Bakıdaİmadəddin Nəsimi özbək ədəbiyyatımövzusunda konfrans keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilNəsimi ilielan edilib.

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi İmadəddin Nəsiminin yaradıcılığının təbliği məqsədilə dövlətimizin başçısının Sərəncamına əsasən ölkə daxilində xaricdə silsilə tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, belə tədbirlərdən biri martın 28-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilib.

İmadəddin Nəsimi özbək ədəbiyyatımövzusunda konfransKaspiqəzeti, “KaspiTəhsil Şirkəti Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransı giriş sözü ilə açanKaspiTəhsil Şirkətinin təsisçisi idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Prezident İlham Əliyevin 2019-cu ilin AzərbaycandaNəsimi ilielan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışaraq bildirib ki, bu, mütəfəkkir şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət ehtiramın ən yüksək göstəricisidir. İmadəddin Nəsimi sözünün qüdrətindən danışan S.Vəliyeva deyib ki, o, Azərbaycan klassik poeziyasını həm məzmun ideya, həm yeni janrlarla zənginləşdirən, ona yeni nəfəs gətirən novator bir şair kimi tanınır. İmadəddin Nəsimi anadilli poeziyamızda çox gözəl fəlsəfi lirik şeirlərin kamil nümunələrinin yaradıcısıdır. Bu şeirlər aktuallığını, fikir zənginliyini indi qoruyub saxlayır. Bu, Nəsimi sözünün qüdrətinin təntənəsidir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan ədəbi dilinin inkişafında İmadəddin Nəsiminin əvəzsiz xidmətlərindən danışıb. Akademik bildirib ki, mütəfəkkir şair anadilli poeziyamızda fəlsəfi qəzəlin kamil nümunələrinin yaradıcısıdır. O, anadilli lirik şeirləri ilə Yaxın Orta Şərqdə ədəbi məktəb yaradan ilk Azərbaycan şairidir. M.Nağısoylu deyib: “İmadəddin Nəsimi milli varlığımız olan ədəbi dilimizin zənginləşməsi təkmilləşməsində misilsiz xidmətləri olan qüdrətli söz ustadıdır. Onun şeirləri XIV əsr Azərbaycan ədəbi dilinin ən mükəmməl nümunələridir”.

Sonra özbəkistanlı alim-tərcüməçi Tahir Qahharınİmadəddin Nəsiminin əsərlərinin özbək dilinə tərcüməsimövzusunda çıxışı dinlənilib. O, Özbəkistan-Azərbaycan ədəbi əlaqələrindən, bu münasibətlərin daha da möhkəmlənməsində Nəsimi yaradıcılığının xüsusi rolundan danışıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “XV əsr özbək ədəbiyyatında Nəsimidən bəhrələnmələrmövzusunda çıxışında qeyd edib ki, orta əsr Özbəkistan ədəbiyyatına nəzər saldıqda özbək şairlərin texniki, ideya üslub baxımından Nəsimidən bəhrələndiklərini görmək mümkündür.

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafında İmadəddin Nəsiminin yaradıcılığının mühüm rol oynadığını bildirib. O, Nəsiminin 650 illiyi münasibətilə Mərkəz tərəfindən özbək dilində çap olunanJonani sevarmankitabını təqdim edib. Qeyd edib ki, kitabda Nəsiminin özbək dilinə tərcümə olunmuş şeirləri şairin AMEA-nın Əlyazmalar İnstitutunda qorunan əlyazmaları yer alıb.

Konfransda AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovunNəsimi yaradıcılığında insan konsepsiyası”, AMEA-nın müxbir üzvü Kamran Əliyevinİmadəddin Nəsimi folklor”, özbəkistanlı tarixçi-publisist Şuxrat Salmanovunİmadəddin Nəsimi özbək ədəbiyyatı”, AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətlininİmadəddin Nəsiminin fəlsəfəsimövzularında çıxışları dinlənilib.

Özbəkistanlı qonaqlara milli mədəniyyətimizi ölkələrində fəal təbliğ etdiklərinə, Azərbaycan həqiqətlərini Ermənistanın işğalçılıq siyasətini Özbəkistan mediasında geniş işıqlandırdıqlarına görəKaspiqəzeti, “KaspiTəhsil Şirkəti Azərbaycan Mətbuat Şurası tərəfindən diplomlar təqdim olunub.

Yeni Azərbaycan.- 2019.- 29 mart.- S.5.