BakıdaQadınlar Dayanıqlı İnkişafa Doğrumövzusunda tədbir keçirilib

 

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuşQadınlar Dayanıqlı İnkişafa Doğrumövzusunda tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə əklil qoyulub.

Azərbaycanın dövlət himni səsləndirilməsi ilə başlayan tədbirdə “2018-ci ilin yekunları: Dövlət qadın siyasətiadlı film nümayiş olunub.

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısı İlham Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikini oxuyub.

Sonra Azərbaycan elminin mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə verilmiş dövlət təltifləri təqdim olunub.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, müasir demokratik Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasına uyğun olaraq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Artıq ölkəmiz nəinki regionun, dünyanın lider dövlətləri sırasındadır. Azərbaycan son 15 il ərzində sürətlə inkişaf edib. Həyata keçirilən sosial layihələr, bir sıra sosial obyektlərin, texnoparkların açılışı buna əyani sübutdur.

Qeyd olunub ki, qadının ailədə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin əsas məqsədlərindən biridir. Qadın qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanır, təhsil alır, ictimai-siyasi proseslərdə fəal iştirak edir, yüksək vəzifələr tutur, sahibkarlıq sahəsində geniş təmsil olunurlar. Səhiyyədə, təhsildə, elmdə, orduda, idmanda, məhkəmə, milli təhlükəsizlik hüquq mühafizə orqanlarında çalışırlar. Bu, Azərbaycan hökuməti Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət qadın siyasətinin məntiqi nəticəsidir.

Komitə sədri vurğulayıb ki, insanın inkişafı bütövlükdə, qadın kişilərin bərabər hüquqları, vəzifələri imkanları deməkdir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) hədəflər müəyyən edilib. Gender bərabərliyi ayrıca bir məqsəd kimi göstərilsə digər məqsədlərdə gender komponenti var. Yoxsulluğun azaldılması, qidalanmanın yaxşılaşdırılması, hamı üçün ədalətli keyfiyyətli təhsil imkanları, su ehtiyatlarından səmərəli istifadə, məşğulluq, təhlükəsizlik ekoloji tarazlığın təmin edilməsi kimi hədəflərə nail olunmasında gender məsələləri əhəmiyyətli rol oynayır. Çox sevindirici haldır ki, BMT-nin MAPS Missiyasının qiymətləndirməsinə əsasən, ölkəmizin Gender üzrə DİM-lərlə uyğunluq göstəricisi 100 faizdir. Gender bərabərliyinin təmin edilməsi bərabər imkanlardan danışarkən, mütləq parlamentin fəaliyyətini qeyd etməliyik. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü hüquqi qanunvericilik bazası yaradılıb. Bu sənədlər ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyətə malikdir. Qanunların qəbul edilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çox böyük rolu var. Onun Birinci vitse-prezident kimi ilk layihəsi qaçqın məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması olub.

Kənd yerlərində qadın məşğulluğunun artırılması istiqamətində əldə olunan müsbət nəticələrdən söz açan Hicran Hüseynova deyib ki, ölkənin 8 regionunda yaradılan Qadın Resurs Mərkəzləri qadınların iştirakçılığının artırılması üçün sistemli şəkildə aparır. Bunun nəticəsidir ki, artıq kənd yerlərində məşğul əhalinin 49,9 faizini qadınlar təşkil edir. Aparılan iqtisadi islahatlar bu istiqamətdə qəbul olunan dövlət proqramları, sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafına gətirib çıxarır. Belə ki, əgər 2012-ci ildə sahibkar qadınların xüsusi çəkisi 17 faiz idisə, 2019-cu ilin əvvəlində bu göstərici 30 faizdən çoxdur.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov 8 Mart - Beynəlxalq Qadınlar Gününün ölkəmizdə qeyd edilən ən gözəl bayramlardan biri olduğunu deyib. Bildirilib ki, bu bayram cəmiyyətimizdə qadınların rolu yeri haqqında düzgün təsəvvürün yaranmasından xəbər verir dünya miqyasında qadınların həmrəyliyinin yaranması, möhkəmləndirilməsi məqsədi daşıyır. Azərbaycanda qadınlar bayramını bütün cəmiyyətin hər bir ailənin dayağı olan qadınlara hörmət, ehtiram sevgini bir daha ifadə etmək fürsəti kimi qeyd edirlər.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan cəmiyyəti qədimdən qadınlara böyük hörmət ehtiramla yanaşıb, onların qayğısına qalıb. Qadın hüququnun əsasında, hər şeydən əvvəl, ona hörmət ehtiram, diqqət qayğı dayanır. Bu, uzun müddət belə olub Azərbaycan cəmiyyətinin mənəvi dəyərlər sistemində öz yerini tutub. Qadın hüquqları anlayışı öz hüdudlarını müəyyən dərəcədə genişləndirib. Qadınlara hörmət ehtiram, diqqət qayğı göstərilməsi ilə yanaşı, ictimai həyatda qadınların iştirakçılığının genişləndirilməsi, kişilərlə bərabər çalışması da qadın hüquqları anlayışına daxil edilib. Bu gün Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edirlər. Onlar həyatımızın bir sıra sahələrində mühüm rol oynayırlar. Elm, təhsil, incəsənət, səhiyyə sahələrində qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən xeyli yüksəkdə dayanırlar. Qadınların intellektual səviyyəsi Azərbaycan cəmiyyətində kifayət qədər yüksəkdir.

Baş nazirin müavini qeyd edib ki, qadınlar Azərbaycan cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verən böyük resursdur. Azərbaycan hökumətinin qarşısında duran əsas məqsəd bu imkanlardan daha da geniş istifadə etməkdir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai təmsil etdiyi qurum ilə Azərbaycan arasındakı uğurlu əməkdaşlıqdan söz açıb. O, öz ölkələrinin cəmiyyətlərinin tarixində müstəsna rol oynamış qadınların fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan tarixində belə müstəsna rolu olan qadınlara misal kimi ölkəmizin ilk qadın pilotu Leyla Məmmədbəyovanın, ilk gəmi kapitanı Şövkət Səlimovanın digərlərinin adını çəkib. Müasir Azərbaycan dövlətində fəaliyyət göstərən istedadlı bacarıqlı qadınların olduğunu vurğulayan Qulam İshaqzai bu baxımdan Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusilə qeyd edib.

Qulam İshaqzai bildirib ki, BMT-nin Azərbaycandakı ofisi yerli dövlət qurumları, xüsusilə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə qadın hüquqlarının müdafiəsi, qadın məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi, erkən nikahların qarşısının alınması qadınların iqtisadi imkanlarının genişlənməsi sahəsində vacib layihələr həyata keçirib bu işlər hazırda da davam etdirilir. O, həmçinin deyib ki, Azərbaycanda son 9 il ərzində məişət zorakılığının qarşısının alınması ilə bağlı bir neçə qanun layihəsi strategiya qəbul edilib.

Sonda BMT-nin baş katibi Antonio Quterreşin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə videomüraciəti nümayiş etdirilib.

Tədbirdə, həmçinin əlil qadınların əl işlərindən ibarət satış sərgisi təşkil olunub.

Yeni Azərbaycan.- 2019.- 8 mart.- S.5.