Dövlət tərəfindən
göstərilən diqqət və qayğı regionlarda pambıqçılığın
inkişafına təkan verir
Pambıqçılığın
inkişafına dair Dövlət Proqramında 2022-ci ildə
xam pambıq istehsalının 500 min tona
çatdırılması əsas hədəf kimi
qarşıya qoyulub
Ölkəmizdə ixracyönümlü məhsul
istehsalının təşviqi istiqamətində həyata keçirilmiş
tədbirlər ənənəvi kənd təsərrüfatı
sahələrinin inkişafında mühüm nəticələr
əldə etməyə imkan verir. Son illərdə
bu istiqamətdə qəbul edilmiş Dövlət
proqramlarının icrası aqrar sahədə
sahibkarlığın inkişafını sürətləndirir,
regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi
resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun
müasirləşdirilməsinə və əhalinin məşğulluğunun
artmasına zəmin yaradır. Bununla
yanaşı, regionlarda dövlət vəsaiti hesabına
müasir infrastrukturun yaradılması, həmçinin
regionların sosial-iqtisadi inkişafına dair müvafiq
Dövlət proqramları çərçivəsində məqsədyönlü
tədbirlərin həyata keçirilməsi son nəticədə
respublikamızda aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə
çıxmasını təmin edib.
Bu məqamda onu qeyd etmək yerinə
düşər ki, Prezident İlham Əliyev Nazirlər
Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasındakı nitqində regionların
sosial-iqtisadi inkişafına dair üçüncü
Dövlət Proqramının yekunlarına toxunarkən kənd
təsərrüfatı, o cümlədən aqrar sektora
xüsusi diqqət yetirib: “Kənd təsərrüfatı
çox ciddi, çox böyük sahədir. Əhalinin, demək
olar ki, yarısı kəndlərdə yaşayır. Ona
görə bu sahə daim diqqət mərkəzindədir.
İri fermer təsərrüfatlarının və aqroparkların
yaradılması istiqamətində də yaxşı nəticələr
var. Proqrama görə, bizdə ümumiyyətlə 51 aqropark
və iri fermer təsərrüfatı
yaradılmalıdır. Onlardan 17-si yaradılıb və bu 17
aqroparkın ümumi sahəsi 104 min hektardır”.
Dövlət
başçısı “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının
yekunlarına həsr olunan konfransdakı nitqində də kənd
təsərrüfatı məhsullarının ixracı məsələlərinə
geniş yer ayırıb: “Biz kənd təsərrüfatında
islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı
elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar,
yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi
ilə bağlı bundan sonra da mütləq ciddi iş
aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın
artırılması istiqamətində işlər
görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə
özünü göstərəcək. Biz kənd təsərrüfatı
məhsullarının ixracını artırmalıyıq.
Düzdür, son 15 il ərzində kənd təsərrüfatı
məhsullarının ixracı təxminən 6 dəfə
artıb”.
Yuxarıda qeyd edilənləri nəzərə
alaraq, demək olar ki, son illərdə Azərbaycanın
regionlarında kənd təsərrüfatı məhsulları
istehsalçıları üçün tətbiq olunan
güzəştlər pambıqçılığın
inkişafının yeni keyfiyyət mərhələsinə
yüksəlməsində mühüm rol oynayıb, həmçinin
bu sahəyə investisiyaların cəlb olunmasına və
pambıq istehsalına marağı artırıb. Bununla
yanaşı, indiyədək
pambıqçılığın inkişafı ilə
bağlı aktual məsələlərin müzakirə
edildiyi bir neçə müşavirə keçirilib,
müvafiq Dövlət Proqramı qəbul edilib.
Qeyd edək ki, “Azərbaycan
Respublikasında pambıqçılığın
inkişafına dair 2017-2022-ci illər üçün
Dövlət Proqramı”nda aqrar sektorun strateji və ölkəyə
valyuta gətirən mühüm sahələrindən biri olan
pambıqçılığın inkişafına əlverişli
şəraitin yaradılması aqrar siyasətin prioritet
vəzifələrindən biri kimi müəyyən edilib.
