BSU-da akademik
Tofiq Hacıyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Aprelin 30-da Bakı Slavyan
Universitetində (BSU) Türkologiya
kafedrasının təşkilatçılığı
ilə dilçi alim, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. İştirakçılar tədbirin
başlanğıcında akademikin
xatirəsini bir dəqiqəlik sükutla
yad ediblər.
BSU-nun Azərbaycan
filologiyası və jurnalistika fakültəsinin
dekanı, professor Eldar Piriyev “Akademik Tofiq Hacıyevin həyatı, elmi və pedaqoji
fəaliyyəti” adlı
geniş məruzə
ilə çıxış
edib. O, Tofiq Hacıyevin Azərbaycanda dilçilik elminin və türkologiyanın inkişafında mühüm
rolu olduğunu bildirib.
Tədbirdə çıxış edən
Türkologiya kafedrasının
müdiri, professor Şaban Hüseynov akademik Tofiq Hacıyevin elmi fəaliyyətinin bütün
türk dünyasında
dilçilik elminin inkişafı üçün
böyük əhəmiyyət
kəsb etdiyini vurğulayıb.
Akademik Tofiq Hacıyevin
tələbəsi, Bakı
Dövlət Universitetinin
Türkologiya kafedrasının
dosenti Qızılgül
Abdullayeva çıxışında
alimin çoxşaxəli
yaradıcılığından, səmərəli elmi fəaliyyətindən, respublikamızda
dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb.
Qızılgül Abdullayeva
Tofiq Hacıyevin dilçilik elmi sahəsində elmi məktəb yaratdığını
və həmin məktəbin bu gün dilçilik elmimizin ən ciddi problemlərinin həlli ilə məşğul olduğunu
diqqətə çatdırıb.
Tədbirdə çıxış edən BSU-nun Azərbaycan dili kafedrasının müdiri
İkram Qasımov, Türkologiya kafedrasının
dosenti Nuridə Novruzova, Müasir Rus dili kafedrasının
müdiri İlyas Həmidov akademik Tofiq Hacıyevin zəngin elmi və pedaqoji fəaliyyəti, yüksək
insani keyfiyyətləri
haqqında danışıblar.
Diqqətə çatdırıblar
ki, akademik Tofiq Hacıyev dilçilik elmimizə üslubiyyət məsələləri
ilə bağlı sanballı əsərlər
verib. Onlar Tofiq Hacıyevin elmi və pedaqoji
fəaliyyətinin tədqiqinin
vacibliyini bildiriblər.
Alimin oğlu
Azər Hacıyev atası ilə bağlı xatirələrini
danışıb. O, tədbirin
təşkilində əməyi
olan hər kəsə və iştirakçılara dərin
minnətdarlığını bildirib.
Qeyd edək
ki, akademik Tofiq Hacıyev Nəsimi adına Dilçilik İnstitutunun
direktoru, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının
müdiri, AMEA-nın həqiqi üzvü olub. O, 438 məqalənin,
11 monoqrafiyanın, 34 kitabın
müəllifidir.
Tədbirin sonunda
Türkologiya kafedrasının
dosenti Xatirə Abdullayevanın Tofiq Hacıyevin həyat və yaradıcılığına
həsr etdiyi “Qürubu olmayan günəş” filmi nümayiş olunub.
Yeni Azərbaycan.-
2019.- 2 may.- S.7.