Qadına, anaya münasibətin
ən unikal nümunəsi məhz Azərbaycandadır
YAP Qadınlar Şurasının sədri,
partiyanın İdarə Heyətinin üzvü, Bakı
Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva www.yap.org.az
saytına müsahibə verib:
- Nurlana xanım, söhbətimizə əvvəlcə
Azərbaycanda həyata keçirilən dövlət qadın
siyasətinin səciyyəvi xüsusiyyətləri barədə
fikirlərinizi öyrənərək başlamaq istərdik...
- Azərbaycan dünyada nümunəvi və
mütərəqqi inkişaf modeli ilə fərqlənir. Bu
inkişafı təmin edən isə Ümummilli Lider Heydər
Əliyevin əsasını qoyduğu siyasətin Onun layiqli
davamçısı olan Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsidir. Bunun nəticəsidir ki, cəmiyyət
həyatının bütün sahələrində tərəqqi
və yüksək vətəndaş fəallığı
müşahidə edilir. Bu baxımdan, Azərbaycan
qadınları da müxtəlif sahələrdə - elm, təhsil,
mədəniyyət, incəsənət və digər sahələrdə
uğurla fəaliyyət göstərirlər, dövlət
idarəçiliyində, qanunvericilik orqanında müvəffəqiyyətlə
təmsil olunurlar. Yəni Azərbaycan
qadınları bu gün dövlət quruculuğunda, ölkənin
ictimai-siyasi həyatında daha fəal iştirak edərək
Vətənimizin sosial-iqtisadi, elmi-intellektual
potensialının artırılmasına, milli dəyərlərimizin
və mədəniyyətimizin təbliğinə,
inkişafına layiqli töhfələrini verirlər. Elə Ümummilli Lider Heydər Əliyevin qurucusu
olduğu Yeni Azərbaycan Partiyasının (YAP)
sıralarında yer alan intellektual, ləyaqətli və milli
maraqların qətiyyətli müdafiəçisi kimi
çıxış edən qadınlarımız idarəetmədə,
o cümlədən qanunvericilik orqanında səmərəli,
məqsədyönlü, milli-mənəvi dəyərlərə
əsaslanan fəaliyyətləri ilə fərqlənirlər.
Onlar həmçinin ölkəmizi beynəlxalq müstəvidə
ləyaqətlə təmsil edərək Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə çatdırırlar.
Azərbaycan qadını Vətənin
bugünkü yüksəlişinin müdhiş sınaqlardan
keçərək bu əmin-aman günlərimizə necə
yetişdiyini heç bir zaman unutmayacaq. Bu
bütövlüyü qorumaq üçün
özünü səfərbər edərək əməyi,
zəhməti, ağlı, elmi, bacarığı, sədaqəti
ilə bu yüksəlişə dayaq olacaq. Xüsusi
olaraq diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan
qadınının bugünkü fəallığının,
cəmiyyət həyatının müxtəlif sahələrində
uğurla və ləyaqətlə təmsil olunmasının
təmin olunmasında Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq
siyasətinin təsiri misilsizdir.
Azərbaycanda qadın hərəkatının
genişlənməsi xalqımızın Ümummilli Lideri
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışından sonra başlayıb. Bu
hərəkat Ulu Öndərin rəhbərlik etdiyi dövlətdə
qadınlarımıza yüksək etimadın göstərilməsi,
onların daim irəliyə çəkilməsi ilə səciyyələnir.
Əminliklə söyləmək olar ki, Azərbaycanın
dövlətçilik tarixində Ulu Öndər Heydər
Əliyevə qədər Azərbaycan
qadınını fikrən və ruhən pərvazlandıran,
onu böyük cahanşümul işlərə
ruhlandıran, onun cəmiyyətdə layiq olduğu yeri təmin
edən ikinci bir dövlət rəhbəri olmayıb. Bu,
tarixi gerçəklikdir və Azərbaycan qadınına olan
yüksək hörmət, diqqət, qayğı və
ehtiramın əyani ifadəsidir.
