Azərbaycan Dillər Universitetində
Macar Dili və Mədəniyyəti
Mərkəzi açılıb
Macarıstanın xarici işlər
və ticarət naziri Peter Siyarto
və rektor Kamal Abdulla razılaşma
sənədi imzalayıblar
Martın 29-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəmizə
səfəri çərçivəsində
Azərbaycan Dillər
Universitetində (ADU) olub.
AZƏRTAC xəbər verir ki, ADU-nun
rektoru, akademik Kamal Abdulla nazir
Peter Siyartonu universitetdə görməkdən
şad olduğunu deyib. Rektor nazirin
Azərbaycana səfərinin
iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı
üçün faydalı
olduğunu söyləyib.
Kamal Abdulla nazirin şəxsən iştirakı ilə universitetdə Macar Dili və Mədəniyyəti
Mərkəzinin açılmasının
əlamətdar hal olduğunu diqqətə çatdırıb. Akademik
mərkəzin açılışı
üçün hazırlıqların
tamamlandığını qeyd edib. Mərkəzin açılışının qarşılıqlı əlaqələrin
möhkəmlənməsinə xidmət göstərəcəyini
bildirən rektor Azərbaycan mədəniyyətini,
dilini, ədəbiyyatını,
tarixini təbliğ etmək üçün Macarıstan universitetlərindən
birində güzgü
effekti olaraq Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi
yaradılmasında nazirin
dəstəyini əsirgəməyəcəyinə
ümidvar olduğunu deyib. O, universitetdə
Macar Dili və Mədəniyyəti
Mərkəzinin açılışı
ilə yanaşı, gələcək əlaqələrin
inkişafı üçün
macar dilinin və mədəniyyətinin
tədrisi ilə bağlı əməkdaşlıq
sənədinin də
imzalanmasını yüksək
qiymətləndirib.
Nazir Peter Siyarto
ADU-da olmaqdan məmnunluğunu ifadə
edib, əməkdaşlığın
inkişafında yaradılan
şəraitə görə
universitet rəhbərinə
təşəkkürünü bildirib. İki ölkə arasında inkişafda olan əlaqələrdən söz
açan Peter Siyarto ADU-da Macar Dili və
Mədəniyyəti Mərkəzinin
yaradılmasını
yüksək qiymətləndirib.
O, hər il xarici tələbələr
üçün Macarıstan
universitetlərində geniş
imkanlar yaradıldığını
bildirib və tələbələrə bu
imkanlardan yararlanmağı
tövsiyə edib.
Tərəflər arasında macar
dilinin və mədəniyyətinin tədrisini
həyata keçirmək
məqsədilə razılaşma
sənədi imzalanıb.
Əldə olunmuş
razılaşmaya əsasən,
təhsil, elm və mədəniyyət
sahəsində 2018-ci il
29 iyun tarixli əməkdaşlıq razılaşmasının yenilənməsi, ADU-da macar dili və
mədəniyyətinin tədrisinin
təmin edilməsi məqsədilə əməkdaşlıq
edilməsi, yaxın vaxtlarda Macarıstan universitetlərinin birində
Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin yaradılmasını
dəstəkləmək üçün
birgə səy göstərilməsi
və digər məsələlər nəzərdə
tutulub.
Daha sonra
tədbir iştirakçıları
Macar Dili və Mədəniyyəti
Mərkəzi ilə tanış olublar.
Yeni Azərbaycan.-
2019.- 30 mart.- S.4.