Heydər Əliyev siyasəti Azərbaycana bundan sonra da böyük nailiyyətlər qazandıracaq

 

Azərbaycan dövlətinin xalqının həyatında bütün sahələrdə yüksəliş intibahın memarı olan unudulmaz şəxsiyyət Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü respublikamızın bütün guşələrində böyük təntənə ilə qeyd olunur. Bu bir həqiqətdir ki, Heydər Əliyev kimi dahi şəxsiyyətləri zaman yüzilliklər ərzində tək-tək yetişdirir. Müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı qurucusu olan Ulu Öndərimizin həyatı boyu Azərbaycan naminə xidmətləri misilsizdir. Bu görkəmli şəxsiyyətin həyatı boyu Vətənə, millətə xidmətinin cövhərində yüksək mənəviyyat sahibi olması dayanır.

Dahi şəxsiyyət olaraq milli-mənəvi dəyərlərin xalqın tərəqqi rifaha qovuşmasında əhəmiyyətini gözəl dərk edən Ulu Öndər hər zaman ümumxalq mənafeyi, dövlətçilik maraqları naminə bu dəyərli xəzinədən bəhrələnir, ona qayğı ilə yanaşırdı. Ölkəmizin yaşadığı çətin zamanlarda da Ulu Öndər dövlət quruculuğu müstəqilliyimizin möhkəmləndirilməsi kimi ümdə məsələlərlə yanaşı, mədəni-mənəvi həyatın inkişafına xüsusi diqqət yetirirdi.

Heydər Əliyev Ümummilli Lider missiyasında ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək, dövlətçiliyimizi xilas etdi. Milli dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızı Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirərək Azərbaycan dövlətçiliyinin sarsılmaz bünövrəsini qoymuş oldu.

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında mühüm xidmətlərindən biri 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsidir. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Yeni Azərbaycan Partiyası təşkilatlanaraq öz fəaliyyətini davam etdirdi 1993-cü ildə xalqın dəstəyi ilə hakimiyyətə gəldi.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı kimi çıxış etməkdədir. Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. YAP həm Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb. Partiyamızın sıralarında birləşən qadınlar da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əzmlə çalışırlar.

Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirərək Azərbaycanı yeni-yeni zəfərlərə doğru aparır. Vətənimiz Azərbaycan beynəlxalq müstəvidə təkcə enerji layihələri ilə deyil, həm mədəniyyətləri, dinləri bir araya gətirən qabaqcıl ölkə kimi gündəmdədir. Təbii ki, burada siyasi iradə, dövlət başçımızın lider rolu böyük önəm daşıyır. Bu gün Prezident İlham Əliyevin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh dinc birgəyaşayış amallarına xidmət edir. Humanitar, mədəniyyətlərarası dialoqa dair forumların mütəmadi olaraq Bakıda keçirilməsi, heç şübhəsiz, bu təşəbbüslərin sırasında xüsusi əhəmiyyət kəsb edir. Bu yaxınlarda Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi bu fəaliyyətin məntiqi nəticəsidir. Bu, Azərbaycana, onun rəhbərinin siyasətinə verilən dəyərin göstəricisidir. Dinlərarası, mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi, milli-mənəvi irsimizin, tolerantlıq ənənələrimizin təbliği Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da fəaliyyətində önəmli yer tutur.

Beləliklə, bu gün ölkəmiz inkişafın elə bir səviyyəsindədir ki, bütün dünya üçün nümunə təşkil edir. Heydər Əliyev siyasəti Azərbaycana bundan sonra da böyük nailiyyətlər qazandıracaq.

Məhəbbət İBRAHİMOVA

YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri

Yeni Azərbaycan.- 2019.- 8 may.- S.7