Dövlət Proqramı həmçinin
pambıqçılığa dövlət dəstəyinin
gücləndirilməsinə və bu sahədə problemlərin
həllinə yönəldilib. Proqramın məqsədi
isə ölkədə pambıqçılıq məhsullarına
tələbatın ödənilməsi, pambıq emalı
müəssisələrinin xammal təminatının
yaxşılaşdırılması, emal sənayesinin
inkişaf etdirilməsi, pambıq məhsullarının
ixracının artırılması, kənd yerlərində
əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi
üçün pambıqçılığa dövlət
dəstəyinin gücləndirilməsi və bu sahənin
inkişafının stimullaşdırılmasından ibarətdir.
Onu da xatırlatmaq lazımdır
ki, Azərbaycanda pambıq istehsalı üçün əlverişli
təbii iqlim şəraitinin və ənənələrin
mövcudluğu, emal sənayesinin xammala tələbatının
yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin
pambıq və ondan hazırlanmış son məhsullar
üzrə ixrac potensialı
pambıqçılığın daha da inkişaf etdirilməsini
zərurətə çevirir. Bu baxımdan, “Azərbaycan
Respublikasında pambıqçılığın
inkişafına dair 2017-2022-ci illər üçün
Dövlət Proqramı”nın həyata keçirilməsi Azərbaycanda
pambıqçılıq ənənələrinin bərpa
olunmasına, pambıq emalı məhsulları üzrə
idxaldan asılılığın azaldılmasına, kənd
yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye
potensialının artırılmasına, ixrac
imkanlarının genişləndirilməsinə və ölkəyə
əlavə valyuta daxilolmalarına şərait yaradır.
Eyni zamanda, görülən tədbirlər nəticəsində
qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan
pambıq istehsalı və emalı kompleksi təşəkkül
tapır, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi
formalaşır. Dövlət Proqramının icrası nəticəsində
2022-ci ildə xam pambıq istehsalının 500 min ton təşkil
edəcəyi planlaşdırılır.
Regionlarda pambıq əkilib-becərilməsinin
geniş şəkildə təşviq edilməsi, öz
növbəsində, yaxşı nəticələr verməkdədir.
Respublikamızda gələcəkdə pambıq tədarükünü
artırmaq üçün geniş imkanlar mövcuddur.
Ayrı-ayrı bölgələrin pambıq tədarükündə
əldə etdikləri nəticələr də deyilənləri
təsdiq edir.
Belə ki, respublikamızın əsas
pambıqçılıq rayonlarından olan Goranboyda ötən
il 5000 hektarda pambıq əkilib, 9136 tondan çox məhsul
toplanaraq qəbul məntəqələrinə təhvil
verilib. Tədarük edilən pambığın 5352 tonu və
ya 58,5 faizi maşınla yığılıb. Builki
mövsüm üçün pambıq əkini
üçün də hazırlıq işləri
görülməkdədir. Rayon İcra Hakimiyyətindən
bildirilib ki, nəticədə mövsümi işlərə
2157 nəfər cəlb olunub. Cari ilin məhsulu
üçün bu günədək 3100 hektar sahədə
pambıq əkini üçün müqavilə
bağlanıb, şum aparılıb. Bu il pambıq əkininin
yüksək texnologiyalar tətbiq etməklə ancaq yararlı
torpaqlarda əkilməsi nəzərdə tutulub.
Ötən il məhsul tədarükünə
və hər hektarın məhsuldarlığına görə
respublikanın pambıqçılıq rayonları
arasında ön sıralarda olan Ağcabədi rayonunun
pambıqçıları da cari ilin çiyid səpininə
hazırlıq görürlər. Xatırladaq
ki, 2018-ci ildə Ağcabədi rayonunda 10 min hektarda pambıq əkilib,
23 min 304,91 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 23,3
sentner olub. 2017-ci illə müqayisədə pambıq əkini
sahələri 4,7 faiz, pambıq istehsalı isə 13,6 faiz
artıb.
Ağcabədili fermerlər 2019-cu təsərrüfat
ilinə daha hazırlıqlı başlayıblar. Belə ki,
5145,5 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4000 hektarı “Azərpambıq”
MMC və 1300 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10 min 445,5
hektarda pambıq əkini üçün 1686
istehsalçı ilə müqavilə bağlanıb.
Pambıq becəriləcək sahələr şumlanıb,
qış aratına qoyulub. Hazırda şumun malalanması
işləri həyata keçirilir. Çiyid səpininə
optimal temperatur yarandığı təqdirdə mart
ayının sonu - aprel ayının əvvəllərində
başlanacaq.
Yeri gəlmişkən, cəbhə bölgəsində
yerləşən Tərtər və Ağdam rayonlarında
fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə
hazırlaşırlar.
