli Əhmədov
daha sonra qeyd edib: “Artıq
o illər arxada qalıb. Azərbaycan dəyişib. Güclü
iqtisadiyyatı var, sabitlik və əminamanlıq möhkəm
qərar tutub, insanların rifahı gündən-günə yaxşılaşır,
dünyada ölkəmizin
nüfuzu yüksəlir.
Xalqın iradəsi, Ali Baş Komandanın
müdrikliyi və Ordumuzun qüdrəti sayəsində işğal
olunmuş torpaqlarımızın
geri qaytarılacağına
kimsə şübhə
etmir. Və o gün uzaqda deyil.
Silahlı Qüvvələr
Günümüz mübarək!”
Yeni Azərbaycan.-
2019.- 26 iyun.- S.5.