YAP Yasamal
rayon təşkilatı
31 mart - Azərbaycanlıların
Soyqırımı Günü
ilə əlaqədar
tədbir keçirib
Martın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının
qərargahında 31 mart
- Azərbaycanlıların Soyqırımı Günü
ilə əlaqədar
gənclərlə görüş
keçirilib. Tədbiri
giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının
sədri Tağı Əhmədov qeyd edib ki, 31 mart
soyqırımı bəşəriyyət
tarixinin ən qanlı səhifələrindən
biridir. Onun sözlərinə görə,
31 mart soyqırımı
erməni vandalizminin növbəti nümunəsidir:
“31 mart soyqırımının
coğrafiyası yalnız
Bakı ilə məhdudlaşmır. Belə
ki, ermənilər
1918-ci ilin martında Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da minlərlə soydaşımızı
xüsusi amansızlıqla
qətlə yetiriblər.
Azərbaycanlıların ermənilər
tərəfindən kütləvi
şəkildə qətlə
yetirilməsi, soyqırımına
məruz qalması sonrakı dövrlərdə
də davam edib”.
YAP Yasamal rayon
təşkilatının sədri
Tağı Əhmədov
əlavə edib ki, Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
gəlməsindən sonra
31 mart soyqırımına
siyasi və hüquqi qiymət verilib: “Ulu Öndərin
26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı
günü elan edilib. Prezident İlham Əliyevin
1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncam
da bu baxımdan
xüsusi əhəmiyyətə
malikdir. 31 mart soyqırımı haqqında
reallıqların dünya
ictimaiyyətinə çatdırılması
istiqamətində ardıcıl
və məqsədyönlü
addımlar atılır”.
Daha sonra çıxış
edən tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib ki, erməni millətçiləri tarixin
müxtəlif mərhələlərində
mifik “Böyük Ermənistan” ideyasını
gerçəkləşdirmək məqsədilə soydaşlarımıza
qarşı etnik təmizləmə, deportasiya
və soyqırımıları həyata keçiriblər. Onun sözlərinə
görə, Azərbaycan
xalqının başına
gətirilən ən
dəhşətli faciələrdən
biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik
silahlı dəstələri
tərəfindən xüsusi
qəddarlıqla törədilmiş kütləvi qırğınlardır:
“1918-ci il martın
30-dan aprelin 2-dək Bakı
və onun ətraf kəndlərində
müsəlman əhalisi
məqsədli şəkildə
soyqırımına və
talanlara məruz qalaraq 11 mindən artıq günahsız insan qətlə yetirilib. Ermənilər
meyitləri od-alova bürünmüş evlərə,
dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Talançılar Bakıda
“Kaspi” qəzeti redaksiyasını, “Dağıstan”,
“İsgəndəriyyə” və “İsmailiyyə”ni yandırmışdılar. “Kaspi” qəzeti redaksiyasında “Quran-Kərim”ın
yenicə çap edilmiş 5 min nüsxəsi də yandırıldı. Bütövlükdə,
qəddarlığı baxımından
ermənilərin azərbaycanlılara
qarşı törətdiyi
soyqırımı bəşər
tarixinin ən qanlı səhifələrindən
biridir”.
“Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı
günü elan edilib. 1998-ci ildə imzalanmış Fərmanda
qeyd edilir ki, 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə
mübarizə şüarı
altında Bakı Kommunası tərəfindən
ümumən Bakı quberniyasını
azərbaycanlılardan təmizləmək
məqsədi güdən
mənfur plan həyata keçirilməyə
başlandı. Həmin
günlərdə ermənilərin
törətdikləri cinayətlər
Azərbaycan xalqının
yaddaşına əbədi
həkk olunmuşdur.
Minlərlə dinc azərbaycanlı əhali
yalnız milli mənsubiyyətinə görə
məhv edilmişdir. Ermənilər evlərə
od vurmuş, insanları diri-diri yandırmışlar. Milli
memarlıq incilərini,
məktəbləri, xəstəxanaları,
məscid və digər abidələri dağıtmış, Bakının
böyük bir hissəsini xarabalığa
çevirmişlər. Azərbaycanlıların
soyqırımı Bakı,
Şamaxı, Quba qəzalarında, Qarabağda,
Zəngəzurda, Naxçıvanda,
Lənkəranda və
Azərbaycanın başqa
bölgələrində xüsusi
qəddarlıqlarla həyata
keçirilmişdir. Bununla yanaşı,
Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının
100 illiyi haqqında imzaladığı Sərəncama
əsasən, erməni-bolşevik
silahlı dəstələrinin
azərbaycanlılara qarşı
törətdikləri bəşəri
cinayətlər barədə
həqiqətlərin ölkə
və dünya ictimaiyyətinə daha
dolğun çatdırılması
məqsədilə tədbirlər
planına müvafiq işlər görülüb”,
- deyə Anar İsgəndərov əlavə
edib.
Yeni Azərbaycan
.- 2019.- 29 mart.- S.5.