Xalq yazıçısı Elçinin uşaqlar üçün yeni kitabı işıq üzü görüb

 

Xalq yazıçısı ElçininMənə niyə gülürləradlı kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitaba müəllifin uşaqlar üçün yazdığı hekayələr, eləcə tapmacalar, yanıltmaclar, oxşar sözlərlə yazılmış miniatürlər toplanıb.

Təhsilnəşriyyatı müəllifi kiçik oxuculara təqdim edərək yazır: “Əziz uşaqlar! Azərbaycan ədəbiyyatının böyük simalarından olan Elçin sizi heç vaxt unutmur. Bu kitabdakı hekayələrin qəhrəmanları sizsiniz, sizin dostlarınız, rəfiqələrinizdir. Siz onları o saat tanıyacaqsınız, onlarla dostlaşacaqsınız. Buradakı yanıltmaclar, eynimənalı sözlər sizin xoşunuza gələcək, onları bir-birinizə danışacaqsınız”.

Qeyd etmək lazımdır ki, Xalq yazıçısının bu hekayələri Alla Axundovanın tərcüməsində MoskvanınDetskaya literaturanəşriyyatında 150 min tirajla, eləcə məşhur türk uşaq yazıçısı Yücel Feyzioğlunun tərcüməsində Ön söz”ü ilə AnkaradaCocuq kitablarıseriyasından böyük tirajla nəşr edilib.

 

Yeni Azərbaycan.- 2019.- 29 iyun.- S.7