Tərtər rayonunda artıq 1180
istehsalçı ilə 2017 hektarı “MKT İstehsalat
Kommersiya” MMC, 1350 hektarı “Azərpambıq” MMC və 60
hektarı “P-Aqro” MMC ilə olmaqla, 3427 hektarda pambıq əkini
üçün müqavilə bağlanıb. Pambıq becəriləcək
sahələr şumlanıb, qış aratına qoyulub.
Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə
mart ayının sonu - aprel ayının əvvəllərində
başlanacaq. Qeyd edək ki, 2017-ci ildə 3123
hektar sahədən 8419,9 ton məhsul tədarük edərək
orta məhsuldarlığa görə respublikanın
pambıqçılıq rayonları arasında ön
sırada dayanan Tərtər pambıqçıları 2018-ci
ildə də yüksək nəticəyə nail olublar. 3300
hektar sahədən 8196,5 ton məhsul tədarük edilib.
Hər hektar pambıq sahəsində orta məhsuldarlıq
24,8 sentner olub. 2014-2018-ci illərdə Tərtər rayonunda
pambığın əkin sahəsi 3,6 dəfə, məhsul
istehsalı 4,1 dəfə, hər hektardan məhsuldarlıq
13,2 faiz artıb.
Ağdam rayonunda isə 1350 hektarı “MKT
İstehsalat Kommersiya” MMC, 600 hektarı “Azərpambıq” MMC və
650 hektarı “P-Aqro” MMC ilə olmaqla, 2600 hektarda pambıq əkini
üçün müqavilə bağlanılıb. Pambıq
becəriləcək sahələr qış aylarında
şumlanıb, arata qoyulub. Hazırda şumun malalanması
işləri həyata keçirilir. Çiyid səpininə
optimal temperatur yarandığı təqdirdə aprel
ayının birinci ongünlüyündə başlanacaq. Qeyd
edək ki, 2018-ci ildə Ağdam rayonunda 3100 hektar sahədə
pambıq əkilib, 5822,2 ton məhsul istehsal olunub.
Respublikamızın ən iri
pambıqçılıq rayonlarından olan Beyləqanda da
fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə
hazırlaşırlar. Artıq 1912 istehsalçı ilə
5317 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3358 hektarı “Azərpambıq”
MMC və 1000 hektarı “P-Aqro” MMC ilə olmaqla, 9675 hektarda
pambıq əkini üçün müqavilə
bağlanıb. Pambıq becəriləcək sahələr
şumlanıb, qış aratına qoyulub. Hazırda şumun
malalanması işləri həyata keçirilir. Çiyid səpininə
optimal temperatur yarandığı təqdirdə aprel
ayının əvvəllərində başlanılacaq.
Qeyd edək ki, 2018-ci ildə Beyləqan
rayonunda 9560 hektar sahədə pambıq əkilib, 21,9 min ton məhsul
istehsal edilib, orta məhsuldarlıq 22,9 sentner olub. 2017-ci illə
müqayisədə pambıq əkini sahələri 11,8 faiz,
məhsul istehsalı 6,2 ton, hər hektarın məhsuldarlığı
isə 4,5 sentner artıb.
Böyük pambıqçılıq ənənələrinə
malik rayonlardan biri olan Saatlıda ötən il 15 min 815 hektar
pambıq sahəsindən 30 min 447 ton məhsul
yığılıb. Pambıqçılar cari ildə məhsul
istehsalını 32 min tona çatdırmağı
qarşıya məqsəd qoyublar. Rayonda cari ilin məhsulu
üçün çiyid səpininə hazırlıq
işləri görülür. Saatlı rayon Dövlət
Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il
Saatlıda 13 min 742 hektar sahədə pambıq əkini aparmaq
nəzərdə tutulub. Bu məqsədlə rayonda fəaliyyət
göstərən 4 pambıq emalı müəssisəsi 2
min 473 məhsul istehsalçısı ilə müqavilə
bağlayıb, 15 min hektar sahədə qış şumu
aparılaraq arata qoyulub, suvarma kanalları lildən təmizlənib.
Hazırda çiyid səpiləcək sahələrdə
malalama işlərinə hazırlıq görülür və
bəzi ərazi nümayəndəliklərində bu işə
başlanılıb.
Qaşqay RAMAZANOV
Yeni Azərbaycan.-
2019.- 30 mart.- S.7.