Bilirsiniz ki, Ümummilli Lider Heydər
Əliyevin müvafiq qərarı ilə 1995-ci ildə Yeni Azərbaycan
Partiyasının Qadınlar Şurası yaradıldı. Bu zərif
və eyni zamanda, güclü zümrəni partiyamızın
sıralarına dəstə-dəstə gətirən amil
qadınlarımızın Heydər Əliyev zəkasına,
Onun müdrik siyasətinə olan böyük inam və etibar
idi. Azərbaycan qadınları Ulu Öndərin rəhbərlik
etdiyi ölkəmizin tərəqqi yolunda inamla irəliləyərək
böyük zirvələr fəth edəcəyinə əmin
idilər. Onlar inanırdılar ki, övladları yalnız
Heydər Əliyevin ideyaları və siyasəti ilə idarə
olunan cəmiyyətdə xoşbəxt ola biləcəklər.
Bu sarsılmaz inama malik olan Azərbaycan
qadınları YAP-ın sıralarında böyük bir
orduya çevrilərək, cəmiyyət həyatının
müxtəlif sahələrində daha fəal iştirak edərək
ölkəmizin inkişafına layiqli - dəyərli töhfələr
verməyə davam etdilər. Beləliklə,
Ümummilli Lider Heydər Əliyev bununla partiya
sıralarına həm də ana qayğısı və şəfqəti
gətirmiş oldu.
Sevindirici haldır ki, bu siyasət
Yeni Azərbaycan Partiyasının Sədri, ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir, cəmiyyətin digər təbəqələrindən
olan insanlar kimi, qadınlarımız da yüksək diqqət
və qayğı ilə əhatə olunurlar. Bu gün Azərbaycan qadınları dövlətin
onlara göstərdiyi yüksək diqqətdən
razıdırlar, Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasəti qətiyyətlə
dəstəkləyirlər. Çünki onlar görürlər
ki, bu siyasət inkişafa, firavanlığa xidmət
edir, Azərbaycanın qüdrətinin daha da artmasını,
ölkəmizin əzəmətli və möhtəşəm
nailiyyətlər qazanmasını təmin edir. Azərbaycan qadınları həm də ölkəmizdə
həyata keçirilən mütərəqqi gənclər
siyasətinin əhəmiyyətini və nəticələrini
bilirlər, onlar anlayırlar ki, bu siyasət övladlarının
xoşbəxtliyinə, səadətinə xidmət edir.
Azərbaycan qadını Vətən
üçün milli-mənəvi dəyərlərimizin
qoruyucuları, adət-ənənələrimizin
yaşadıcıları olan, nəsillər arasında
varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə
edib yetişdirirlər. Onların tərbiyə etdikləri gənclər
ölkəmizin inkişafına layiqli töhfələr verir,
Azərbaycanı beynəlxalq səviyyədə uğurla təmsil
edirlər. Azərbaycan analarının tərbiyə etdiyi
övladların Vətən qarşısında bu cür xidmətlər
göstərməsi həm də qadınlarımızın
hünəri və fərasətinin əyani ifadəsidir. Azərbaycan
analarının tərbiyə etdiyi gənclik həm milli-mənəvi
dəyərlərə bağlıdır, həm də
mütərəqqi dəyərləri özündə ehtiva
edir. Onlar möhkəm əqidəyə sahibdirlər. Biz bunun
örnəyini bir çox nümunələrin timsalında
göstərə bilərik. Heç uzağa getməyək,
aprel döyüşləri zamanı Azərbaycan gəncliyinin
nümayəndələri böyük cəsarət və rəşadət
nümunəsi ortaya qoydular. Azərbaycan gəncliyinin
yüksək vətənpərvərlik ruhu mənfur
qonşularımıza, həmçinin bütün dünyaya
bir daha bəlli oldu. Əlbəttə, bu nümunələrin
sayını istənilən qədər artırmaq olar, amma təkcə
bu örnək bütün deyilənləri sübuta
yetirir.
Azərbaycan gəncliyi müxtəlif istiqamətlərdə
uğurla fəaliyyət göstərməklə
yanaşı, yüksək təhsilə yiyələnən,
milli-mənəvi dəyərlərin
daşıyıcısı olan fəal təbəqə kimi
çıxış edirlər. Bu gün
Bakı Slavyan Universitetində (BSU) də yüksək
intellektual potensiala malik olan, vətənpərvər gənclər
təhsil alırlar, onlar universitet və cəmiyyət həyatında
fəallıqları ilə seçilirlər. Ümumiyyətlə,
Bakı Slavyan Universiteti Azərbaycan ilə slavyan ölkələri
arasında intellektual körpü rolunu oynayır.
