“Azərbaycanşünaslığın
aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Mayın 7-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə
həsr olunan “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları
Fəxri xiyabana gələrək xalqımızın
Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı
önünə əklil
qoyublar. Görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı
üzərinə gül
dəstələri düzülüb.
Beynəlxalq elmi konfransda çıxış edən
BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, hər il
universitetdə Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının ildönümünə
həsr olunan silsilə tədbirlər təşkil edilir. Həmin tədbirlərdə xarici
ölkələrdən gələn
qonaqların, ölkəmizdəki
səfirlərin, müxtəlif
beynəlxalq təşkilatların
nümayəndələrinin, hökumət adamlarının,
Milli Məclisin üzvlərinin iştirakı
ənənəvi hal alıb. Bugünkü
konfransda azərbaycanşünaslığın
aktual problemlərinin araşdırılması müasir
dövlətçiliyimizin strategiyasının dahi şəxsiyyətin qoyduğu
prinsiplərdən kənara
çıxmadığının bir göstəricisi kimi dəyərləndirilməlidir.
Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın bütün
istiqamətlərdə sürətli
inkişaf strategiyasını
yaradıb, dünya dövlətləri arasında
ölkəmizin mövqeyini
möhkəmləndirən beynəlxalq müqavilələrə
imza atıb. Ulu Öndər elm və təhsili müstəqil dövlətimizin
prioritet istiqamətinə
çevirib. İqtisadi
və siyasi böhrandan uğurlu sıçrayış, nəhəng
enerji layihələrinin
həyata keçirilməsi,
qloballaşan yeni dünya və inkişaf etmiş Avropa dəyərlərinin
sintez edilərək ölkəmizdə tətbiqi
məhz Ümummilli Liderin adı ilə bağlıdır.
Görkəmli dövlət xadimi
Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində bu
gün Azərbaycanın
səsi dünyanın
hər yerindən gəlir. Çətin və şərəfli tarixi yol keçən
Azərbaycan dövləti
bu gün möhkəm təməllər
üzərində
irəliləyir və
böyük tarixi uğurlara imza atır.
Konfransda çıxış
edənlər Ümummilli
Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz
xidmətlərindən söz
açıb, azərbaycanşünaslığın
aktual problemlərinin araşdırılmasında konfransın
əhəmiyyətini qeyd
ediblər.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. “Heydər Əliyev
və azərbaycançılıq
ideologiyası”, “Müasir
beynəlxalq münasibətlər
sistemində Azərbaycan”,
“Azərbaycan dili və ədəbiyyatının
aktual problemləri”, “Azərbaycan tarixi və mədəniyyətinin
aktual problemləri”, “İctimai-siyasi elmlərin
aktual problemləri” və digər mövzularda davam edən bölmə iclaslarında yerli və xarici alimlərin məruzələri
dinlənilib.
Ləman SƏMƏDOVA
Yeni Azərbaycan.-
2019.-8 may.- S.7