5 mart - Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür
Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər ardıcıl xarakter daşıyır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən müddət ərzindəmöhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Son 15 il ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Təbii ki, Azərbaycanınsürətli inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə edilən nailiyyətlər idman sahəsində də özünü bariz şəkildə göstərir. Ümumiyyətlə, ölkəmizdə idmanın inkişafı mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə görülən genişmiqyaslı işlərnəticəsində Azərbaycan Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Yeri gəlmişkən, martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Əlavəedək ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunutəsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
Vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təminedib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Əlbəttə, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa busahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texnikibazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, idmançıların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Bütün bunların qanunauyğun nəticəsi kimi, Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcədaha uğurlu olur. Yeri gəlmişkən,
2018-ci ildə idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal,
o cümlədən 263 qızıl medal əldə edilib. Bu, çox mühüm göstərici olmaqla dövlət tərəfindən idmana göstərilənyüksək səviyyəli diqqət və qayğının nəticəsidir.
Azərbaycanın ölkələr və xalqlar arasında əlaqələrin dərinləşməsində mühüm rol oynayan mötəbər idman yarışlarına ev sahibliyi etməsi də artıq ənənə halını alıb. Ölkəmiz 2015-ci ilin yayında dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının iştirakı ilə Bakıdakeçirilən birinci Avropa Oyunlarının təşkilində yeni standartlar müəyyənləşdirib. Bununla yanaşı, böyük tamaşaçı auditoriyası 2017-ci ilin birinci yarısında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının həyəcanını yaşayıb. Digər tərəfdən, ölkəmiz Formula 1 yarışlarınauğurla ev sahibliyi edir. Bu il Bakıda Avropa Gənclər Olimpiya Festivalının keçirilməsi də nəzərdə tutulub. Şübhəsiz ki, gənclər arasında Avropa Oyunlarının bir növü olan bu yarışa da Azərbaycan uğurla ev sahibliyi edəcək. Bundan başqa, bu il tarixdə ilk dəfə olaraqBakıda futbol üzrə Avropa Liqasının final görüşü keçiriləcək. Bu görüşün Bakıda keçirilməsi təsadüfi xarakter daşımır. Heç şübhəsiz, Azərbaycanın ümumi inkişafı, yüksək səviyyəli infrastruktura sahib olması, ölkəmizdəki etibarlı sabitlik, təhlükəsizlik mühiti, xalqımızınqonaqpərvərliyi və digər amillər bu qərarın verilməsində mühüm rol oynayıb.
Digər tərəfdən, Azərbaycanı müasir və güclü dövlət kimi fərqləndirən cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmiz ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərə,
o cümlədən də idman yarışlarına böyük məsuliyyətlə yanaşır və özünün yüksək standartlarını tətbiqedir. Birinci Avropa Oyunlarının standartlarının Bakıda müəyyənləşməsi, eləcə də ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməsi mütərəqqi nümunələr yaratmaqla yanaşı, ölkəmizin imkanları və nüfuzunu nümayiş etdirmiş oldu. Xüsusivurğulanmalıdır ki, Azərbaycanın idman sahəsində beynəlxalq əlaqələrinin genişlənməsində, ölkəmizin nüfuzlu, mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsində Prezident İlham Əliyevin bu sahəyə qayğısı ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanımƏliyevanın rəhbərlik etdiyi təşkilat komitələrinin uğurlu fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır. Bu kontekstdə Azərbaycan və dünya ictimaiyyəti ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları zamanı Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıqqabiliyyətinin bir daha şahidi oldu. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi bütün təşkilati məsələləri nümunəvi şəkildə həll etdi. Bunun da sayəsində bəhs edilən mötəbər beynəlxalq idman yarışları ən yüksək səviyyədə keçirildi, bütün dünyadaböyük tamaşaçı marağına səbəb oldu.
Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən də olduqca yüksək qiymətləndirilir. Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi Azərbaycanın bu istiqamətdə gördüyü işlərin və əldə olunan müsbət nəticələrin təqdirəlayiqolduğunu ifadə edir. Bütövlükdə, həyata keçirilən səmərəli, məqsədyönlü tədbirlər və əldə olunan nailiyyətlər Azərbaycanı güclü idman dövlətinə çevirib.
Nurlan QƏLƏNDƏRLİ
Yeni
Azərbaycan.- 2019.- 5 mart.- S.7