Universitetimiz ilə slavyan ölkələrinin ali təhsil
müəssisələri arasında çox sıx və səmərəli
əməkdaşlıq mövcuddur. Cari ilin aprel ayında BSU
ilə Moskva Dövlət Linqvistik Universitetinin birgə beynəlxalq
konfransı keçiriləcək. Bu
yaxınlarda Maksim Tank adına Belarus Dövlət Pedaqoji
Universiteti tərəfindən Böyük Vətən
müharibəsi qəhrəmanlarının xatirəsini yad
etmək məqsədilə keçirilən “54-cü ulduz
yürüşü” adlı beynəlxalq tədbirdə
Bakı Slavyan Universitetinin bir qrup fəal tələbəsi
də iştirak edib. Milli geyimdə olan tələbələrimizin
Azərbaycan mədəniyyətini və tarixini Belarusda layiqli
səviyyədə təmsil etmələri rektor, professor
Aleksandr Juk tərəfindən müsbət
qarşılanıb. Bundan
başqa, bu il Bakı Slavyan Universiteti Azərbaycan
Slavyan Gənclərinin Birinci Forumuna ev sahibliyi edib. Forum Azərbaycan Respublikasının Gənclər
Fondu və Azərbaycan Slavyan Gəncləri
Assosiasiyasının birgə təşkilatçılığı
ilə keçirilib.
Bütövlükdə, universitetimiz hər zaman gənclərin
fəallığının və intellektual
potensialının artırılmasına, cəmiyyət həyatında
və beynəlxalq müstəvidə aktiv təmsil
olunmalarına xüsusi diqqət yetirir.
- Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva ayrı-ayrı sahələrdə qarşıya
qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə,
milli maraqlardan irəli gələn strateji əhəmiyyətli
vəzifələrin reallaşdırılmasına xidmət
edən səmərəli fəaliyyəti ilə
xalqımızın dərin rəğbətini və sevgisini
qazanıb. Mehriban xanım Əliyevanın çoxşaxəli
fəaliyyəti həm də qadınlar üçün
parlaq nümunədir. Bununla bağlı
düşüncələriniz nədən ibarətdir?
- Azərbaycanın
Birinci vitse-prezidenti, YAP-ın Sədr müavini, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın milli maraqlara,
ümumbəşəri dəyərlərə əsaslanan səmərəli,
məqsədyönlü fəaliyyəti
qadınlarımız üçün mütərəqqi və
müsbət nümunədir. Mehriban xanım
Əliyeva, hər şeydən əvvəl, Azərbaycan
qadınları üçün müasir dünyamızda bəşəriyyətə
faydalı olmağın yeni meyarlarını müəyyən
edən parlaq örnəkdir. Bu gün
adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək,
nəciblik, alicənablıq məzmunu ilə assosiasiya olunan
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti
xalqımızın və dövlətimizin mənafeyinə əsaslanır.
Biz həmçinin həyatının əlamətdar
günlərini, milli bayramlarımızı, bir qayda olaraq,
valideyn himayəsindən məhrum qalmış və yaxud
fiziki qüsurlu uşaqlarla keçirən Mehriban xanım
Əliyevanın timsalında qəlbi məhəbbətlə
döyünən qayğıkeş bir ana obrazını
görürük.
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Azərbaycan reallıqlarının dünyada təbliğinə
xidmət edən çoxsaylı unikal və universal layihələr
reallaşdırılır. Bu layihələr
ümummilli məqsədlərə xidmət edir, müasir
müstəqil və qüdrətli Azərbaycanın müsbət
beynəlxalq imicinin daha da möhkəmlənməsinə
müstəsna töhfələr verir. Yəni Mehriban
xanım Əliyeva Azərbaycanı, xalqımızın zəngin
tarixi köklərə söykənən ənənələrini,
qonaqpərvərlik, humanizm, tərəqqipərvərlik,
sülhsevərlik və digər ali,
yüksək və nəcib keyfiyyətlərini bütün
dünyaya təqdim edir, beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırır. Mehriban xanım Əliyevanın yüksək
təşkilatçılıq bacarığı sayəsində
Azərbaycan mötəbər beynəlxalq tədbirlərə,
o cümlədən mədəniyyət və idman tədbirlərinə
uğurla ev sahibliyi edib. Nüfuzlu
“Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, 2015-ci ildə
paytaxtımızda keçirilən ilk Avropa Oyunları və 2017-ci
ildə paytaxt Bakıda keçirilən IV İslam Həmrəylik
Oyunları zamanı Azərbaycan reallıqları dünyaya
uğurla təqdim edildi. Ölkəmizin
inkişafı, heyrətamiz, möhtəşəm nailiyyətləri
qarşısında dünya “içini çəkdi”.
