“Azərbaycanda xristianlıq: keçmişdən
bu günə” adlı kitab ingilis dilində nəşr olunub
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Millətlərarası
münasibətlər, multikulturalizm
və dini məsələlər şöbəsinin
aparıcı məsləhətçisi
Anar Əlizadənin “Azərbaycanda xristianlıq:
keçmişdən bu
günə” adlı kitabı ingilis dilində işıq üzü görüb.
AZƏRTAC xəbər
verir ki, kitabın ön sözünün müəllifləri
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri,
professor Etibar Nəcəfov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlıdır.
Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
tabeliyindəki Mənəvi
Dəyərlərin Təbliği
Fondu tərəfindən
çap olunan kitabda xristianlığın
və əsas xristian qollarının tarixi, inanc əsasları,
ibadət şəkilləri
barədə məlumat
verilir. Bununla yanaşı, Azərbaycanda
mövcud olan xristian konfessiyaların, dini cərəyan və icmaların etiqadi prinsipləri, onların ölkəmizdəki
tarixi, sayı, etnik və yaş
tərkibi, humanitar fəaliyyəti və mətbu orqanları haqqında ətraflı məlumat oxucuların diqqətinə çatdırılır.
Müəllif ölkəmizdəki
xristianlığın rəngarəng
və çoxçalarlı
tablosunu təsvir etməklə Azərbaycandakı
multikultural mənzərəni
canlandırır.
Kitabın mühüm
əhəmiyyət kəsb
edən fəsillərindən
biri Alban Apostol Avtokefal Kilsəsi ilə bağlı olan hissədir. Bu fəsildə ermənilərin
Qafqaz Albaniyası ilə bağlı əsassız iddialarına
tutarlı cavab verilərək erməni yalanları ifşa olunur. Sözügedən tədqiqat əsərində
ölkəmizin maddi-mədəni
irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi,
habelə Alban Həvari Kilsəsinin qədim dini ənənələrinin dirçəldilməsi
istiqamətində Azərbaycan
dövlətinin həyata
keçirdiyi mühüm
tədbirlər barədə
geniş məlumat verilməklə
yanaşı, tarixi mənbələr əsasında
xristian Alban məbədlərinin Azərbaycan
xalqına məxsus olduğu sübuta yetirilir.
Kitab xristianlığın
tədqiqatı ilə
məşğul olan tarixçilər, dinşünaslar,
bu mövzuya maraq göstərən
KİV nümayəndələri, eləcə də geniş oxucu kütləsi üçün
nəzərdə tutulub.
Yeni Azərbaycan.-
2019.- 2 may.- S.7.