Bakı Avrasiya UniversitetindəHeydər Əliyev dövlətçilikmövzusunda tədbir keçirilib

 

Bakı Avrasiya Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətiləHeydər Əliyev dövlətçilikmövzusunda tədbir keçirilib.

Tədbirdə universitetin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli, Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, universitetin ümumi işlər üzrə prorektoru Günhan Hüseynli, xarici əlaqələr üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımov, professor-müəllim heyəti iştirak edib.

Universitetin konfrans zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nazim Hüseynli bildirib ki, tarixin taleyüklü məqamlarında Vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük tarixi şəxsiyyətlərin üzərinə düşür: “Bu tarixi şəxsiyyətlər bütün varlıqları ilə doğma Vətənə bağlı olurlar. Belə tarixi şəxsiyyətlərdən biri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir”.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur: “Bütün varlığı ilə öz xalqına bağlı olan Ümummilli Lider bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə , həmişə xalqını fikirləşib, onun gələcək müstəqilliyi naminə çalışıb. “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir dönməzdirdeyən Ulu Öndər Heydər Əliyev bütün həyat fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr edib”.

Tədbirdə daha sonra çıxış edən universitetin xarici əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımov, tədris departamentinin rəhbəri Mənsim Məmmədov filologiya fakültəsinin dekanı Salman Süleymanov qeyd ediblər ki, Ulu Öndərimiz 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı fəlakətdən xilas edərək demokratik, hüquqi sürətlə inkişaf edən dünyəvi dövlətə çevirib. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərimizin siyasətini uğurla davam etdirərək Azərbaycanı daha da inkişaf etdirir.

 

 

Yeni Azərbaycan.- 2019.- 7 may.- S.7.