StrasburqdaAzərbaycan Ədəbiyyatı Antologiyasıkitabının təqdimatı olub

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması təbliği çərçivəsində ərsəyə gətirdiyiAzərbaycan Ədəbiyyatı Antologiyasıkitabının Strasburqda təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Strasburqun mərkəziKleberkitab evində təşkil olunan tədbirdə tanınmış elm, siyasət, ədəbiyyat adamları, Avropa institutları, eləcə Avropa Məhkəməsinin əməkdaşları, jurnalistlər yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fransada fəaliyyət göstərənKapaznəşriyyat evi tərəfindən tərcümə nəşr edilmişAzərbaycan Ədəbiyyatı Antologiyasıkitabında XIX-XXI əsr Azərbaycan yazıçılarının hekayələri yer alıb.

Moderator Tyeri Edmond tədbir haqqında məlumat verdikdən sonra Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri səfir Fəxrəddin İsmayılov çıxış edib. Səfir Azərbaycan Dövlət Tərcümə Mərkəzi Kapaznəşriyyat evinin sıx əməkdaşlığının məhsulu olanAzərbaycan Ədəbiyyatı Antologiyasıkitabının Fransada nəşrini təqdir edib bu kitabın Avropada xalqımızın zəngin mədəniyyətinə açılan bir pəncərə olduğunu bildirib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri Afaq Məsud mərkəzin yaradılması fəaliyyəti haqqında qısa məlumat verərək, ədəbiyyatın ali missiyasından - ayrı-ayrı irqləri millətləri təmsil edən dünya xalqlarının, əslində eyni ağrıların sevgilərin daşıyıcısı olmasından, bədii ədəbiyyatın tarixboyu bu qədim əzəli doğmalığı dünya fikir müstəvisində yaşatmasından söz açıb, Azərbaycan dövlətinin, eləcə Heydər Əliyev Fondunun milli ədəbiyyatımızın dünyada təşviqinə göstərdiyi qayğı diqqəti vurğulayıb.

Sonra Strasburq Universitetinin Türk Araşdırmaları Departamentinin direktoru, professor Stefan Tapia Azərbaycanın yerləşdiyi coğrafi ərazi, keçdiyi tarixi yol, daşıyıcısı olduğu mədəniyyət mənsub olduğu dil qrupu haqqında məlumat verib.

Strasburq Universitetinin Dillər fakültəsinin dekanı, professor Jan-Pol Meyer kitaba daxil edilmiş əsərlərdən söz açaraq, fikirlərini bölüşüb. O, kitabda yer almış hekayələrin əsas mövzularına diqqəti çəkərək, Mir CəlalınDissertasiyahekayəsindən bir parça səsləndirib.

Tanınmış fransız yazıçı Mişel Kop xüsusilə onu təsirləndirmiş hekayələr onların süjetləri haqqında danışaraq, A.MəsudunDovşanın ölümühekayəsini auditoriya üçün səsləndirib.

Fransada fəaliyyət göstərənKapaznəşriyyat evi adından çıxış edən Nicat Kazımov, Dilbadi Qasımov, Jan Emmanuel Medina, nəşriyyatın rəhbəri Albert Vak nəşriyyat evinin fəaliyyəti haqqında ətraflı məlumat verib perspektivlər haqqında düşüncələrini bölüşüblər.

Sonda tədbirə qoşulan kitabsevərlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, yaxın zamanlarda XIX əsrdən bu günədək ədəbiyyatımızın nümunələrini əks etdirənAzərbaycan Ədəbiyyatı Antologiyasıkitabını Fransanın regionlarındakı kitabxanalarda, eləcə internet vasitəsi ilə əldə etmək mümkün olacaq.

Yeni Azərbaycan.- 2019.- 28 mart.- S.4.