“İçini çəkmək” unikal və bənzərsiz
reallıqların doğurduğu unikal bir hiss kimi heyrət və
təəccübdən daha güclüdür. Bununla
yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən
layihələr ölkəmizin hüdudları ilə məhdudlaşmır,
daha dəqiq desək, sərhəd tanımır, bir çox
ölkələri, qitələri əhatə edir. Heydər
Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan”
layihəsi çərçivəsində Pakistanda,
Gürcüstanda, Misirdə, Rusiyada bir neçə məktəbin
yenidən qurulmasına, Vatikanda Müqəddəs Roma
katakombalarının və Strasburq Kafedral kilsəsinin bərpasına
dəstək nümayiş etdirməsi bunun əyani ifadəsi
olan faktlardandır. Pakistanda qızlar
üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə
də Pakistanın digər əyalətlərində,
Bolqarıstanda silsilə xarakterli humanitar aksiyaların keçirilməsi
də xüsusi qeyd edilməlidir. Versal sarayının
bir hissəsinin, Luvr muzeyi qalereyasından birinin bərpası,
Həştərxanda Azərbaycan-Rusiya dostluq
körpüsünün tikilməsi, Müqəddəs Mələksima
Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər
layihələr də Heydər Əliyev Fondunun yüksək
zövqlə xeyriyyəçilik işlərini əks etdirən
nümunələrdəndir. Tolerantlığın,
multikulturalizm ənənələri və dəyərlərinin
dünyaya çatdırılması, əslində,
dünyanı əmin-amanlığa, barışa,
firavanlığa dəvət etmək, xalqları bir-birinin
dininə, dilinə, milli dəyərlərinə, ənənələrinə
və mədəniyyətinə hörmətlə
yanaşmağa çağırmaqdır, Azərbaycanın
mütərəqqi simasını dünyaya təqdim etməkdir.
Ali məramlara söykənən fəaliyyəti ilə
Azərbaycan cəmiyyətində novator olan Mehriban xanım
Əliyevanın çoxşaxəli və səmərəli
fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin
ictimai-siyasi həyatında aktiv iştiraka marağının
artması, qadın fəallığı ənənələrinin
güclənməsində rolu danılmazdır. Bu fədakar fəaliyyətin
sahibi istər siyasətdə, istər cəmiyyətin taleyində
oynadığı rola görə qeyri-adi şəxsiyyət
olduğunu təsdiq etmiş olur.
- Nurlana
xanım, rəhbərlik etdiyiniz YAP Qadınlar
Şurasının cəmiyyət həyatının müxtəlif
sahələrində qadın fəallığının
artırılmasında rolu nədən ibarətdir?
- Bu gün Azərbaycan dövlətinin
rəhbəri möhtərəm İlham Əliyevin
yürütdüyü daxili siyasət analara dayaq, gələcək
haqqında ülvi arzularına dəstəkdir. Öz ölkəsinin
siyasətindən məmnun yaşamaq - vətəndaş
üçün bundan daha önəmli, daha vacib heç nə
ola bilməz. Bu yaxınlarda minimum əməkhaqqının
artırılması, əhalinin kredit borclarının
bağışlanması, şəhid ailələrinə
xeyli miqdarda birdəfəlik yardımın verilməsi bayramlar
ərəfəsində yaşayan qadınlarımıza ən
böyük töhfədir, köməkdir. Lakin bu siyasətin daha diqqətəlayiq cəhəti
həyatımızı ildən-ilə intibaha aparan tərəqqinin
qəlbimizdə oyatdığı sarsılmaz inamdır.
