Bakıdaİqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forumkeçirilib

 

Martın 6-da Bakıdaİqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forumkeçirilib.

AZƏRTAC xəbər verir ki, forumda çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda aparılan iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, keçən il Azərbaycan iqtisadiyyatında 1,4 dəfə artım qeydə alınıb. Qeyri-neft sektorunda 2 faizdən çox, kənd təsərrüfatında isə 3 faizdən artıq iqtisadi artım Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, aparılan islahatların nəticəsi kimi qiymətləndirilir.

Baş nazirin müavini qeyd edib ki, hər il Azərbaycanın əmək bazarına 100 min işçi qüvvəsi daxil olur. Bir neçə il sonra isə 120 minədək işçi qüvvəsi daxil olacaq. Bu, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində kiçik orta sahibkarlığın inkişafı nəticəsində baş verəcək.

Ə.Əhmədov Dünya BankınınDoing Businesshesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını 10 ən islahatçı ölkə sırasına daxil edildiyini vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar sırasında Dünya Bankının xüsusi yeri olduğunu deyib. Bildirib ki, indiyədək Azərbaycanda həyata keçirilən layihələrə Dünya Bankından 4 milyard dollardan çox vəsait cəlb olunub. 1990-cı ildən bu vaxtadək Dünya Bankı ilə 50-dən çox layihə icra edilib.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin yüksək qiymətləndirildiyini Azərbaycanın digər ölkələr üçün örnək olduğunu qeyd edib.

M.Tembon ölkəmizdə həssas qrupların rifah halının yaxşılaşdırılması sahəsində atılan addımların təqdirəlayiq olduğunu deyib. O, Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndirdiklərini, ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatların mühüm əhəmiyyət kəsb etdiyini, bu islahatlar prosesində Dünya Bankı ilə birgə işlərin gələcəkdə uğurla davam edəcəyinə əminliyini bildirib.

Rəqəmsal ödənişlərin artırılması nağdsız cəmiyyətə gedən yolmövzusunda təqdimatla çıxış edən Mərkəzi Bankın ödəniş sistemləri hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanovanın sözlərinə görə, qarşıdakı 5 ildə Azərbaycanda nağdsız ödənişlərin 52 milyard manatadək artacağı nəzərdə tutulur. O qeyd edib ki, eyni zamanda, nağd iqtisadiyyatın çəkisinin 34 faiz azaldılması planlaşdırılır. Son 3 ildə Milli ödəniş sistemi üzrə aparılan dövriyyə 79 faiz artaraq 274 milyard manat olub. Həmin dövrdə kart ödənişlərində nağdsız dövriyyə isə 136 faiz artaraq 2,8 milyard manata çatıb.

Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov agentliyin fəaliyyəti, görülən işlər barədə məlumatlandırıcı təqdimat edərək bildirib ki, “KOB Dostuşəbəkəsinin, sahibkarların dövlət xidmətlərinə rahat çıxışının təmin edilməsi, KOBİA-nın çoxsaylı dəstəklərinin, biznesdən-biznesə xidmətlərin vahid məkanda təşkili ilə bağlı KOB evlərinin təşkili istiqamətində aktiv aparılır.

Hazırda 12 “KOB Dostufəaliyyət göstərir, bu il Bakıda ilk KOB evi fəaliyyətə başlayacaq. Agentliyin fəaliyyətinin mühüm istiqamətlərindən biri müvafiq sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi bu prosesdə KOBİA olaraq KOB maraqları baxımından çıxış etməkdir. Agentliyin təklifləri əsasındaKiçik orta sahibkarlığın inkişafı haqqındaQanun layihəsi hazırlanıb, Vergi Məcəlləsinə KOB-lar üçün bir sıra yeni güzəştləri nəzərdə tutan dəyişikliklər edilib, KOB-ların müəyyənləşdirilməsi üçün yeni meyarlar təsdiqlənib, kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib, dövlət satınalmaları haqqında qanunvericiliyə mütərəqqi dəyişikliklər olunub”, - deyə O.Məmmədov vurğulayıb.

Sonra Dünya Bankının nümayəndələri, dünya iqtisadiyyatının bəzi sahələri bu sahələrdə Azərbaycanın tutduğu mövqe barədə təqdimatlarla çıxış edib.

Forum öz işini panel iclasla davam etdirib. İclasda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Dünya Bankı ilə uzun illər ərzində həyata keçirilən səmərəli əməkdaşlıq məsələlərini önə çəkərək bildirib ki, bank 25 ildən artıq müddətdə ölkəmizdə iqtisadi islahatların uğurla aparılmasına, xüsusilə infrastruktur quruculuğu, aqrar inkişaf inzibati idarəetmənin təkmilləşməsinə mühüm töhfə verib.

E.Rüstəmov dayanıqlı iqtisadi artıma nail olmaqda makroqitisadi sabitliyin rolu, bütövlükdə makroiqtisadi siyasətdə son meyillər, xüsusilə pul siyasəti sahəsində islahatlara toxunaraq qeyd edib ki, ötən dörddəbir əsrə yaxın bir dövrdə Azərbaycanda dövlət iqtisadi quruculuq sahəsində görülmüş işlər, yaradılmış milli potensial onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni strateji dövrün çağırışlarına da layiqli cavab veriləcək.

Əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda qeyri-formal məşğulluqla mübarizənin müsbət nəticələri barədə məlumat verib.

“Bu ilin yanvar-fevral aylarında əmək müqavilələrinin sayı 53 min artıb. Qeyri-formal məşğulluqla mübarizə tədbirləri görülən çoxşaxəli işlər nəticəsində ötən il əmək müqavilələrinin sayı 90 mini ötüb. Bu ilin ilk iki ayında isə əmək müqavilələrinin sayı 53 min artıb. Bu müqavilələrin 13 mini dövlət, 40 mini isə özəl sektorun payına düşür”, - deyə nazir vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə bildirib ki, Azərbaycanda iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən müəyyən edilib. Ölkə iqtisadiyyatının davamlı dayanıqlı inkişafı, rəqabətqabiliyyətliliyin artırılması, dərin iqtisadi şaxələndirmə, sənayeləşmənin genişləndirilməsi, sahibkarlığın inkişafı, bunun üçün institusional dəstək mexanizmlərinin təkmilləşdirilməsi genişləndirilməsi, Azərbaycan iqtisadiyyatının ixrac potensialının artırılması, sənaye sahəsində məşğulluğun genişləndirilməsi barədə danışan nazir müavini gələcəkdə görüləcək işləri qeyd edib.

Ölkə başçısı tərəfindən qəbul edilən strateji sənədlərin, strateji yol xəritələrinin, dövlət proqramlarının, fərman sərəncamların icrası istiqamətində sistemli işlər həyata keçirilib, kompleks tədbirlər görülüb, gələcəyə inkişaf üçün baza yaradan nailiyyətlər əldə olunub. Sahibkarlıq sahəsində dövlət tənzimlənməsinin, dövlət nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar bir daha nəzərdən keçirilib”, - deyə N.Səfərov vurğulayıb.

Azərbaycanda yaradılan sənaye məhəllələri sənaye parkları barədə məlumat verən N.Səfərov deyib ki, Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi var. Təkcə Sumqayıt Kimya Sənaye Parkında 3 milyard dollar həcmində investisiya yatırılıb burada yerləşən müəssisələrdə 6 minədək insan çalışır.

Forumda iqtisadiyyatın şaxələndirilməsi, əsasən özəl sektorun bu prosesdəki rolu barədə müzakirələr aparılıb.

Yeni Azərbaycan.- 2019.- 7 mart.- S.5