Kamal Abdullanın pyesi əsasında hazırlanan tamaşa festivalın qalibi olub

 

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqındaBoş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının qalibi müəyyən olunub. Akademik Milli Dram Teatrının mətbuat xidmətindən verilən məlumata görə, festivalın qalibi yazıçı Kamal AbdullanınBir, iki - bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa olub.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində gənc rejissor Əlif Cahangirlinin quruluşunda hazırlanan tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu Canəli Canəliyev çıxış edirlər.

Mükafatlandırma mərasimində tamaşada iştirak edən aktyorlar səhnəyə dəvət olunub, onlara Xalq artistləri Hacı İsmayılov Ramiz Fətəliyev tərəfindən xüsusi diplom pul mükafatı təqdim olunub.

Qeyd edək ki, “Bir, iki - bizimki!” tamaşası martın 9-da festival çərçivəsində Akademik Milli Dram Teatrında nümayiş olunub. Sonra teatrşünaslardan, mədəniyyət yazarlarından ibarət ekspert qrupunun tamaşanın yaradıcı heyətinin iştirakı ilə müzakirə keçirilib, səhnə əsəri son illərin ən uğurlu tamaşalarından biri kimi dəyərləndirilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub. Festivalda 9 gün ərzində ölkəmizin 7 müxtəlif dövlət, bələdiyyə, müstəqil teatrı, həmçinin ADMİU-nun müəllim-tələbə heyəti bir Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunub.

MÜŞFİQƏ

Yeni Azərbaycan.- 2019.- 12 mart.- S.7.