Bakıda Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı Təşkilat Komitəsinin növbəti iclası keçirilib

 

Sessiyada 180-dən çox ölkədən 3 minədək nümayəndənin iştirakı gözlənilir

Martın 4-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək görülmüş işlər qarşıda duran vəzifələr haqqında məlumat verib.

Nazir deyib ki, ölkəmizin son illər sürətlə inkişaf etməsi dünya birliyində yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq təşkilatların öz tədbirlərini Azərbaycanda keçirmələri müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

Ə.Qarayev Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Qeyd olunub ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, 43-cü sessiya 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Bütün dünyanı əhatə edən komitə üzvlərinin ölkəmizin belə nüfuzlu bir tədbirə ev sahibliyi etməsini dəstəkləməsi, sözsüz ki, ilk növbədə, Azərbaycanın nüfuzunun artdığını təsdiqləyir. Azərbaycanın 42-ci sessiyada bir il müddətinə komitənin sədri seçilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir.

Komitənin ilk iclasının keçirildiyini bir sıra məsələlərə aydınlıq gətirildiyini bildirən nazir deyib: “UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi həqiqətən olduqca məsuliyyətli bir işdir. Xüsusilə qeyd etmək istəyirəm ki, Ümumdünya İrs Komitəsinin əvvəlcədən göndərilmiş şərtlər toplusu var idi. Bu şərtlərlə bütün dövlət orqanları tanış olublar. Şərtlərin həlli istiqamətində lazımi işlər görülüb. Demək olar ki, biz ötən müddət ərzində mühüm işlər görə bilmişik qarşıdakı zaman kəsiyində lazımi işlərin həllinə nail olacağıq”.

Ümumdünya İrs Komitəsinin çox əhəmiyyətli bir qurum olduğunu söyləyən nazir deyib ki, bu gün dünyada 1500-ə yaxın abidə komitə tərəfindən qorunur. Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. Komitə dünya xalqlarının kimliyini tarixi yaddaşını ifadə edən maddi təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək eyni zamanda, Komitəyə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.

Diqqətə çatdırılıb ki, qurumun 43-cü sessiyası təkcə mədəniyyətlə bağlı deyil. Burada təbiət qoruqlarının siyahıya salınması nəzərdə tutulub. Ona görə Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən bu nominasiyaların nəzərdən keçirilməsinə başlanılıb.

UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Metşild Rosler Əməliyyat Komitəsinin indiyə qədər keçirdiyi məhsuldar görüşlərə görə iştirakçılara minnətdarlığını bildirib. O deyib ki, bu görüşdə, həmçinin UNESCO texniki komitəsinin üzvləri iştirak edirlər.

“UNESCO-nun ən əhəmiyyətli tədbirlərindən biri hesab edilən bu sessiyada 180-dən çox ölkədən 3 minədək nümayəndənin iştirakı gözlənilir. UNESCO ilə Azərbaycan arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Əminəm ki, bu əhəmiyyətli tədbir yüksək səviyyədə təşkil olunacaq. İclas zamanı əsas müzakirə mövzularından biri UNESCO-nun Ümumdünya İrs Siyahısına yeni obyektlərin daxil edilməsi bu istiqamətdə aparılan işlər olacaq”, - deyə Metşild Rosler qeyd edib.

Sonra 43-cü sessiya üçün hazırlanmış veb-saytın təqdimatı olub.

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək təşkilat komitəsinin birinci iclasından sonra həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirib ki, sessiyanın keçiriləcəyi Bakı Konqres Mərkəzində bir neçə görüş təşkil edilib, həmçinin mərkəzin imkanları nəzərdən keçirilib.

V.Eyvazzadə iclas iştirakçılarına UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının loqosu veb-saytı haqqında məlumat verib: “Loqo Bakının müasirlik qədimlik simvolları olan Qız qalası, Şirvanşahlar sarayı Heydər Əliyev Mərkəzinin görünüşünü özündə əks etdirir. Saytda iştirakçıların qeydiyyatı, ölkəmizin mədəniyyəti, tarixi abidələri haqqında ətraflı məlumat yer alıb. Sayt tam olaraq martın sonlarına kimi istifadəyə veriləcək. Tədbirin gedişi sayt vasitəsilə canlı yayımlanacaq”.

Sonra iclas Təşkilat Komitəsi üzvlərinin müzakirələri ilə davam edib.

Yeni Azərbaycan.- 2019.- 5 mart.- S.7