Mədəniyyət naziri UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rosslerin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb
Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rosslerin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Görüşdə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri
səfir Anar Kərimov da iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Ümumdünya İrs Komitəsinin
43-cü sessiyasının sədri
qismində çıxış
edən Əbülfəs
Qarayev ölkəmizdə
sözügedən mötəbər
tədbirlə əlaqədar
aparılan hazırlıq
işləri ilə bağlı qarşı tərəfə ətraflı
məlumat verib. İrs Komitəsinin Bakıda keçiriləcək
43-cü sessiyasının yüksək
səviyyədə təşkil
ediləcəyi ilə
bağlı əminliyini
bildirib.
İrs Mərkəzinin
direktoru M.Rossler isə cari il
martın 3-6-da Bakıya
səfəri zamanı
hazırlıq işlərinin
uğurla aparıldığının
şahidi olduğunu vurğulayıb. M.Rossler öz əməkdaşları
ilə birgə İrs Komitəsinin sədri Əbülfəs
Qarayevə 43-cü sessiya
zamanı müzakirəsi
nəzərdə tutulan
mədəni və təbii irsin qorunması sahəsindəki
məsələlər haqda
ətraflı məlumat
verib.
Ümumdünya İrs Mərkəzinin regional əlaqələndiricilərinin
hər biri məsul olduqları regionlara dair məlumat veriblər. Mərkəzin direktoru M.Rossler qeyd edib ki, artıq
ölkələr tərəfindən
Dünya İrs Siyahısındakı abidələrə
və təbii irs məkanlarına dair 166 hesabat komitədə müzakirə
edilmək üçün
daxil olub. Eyni zamanda, gündəlikdə
42 ölkədən Dünya
İrs Siyahısına
yeni namizəd fayllar durur. Görüşdə, həmçinin
Komitə çərçivəsində
büro və məşvərətçi iclaslar,
Gənc Peşəkarlar
Forumu və Abidə Menecerlərinin Forumunun formatı barədə də fikir mübadiləsi aparılıb.
Daha sonra
tərəflər arasında
sözügedən məsələlərlə
bağlı fikir mübadiləsi aparılıb
və Bakı sessiyasına hazırlıq
çərçivəsində müzakirələrin davam
etdirilməsinə dair
razılıq əldə
edilib.
Qeyd edək ki,
UNESCO-nun ən mötəbər qurumlarından
biri olan Ümumdünya İrs Komitəsinin iclasları zamanı Ümumdünya İrs Siyahısına yeni mədəni və təbii abidələrin daxil edilməsi, eləcə də artıq bu siyahıda yer alan abidələrin
mühafizəsinin gücləndirilməsi
məsələləri müzakirə
edilir.
Yeni Azərbaycan.-
2019.- 28 mart.-S.5.