-

Qırxdan çox ölkənin diplomatları Qazax rayonunun sosial-iqtisadi mədəni inkişafı ilə yaxından tanış olub

 

Aprelin 30-da Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpusun nümayəndəliklərinin rəhbərləri onların xanımları ölkəmizin qərb qapısı sayılan Qazax rayonuna səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə reallaşan səfər diplomatlara regionlarımızın inkişafı bölgələrdə həyata keçirilən sosial iqtisadi layihələr barədə məlumat vermək, habelə turizmin inkişafı ilə yerində tanış olmaq məqsədi daşıyıb.

Qırxdan çox ölkəni beynəlxalq təşkilatları təmsil edən diplomatların rayonla tanışlığı ilk olaraq Daş Salahlı kəndində yerləşən Damcılı mağarasından başlayıb.

Məlumat verilib ki, Damcılı mağarası Aveydağ mağaralar qrupundan ən irisidir. Təbii çatlardan süzülən su damcılarına görə bu mağara Damcılı adlandırılıb. Arxeoloji qazıntılar zamanı buradan qədim əmək alətləri silahlar tapılıb. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Daş məmulatının hazırlanma texnikası, forması müqayisəsindən məlum olur ki, Damcılı mağarasında Orta Paleolit, Üst Paleolit, Mezolit Neolit dövrlərində intensiv yaşayış olub.

Qonaqlara Damcılı mağarası haqqında rus, ingilis Azərbaycan dillərində məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

Daş Salahlı kəndində yerləşən Qazax Sement Zavodu ilə tanışlıq qonaqlarda rayonun iqtisadi inkişafı haqqında yüksək təəssürat yaradıb. Qazax Sement Zavodu MMC-nin idarə heyətinin sədri Vüqar Süleymanov bildirib ki, bu zavod 2013-cü ildə istifadəyə verilib. Prezident İlham Əliyev Qazax Sement Zavodunun yeni istehsal xəttinin açılışında iştirak edib.

Qeyd olunub ki, Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol yolun kənarı ilə zavoda dəmir yolu, eləcə 110 kilovoltluq yüksəkgərginlikli elektrik xətti çəkilib. Bundan başqa, su xətti, suvarma kanalı, seldən mühafizə bəndi digər qurğular inşa olunub. Zavodun ərazisində ümumi sahəsi 4 min kvadratmetrdən çox olan altımərtəbəli, 56 otaqlı, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik üçmərtəbəli yeməkxana tikilib. Ümumi sahəsi 3400 kvadratmetr olan 69 otaqlı, beşmərtəbəli inzibati binanın tikintisi tamamlanıb. Hazırda ərazidə silsilə qurğular inşa edilir. Sement istehsalında istifadə olunan xammalın hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi fiziki laboratoriya quraşdırılıb. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker sementin növlərinin kimyəvi, fiziki mexaniki sınaqları həyata keçirilir. Hazırda zavodun illik istehsal gücü 1 milyon ton təşkil edir. Gələcəkdə isə istehsal gücünün artırılaraq 1 milyon 400 min tona çatdırılması nəzərdə tutulub.

Zavod haqqında ətraflı şəkildə məlumat alan qonaqlar sementin son istehsal prosesi ilə əyani şəkildə tanış olublar.

Diplomatlar Qazax rayonunda düşmənlə sərhəddə, ən ucqar məsafədə yerləşən Məzəm kəndinə baş çəkiblər. Kənd sakinləri ilə söhbət edən qonaqlara məlumat verilib ki, Ermənistanla 168 kilometr sərhədi olan Qazax rayonunun həmsərhəd kəndlərində yaşayan sakinlər artıq 25 ildən çoxdur düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını hələ yaşayırlar. Bu gün Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara Aşağı Əskipara kəndləri hələ düşmən tapdağı altındadır. Daim erməni silahlı birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən kəndlərdən biri rayonun Məzəm kəndidir. Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bu kənd səkkiz şəhid verib. Bu qəhrəman kənddə dörd hərbçi öz kəndinin, ümumilikdə isə Vətənin müdafiəsi uğrunda canından keçib. Dörd nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. Bir nəfər kənd sakini - Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bildirilib ki, Məzəm kəndi 1992-ci ildə düşmən tərəfindən işğal olunmasına baxmayaraq, qüdrətli ordumuzun gücü sayəsində yenidən geri qaytarılıb.

Kənddə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 57 evin qarşısına 2 min 530 poqonmetr uzunluğunda, 3 metr hündürlüyündə istinad divarları çəkilib. Həmçinin sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək məqsədilə yol kənarına da istinad divarı inşa olunub. Sakinlərlə söhbət edən qonaqlar düşmən tərəfindən zərər çəkmiş evlərə baxıblar.

Sonra nümayəndə heyəti Fəxri qazaxlılar parkında olublar. Burada qonaqlara büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər park haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış nasir, ədəbiyyatşünas, pedaqoq ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi məqsədilə müvafiq Sərəncam imzalanıb.

Səfər çərçivəsində qonaqlar şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını da ziyarət ediblər. Qeyd olunub ki, Qazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə 20 Yanvar hadisələrindən sonra şəhidlərin xatirəsinə salınıb. Bu gün Qazax rayonunun 283 şəhidi, 7 Milli Qəhrəmanı var.

Sonra qonaqlar ötən il 100 yaşı tamam olan Qazax Müəllimlər Seminariyasına gəliblər. Bildirilib ki, 1918-ci ildə Qori Seminariyasının Azərbaycan bölməsi Gürcüstandan Qazax şəhərinə köçürülüb sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərib. Bu tədris ocağının Qazax şəhərinə köçürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olub. Seminariyada 1959-cu ilədək 3 minədək kadr yetişdirilib. Qazax Müəllimlər Seminariyasının Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı, Mirqasım Əfəndiyev kimi yüzlərlə görkəmli yetirməsi olub.

Qazax Cümə Məscidi ilə tanış olan qonaqların diqqətinə çatdırılıb ki, Qazax Cümə məscidi 1899-cu ildə Kəsəmən kəndindən olan İsrafil ağa Kərbəlayevin təşəbbüsü ilə memar Müzəffər Hüseynovun layihəsi əsasında inşa edilib. Sovet hakimiyyəti dövründə məscid öz fəaliyyətini dayandırmış yalnız 1990-cı ildən yenidən ibadət yeri kimi fəaliyyətə başlayıb.

Qonaqların ziyarət etdikləri növbəti ünvan Ədəbiyyat Muzeyi olub. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeylə tanış olan diplomatlar burada şairlərin həyat yaradıcılığı haqqında dolğun məlumat əldə ediblər. Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal muzey haqqında ətraflı məlumat verərək vurğulayıb ki, muzey 2013-cü ildə istifadəyə verilib açılışında Prezident İlham Əliyev iştirak edib.

Diplomatların sonuncu tanış olduqları ünvan isə Qazax Tarix-Diyarşünaslıq Muzeyi olub. Bu muzeylə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. Muzeyin direktoru Gülnaz Əlişanova bildirib ki, Prezident İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini tarixini əks etdirən 2 min 450 eksponat mühafizə olunur. Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar eksponatlar maraqla qarşılanıb.

Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri Qazaxla tanışlıqdan xoş təəssüratlarla ayrılıblar.

Diplomatları Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə müşayiət edib.

 

Yeni Azərbaycan.- 20192 may.- S.7.