Şəkidə “Müasir çağırışlar:
dini durum və vəzifələr”
mövzusunda regional konfrans keçirilib
Terrorizm və
ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir.
Dünyanın bir çox ölkələrində
din amilindən istifadə vətəndaş
müharibələrinə, terror hadisələrinə,
eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə
gətirib çıxarır.
Hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX
əsrdə “soyuq müharibə” illərindəki
ideoloji toqquşmanı
əvəz edib.
AZƏRTAC-ın
bölgə müxbiri
xəbər verir ki, bu fikirlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) və Şəki
Şəhər İcra
Hakimiyyətinin birgə
təşkilatçılığı ilə iyunun 25-də Şəki şəhərindəki
Heydər Əliyev Mərkəzində keçirilən
“Müasir çağırışlar:
dini durum və vəzifələr” mövzusunda
regional konfransda səsləndirilib.
Dövlət Komitəsinin və
şəhər icra hakimiyyətinin rəhbər
şəxsləri, yerli
hüquq-mühafizə orqanlarının
rəhbərləri, dini
icma sədrləri, din xadimləri, ilahiyyatçılar və
ictimaiyyətin digər
nümayəndələrinin iştirak etdikləri konfransda ölkəmizdə
dini sahəyə, milli-mənəvi dəyərlərimizə
göstərilən diqqət
və qayğıdan,
dini sabitliyin qorunub saxlanılması sahəsində görülməsi
vacib olan məsələlərdən geniş
bəhs olunub.
Konfransın əvvəlində azərbaycançılıq
ideologiyasına həsr
olunan sənədli film nümayiş etdirilib.
Konfransda çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı Elxan
Usubov Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində
ölkəmizdə dövlət-din
münasibətlərinin yüksək
səviyyədə olduğunu,
dünyada nümunəvi
model kimi qiymətləndirildiyini bildirib.
Qeyd olunub ki, dövlət din sahəsinə qayğı, dəstək
göstərir və bu siyasət tolerantlığın tərkib
hissəsi kimi həyata keçirilir. Dövlət dini qurumlar və dini icmalar arasında
münasibətlərin sağlam
əməkdaşlıq və
tolerantlıq əsasında
qurulması işinə
yardım göstərir.
Bu, ölkədə ümumi ictimai-siyasi sabitliyin qorunub saxlanılmasının mühüm
şərtidir.
Diqqətə çatdırılıb ki,
hazırda Şəkidə
dövlət qeydiyyatından
keçmiş 28 dini icma fəaliyyət göstərir. Dini icmalarla qarşılıqlı
münasibətlərin formalaşması
nəticəsində rayonda
dini durum sabitdir, dövlət-din münasibətləri qanunvericilik
bazası əsasında
tənzimlənir, zərərli
təriqətlərin rayon
ərazisində yayılmasının
qarşısının alınması
istiqamətində tədbirlər
davam etdirilir.
Dini Qurumlarla İş
üzrə Dövlət
Komitəsinin sədri
Mübariz Qurbanlı çıxışında ölkəmizdə
dövlət-din münasibətlərinin
tənzimlənməsi, dini
sahədə sabitliyə
nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin
qorunub saxlanılması
istiqamətində görülən
işlər barədə
danışıb.
Azərbaycanın dünyanın çox həssas bir bölgəsində yerləşdiyini
bildirən komitə sədri qeyd edib ki, bu
bölgədə müxtəlif
dünya dövlətlərinin
maraqları üz-üzə
gəlir, toqquşur.
Müasir dünyanın
özünəməxsus çağırışları
olduğunu diqqətə
çatdıran Mübariz
Qurbanlı bildirib ki, həmin çağırışlarla bağlı
BMT dünyanın 20-dək problemini müəyyən
edib. Onların içərisində demoqrafiya,
ekologiya, nüvə müharibəsi təhlükəsi,
müxtəlif sağalmaz
xəstəliklərin yayılması,
su çatışmazlığı,
iqlim dəyişkənliyi
ilə bağlı və digər problemlər ön sıralarda yer alır. Terrorizm və onun törətdiyi
fəlakətlər də
dünyanı narahat edən xüsusi problemlər sırasındadır.
Bütün dövrlərdə terrorun
olduğunu bildirən
komitə sədri vurğulayıb ki, indi terrorun da
mahiyyəti dəyişib
və terror müxtəlif formalarda təzahür edir. “Müasir terror orta əsrlərin terrorundan kəskin şəkildə fərqlənir.
Müasir terror texnoloji nailiyyətlərdən
yararlanır. Terror təhlükəsinin dünya
problemləri, çağırışları
içərisində yer
tutması dinlə əlaqədar məsələləri
də gündəmə
gətirir. Çünki dindən
həmin terror təşkilatlarında
ideoloji vasitə kimi istifadə olunur. Biz bunu
Yaxın Şərq ölkələrində, o cümlədən
qeyri-islam ölkələrində
görməkdəyik”.
Bildirilib ki, indi terror törədilməsi zamanı
hər hansı bir sosial ideya
deyil, dini amil ortaya çıxır
və bu amildən istifadə edərək kütləvi
terror qırğınları törədilir. Bu terror hadisələri yalnız müsəlman ölkələrində
deyil, digər ölkələrdə də
baş verir. Ayrı-ayrı ölkələrdə bu terror əməlləri
dindaxili deyil, dinlərarası terror kimi
təzahür edir.
Din amilindən terror vasitəsi
kimi istifadə olunur.
İslam dinindən terrorda istifadədə bir neçə məqsədin
güdüldüyünü vurğulayan Dövlət Komitəsinin sədri deyib: “Bu məqsədlərdən
biri İslam daxilindəki
məzhəblərarası qarşıdurmanı dərinləşdirməklə
gənc nəsildə
bir-birinə qarşı
nifrət hissi oyatmaq və son nəticədə həmin
İslam dövlətində bu məzhəblərarası
qarşıdurmadan istifadə
edərək ölkəni
zəiflətmək, çökdürmək
və dağıtmaqdır”.
Azərbaycandakı nümunəvi dövlət-din
münasibətlərindən söz açan Mübariz Qurbanlı bu modelin dünyada
rəğbətlə qarşılandığını
deyib. Əlavə edib ki, Ulu Öndərin dövlət-din münasibətləri
sahəsində irəli
sürdüyü ideyaların,
dünyagörüşün, müdrik tövsiyələrin
bu günün reallıqları kontekstində
oynadığı müsbət
rolu daha aydın görürük.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
sosial-iqtisadi siyasət,
əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir.
Çıxışında dinə dövlət qayğısının önəminə
toxunan Qafqaz Müsəlmanları İdarəsinin
bölgə qazısı
Kamran Məmmədov regionlarda
keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən
danışıb.
Yeni Azərbaycan.-
2019.- 26 iyun.- S.5.