Azərbaycan Dillər Universitetində Türkiyənin Atılım Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

 

Mayın 2-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Türkiyənin Atılım Universitetinin prorektoru, professor Sərkan Əryılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qardaş ölkə təmsilçilərini rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu söyləyən rektor Kamal Abdulla ötən il Türkiyənin Atılım Universiteti ilə ADU arasında əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb. Elm, təhsil sahəsində qardaş ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayan rektor bu istiqamətdə müxtəlif layihələrin həyata keçiriləcəyini söyləyib.

Həmçinin rektor ADU-dakı fakültələrin, dil mədəniyyət mərkəzlərinin fəaliyyəti, baş redaktoru olduğuTürkologiyajurnalı haqqında məlumat verib, həyata keçirilən türkoloji layihələrdən bəhs edib. O həmçininNibelunqlar nəğməsiKitabi-Dədə Qorquddastanlarının müqayisəli təhlili ilə bağlı aparılan tədqiqat layihələrindən söz açıb.

K.Abdulla Azərbaycanda multikulturalizmlə bağlı görülən işlər barədə məlumat verərək bu istiqamətdə birgə əməkdaşlığın mümkünlüyündən danışıb.

ADU ilə təcrübə mübadiləsinin hər iki universitet üçün faydalı olacağını bildirən Atılım Universitetinin prorektoru, professor Sərkan Əryılmaz təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. O bildirib ki, 1996-cı ildə yaradılan, Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən universitet fəaliyyət göstərdiyi qısa zaman ərzində “QS İnkişaf Etməkdə olan Avropa Mərkəzi Asiyaregionu üzrə reytinq cədvəlində, “Times Higher Education World University Ranking”lərdə əhəmiyyətli mövqelər tutub. S.Əryılmaz bildirib ki, Atılım Universitetində 50-dən çox xarici ölkədən olan gənclər təhsil alırlar. Bu universitetdə tədris türk ingilis dillərində aparılır.

Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə müəllimlərin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Müşfiqə BAYRAMLI

Yeni Azərbaycan.- 2019.- 3 may.- S.7.