Ölkə vətəndaşlarının öz rəhbərinə,
dövlətinə, onun siyasətinə güvənərək
inamla yaşamaları sülhü, əmin-amanlığı
qoruyan əsas amildir. Bu inam həm də
partiyamızın dövlətimizin inkişafı istiqamətində
həyata keçirdiyi işlərdə
qadınlarımızın da fəal iştirakını təmin
edir. Bu baxımdan, YAP Qadınlar Şurasının fəaliyyətini
ayrıca vurğulamaq lazımdır. Qadınlar
Şurasının yaradılması və fəaliyyəti
ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan
Yeni Azərbaycan Partiyasında qadınların roluna və təmsilçiliyinə
verilən önəmdən qaynaqlanır. YAP Qadınlar
Şurası dövlətçiliyə xidmət fəlsəfəsi
və Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında
öz fəaliyyətini davam etdirir. Bu gün YAP-ın
sıralarında 730 mindən çox insan birləşib və
bu, böyük bir ordudur. Bu ordunun sıralarında qadınlar
təxminən 50 faiz təmsil olunurlar. YAP öz
ideyalarını həyata keçirərkən qadınlara və
gənclərə də istinad edir, onların fəaliyyətinə
böyük önəm verir. Partiyamızın Qadınlar
Şurasının İdarə Heyətinin üzvləri
sırasında elm xadimləri, cəmiyyətin ən fəal
insanları yer alırlar. Bundan başqa, təşkilatımızın
sıralarında həkimlər, müəllimlər, digər
peşə sahiblərindən olan ziyalılar təmsil
olunurlar. Hər il çoxsaylı vətənpərvər və
ziyalı qadınlarımız YAP-ın sıralarına daxil
olurlar.
Bütövlükdə, YAP
Qadınlar Şurası cəmiyyətdə qadın fəallığının
artırılmasına öz töhfələrini məsuliyyət
və məhəbbətlə təqdim edir, təşkilatımızın
sıralarında birləşən qadınların səmərəli
fəaliyyəti təşviq olunur. Partiyamızın
Qadınlar Şurası müstəqil fəaliyyət göstərdiyi
kimi, həm də müxtəlif dövlət qurumları,
xüsusilə də Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi ilə, gənclər təşkilatları
ilə birlikdə mühüm layihələr və tədbirlər
həyata keçirir. Diqqətə
çatdırmaq istəyirəm ki, bir müddət öncə
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyasının
Qadınlar Şurası, “Təmiz ürək” İctimai
Birliyi və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə
təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə
Cocuq Mərcanlıda bayram tədbiri keçirildi. Cocuq Mərcanlıda gördüklərimiz - dövlətimiz
tərəfindən Azərbaycan vətəndaşına
yaradılan şərait, həyata keçirilən layihələr
və cocuq mərcanlılıların öz doğma kəndlərində
firavan həyatı vətənpərvərlik, fədakarlıq
nümunəsi, ülvi arzulara yetmək
yolunun başlanğıcı kimi bizdə böyük məmnunluq,
mənəvi razılıq, dövlətimizin müdrik siyasətinə
bir daha böyük məhəbbət yaratdı. Bu məhəbbət
həm də Azərbaycan anasının öz
övladlarını milli-mənəvi keyfiyyətlər əsasında,
vətənpərvərlik, xeyirxahlıq, humanizm, qədirbilənlik,
sədaqət hissləri ilə tərbiyə etməyə,
elmli, bilikli, bacarıqlı, peşəkar vətəndaş
kimi yetişdirməyə sövq edir. Onun XXI əsrin, modern cəmiyyətin
ləyaqətli vətəndaşı olaraq yetişməsi
üçün çiyinlərimizə vəzifələr
qoyur.
Nəticə etibarilə, Azərbaycan
qadını, Azərbaycan anası bu gün layiq olduğu dəyərə,
hörmətə çataraq yüksək diqqət və
qayğı ilə əhatə olunub. Hər bir dövlətin
siqləti həm də qadına, anaya münasibətdə
ölçülür. Qadına, anaya münasibətin ən
unikal nümunəsi isə məhz Azərbaycandadır.
Yeni Azərbaycan.-
2019.- 7 mart.- S.7.